3.
Ehtiyat kapitalı. Buraya ya fəaliyyətdə olan
qanunvericiliyə uyğun olaraq, ya da mənfəət hesabına
yaradılan ehtiyat və digər analoji fondlann qalıq məbləği
daxildir.
4.
İstehlak və yığım fondlan. Buraya müəssisənin təsis
olunma sənədlərində qeyd olunan və uyğun qaydalara
müvafiq olaraq müəssisənin sərəncamında qalan mənfəət
hesabına yaradılmış fondlar daxildir.
5.
Məqsədli maliyyələşdirmə və daxilolmalar. Buraya
büdcədən, xüsusi təyinatlı sahə və sahələrarası fondlardan
alman vəsait qalığı, habelə məqsədli təyinatlı tədbirlərin
həyata keçirilməsi üçün fiziki şəxslərdən başqa müəssