Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   64

 
122 
olunması təĢkil edir. Yazı zamanı səslərin düzgün olmayan tələffüzünün 
öz-özünə deyilməsinə əsaslanaraq uĢaq yazıda öz səhv tələffüzünü əks 
etdirir.  
Artikulyator-akustik  disqrafiya  özünü  hərflərin  buraxılması, 
əvəzlənməsi  kimi  göstərir  və  bu  Ģifahi  nitqdə  səslərin  buraxılması, 
əvəzlənməsinə uyğun olur. Bu qüsur Ģifahi nitq pozulmaları: dizartriya, 
rinolaliya  və  polimorf  xarakterli  dislaliyada  daha  çox  müĢahidə  edilir. 
Bəzən  hərflərin  əvəzlənməsi  və  buraxılması  Ģifahi  nitqin 
korreksiyasından sonra da qalır. 
 
 
2.Fonemlərin tanınmasının pozulmasına 
 əsaslanan disqrafiya. 
Ənənəvi  terminologiyaya  görə  bu  akustik  disqrafiya  kimi  də 
tədqiq edilir.  
Bu  qüsur  fonemlərin  differensiasiyasına  əsaslanır  və  özünü 
fonetik cəhətdən yaxın səslərə uyğun hərflərin əvəzlənməsində göstərir. 
Lakin  Ģifahi  nitqdə  həmin  səslər  düzgün  tələffüz  olunur.  Tez-tez  əvəz 
edilən  həfrlər  aĢağıdakı  səslərə  uyğundur:  fitli  və  fıĢıltılı  (z-s,  j-Ģ,  v-f) 
kar və cingiltili (t-d; k-q; q-ğ; b-p;  və s.) afrikatlar (c-ç). 
Disqrafiyanın  bu  növünün  mexanizmləri  barədə  müxtəlif  fikirlər 
mövcuddur.  
Ġ.A.Ximnyaya,  E.F.Sabotoviç,  L.V.Çistoviç  və  baĢqaları 
fonemlərin  tanılması  zamanı  bir  neçə  əməliyyatın  icra  olunduğunu 
göstərirlər: 
1.Qavrama zamanı nitqin eĢitmə ilə təhlili aparılır. 
2.Akustik  surətlər  proprioseptiv  təhlil  və  mühafizə  olunmuĢ 
kinestetik  təsəvvür  və  qavrama  ilə  təmin  olunmuĢ  artikulyator  prosesə 
keçirilir. 
3.EĢitmə  və  kinestetik  surətlər  lazımi  qərarı  qəbul  edənədək 
müəyyən müddətdə saxlanılır. 
4.Səs  fonemlə  uyğunlaĢır  və  fonemin  seçilməsi  əməliyyatı  baĢ 
verir. 
5.EĢitmə  və  kinestetik  nəzarət  əsasında  nümunə  ilə  fərqləndirmə 
baĢlanır, sonra isə qərar qəbul edilir.  
Yazı  prosesində  bu  əməliyyatların  həyata  keçirilməsi 
mürəkkəbləĢir  və  fonem  müəyyən  hərflərin  görmə  surətləri  ilə 
uyğunlaĢır.  Digər  tədqiqatçılar  belə  hesab  edirlər  ki,  fonetik  cəhətdən 
yaxın  səsləri  göstərən  fonemlərin  əvəzlənməsinin  əsasında  eĢitmə  ilə 


 
123 
qavramanın  qeyri-dəqiqliyi,  eĢitmə  ilə  səslərin  düzgün  differensiya 
edilməsi durur.  
Düzgün  yazı  üçün  Ģifahi  nitqdən  fərqli  olaraq  səslərin  eĢitmə  ilə 
daha  zərif,  incə  differensiyası  tələb  olunur.  ġifahi  nitqdə  eĢitmə  ilə 
differensiyasının kiçik qeyri-dəqiqliyi nitq təcrübəsində möhkəmlənmiĢ 
motor  steroetiplər  hesabına,  sinestetik  surətlər  vasitəsi  ilə  aradan 
qaldırılır.  Yazı  prosesində  isə  fonemlərin  düzgün  seçilməsi  və 
fərqləndirilməsi üçün səsin bütün akustik əlamətlərinin incə təhlili lazım 
gəlir. Digər tərəfdən yazı prosesində səslərin differensiyası, fonemlərin 
seçilməsi,  eĢitmə  surətləri  və  təsəvvürlərinin  iz  buraxma  fəaliyyəti 
əsasında həyata keçirilir.  
Beləliklə  də,  düzgün  yazı  vərdiĢi  üçün  fonemlərin  seçilməsi  və 
fərqləndirilməsi  əməliyyatlarının  hamısının  yüksək  səviyyədə  fəaliyyət 
göstərməsi  çox  vacibdir.  Buna  görə  də  bu  həlqələrin  hər  hansı  birinin 
pozulması  (eĢitmə  və  kinestetik  təhlil,  fonemlərin  seçilməsi,  eĢitmə  və 
kinestetik  nəzarət)  özünü  yazıda  hərflərin  əvəzlənməsində  göstərən 
fonemlərin  tanınması  prosesini  bütövlükdə  çətinləĢdirir.  Göstərilənləri 
nəzərə  alaraq  disqrafiyanın  bu  formasının  özünün  bir  neçə  növünü 
müəyyənləĢdirmək olar: akustik, kinestetik və fonematik.  
 
3.Dilin analiz və sintez proseslərinin pozulması ilə şərtlənmiş 
disqrafiya 
 
Disqrafiyanın  bu  növündə  dilin  analiz  və  sintez  prosesləri: 
cümlənin  sözlərə  parçalanması,  fonematik  və  heca  təhlil  və  tərkibi 
pozulmuĢ  olur.  Dilin  analiz  və  sintezinin  inkiĢafsızlığı  yazıda  sözlərin 
və  cümlənin  quruluĢunun  təhrif  olunmasında  özünü  göstərir.  Dilin 
təhlilinin  ən  mürəkkəb  forması  fonematik  təhlildir.  Bunun  nəticəsində 
sözün səs-hərf quruluĢu daha çox təhrifə məruz qalır.  
Bu  növdə  ən  çox  yayılmıĢ  qüsurlar  bunlardır:  samit 
birləĢmələrində  onlardan  birinin  buraxılması  (ploa-lov;  məktəb-iətəb, 
dəftər-dəfər və s.) saitlərin buraxılması (piĢik-pĢik; çörək-çrək; küçə-kçə 
və  s.)  hərflərin  əlavə  olunması  (almıĢam-alamıĢam)  və  yerdəyiĢməsi 
(danıĢmaq-danĢmaq),  burada  hecaların  buraxılması,  yerdəyiĢməsi 
(stəkan-katan,  paltar-partal,  çarpayı-çarapayı).  UĢaqlarda  düzgün  yazı 
vərdiĢlərini  yaratmaq  üçün  onda  fonematik  təhlili  xarici  planda  deyil, 
daxili təsəvvürlərlə formalaĢdırmaq vacibdir.  
 
4.Aqrammatik disqrafiya 


 
124 
 
Bu  yazı  qüsuru  nitqin  qrammatik  quruluĢunun:  morfoloji  və 
sintaktik  ümumiləĢdirmə  proseslərinin  inkiĢafsızlığı  ilə  Ģərtlənir. 
Disqrafiyanın bu növü özünü söz birləĢməsi, cümlə və mətndə göstərir 
və  daha  geniĢ  əlaməti  komplekslərin  tərkib  hissəsi  leksik-qrammatik 
inkiĢafsızlıq  kimi  dizartriyalı,  alaliyalı  və  əqli  cəhətdən  geri  qalan 
uĢaqlarda müĢahidə edilir. 
UĢaqların əlaqəli yazılı nitqində cümlələr arasında məntiqi və dil 
əlaqələrinin qurulmasında böyük çətinliklər üzə çıxır. yazıda cümlələrin 
ardıcıllığı təsvir edilən hadisələrin ardıcıllığı ilə həmiĢə uyğünluq təĢkil 
etmir.  Bu  zaman  ayrı-ayrı  cümlələr  arasında  məna  və  əlaqə  pozulmuĢ 
olur.  
Cümlə  səviyyəsində  yazıda  özünü  göstərən  aqrommatizm  sözün 
morfoloji  quruluĢunun  təhrifində,  qrammatik  Ģəkilçilərin  (hal,  Ģəxs, 
zaman)  düzgün  iĢlənməsində  nitqin  sintaktik  cəhətdən  təĢkili,  cümlədə 
sözlərin ardıcıllığının pozulmasında müĢahidə edilir.  
 
5.Optik disqrafiya 
 
Bu  qüsur  görmə  qnozisi,  təhlil  və  tərkibi,  məkani  təsəvvürlərin 
inkiĢafsızlığı  ilə  bağlı  olur  və  yazıda  həfrlərin  təhrifində  və 
əvəzlənməsində özünü göstərir.  
Qeyd etmək lazımdır ki, tez-tez o hərflər əvəzlənir ki, onlar qrafik 
cəhətdən  oxĢar  əlyazma  hərflərinə  bənzəsin.  Məsələn:  eyni 
elementlərdən, lakin məkana görə fərqli olan (v-d, t-Ģ), eyni elementli, 
lakin  əlavə  elementləri  ilə fərqlənən (i-Ģ,  l-m,  p-t,  x-j),  həfrlərin əksinə 
yazılıĢı, hərflərin birləĢməsində elementlərin buraxılması (al-alla) və ya 
əlavə edilməsi (Ģ-Ģs).  
Literal  disqrafiya  özünü  təcrid  olunmuĢ  hərflərin  tapılması  və 
yazılıĢının  qeyri-mümkünlüyündə  göstərir.  Verbal  disqrafiyada  təcrid 
olunmuĢ hərflər düzgün yazılsa da söz tərkibində təhrif olunur.  
Disqrafiyanın əlamətləri barədə danıĢsaq, qeyd etmək lazımdır ki, 
o  səhvlərin  davamlılığı  və  təkrar  olunması  ilə  digər  nitq  qüsurlarından 
fərqlənir.  
Disqrafiyada yol verilən səhvləri belə qruplaĢdırmaq olar: 
a)hərflərin təhrifi və əvəzlənməsi; 
b)cümlədə ayrı-ayrı sözlərin yazılıĢında bütövlüyün pozulması; 
v)sözün səs-heca quruluĢunun təhrifi; 
q)yazıda aqrammtizmlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə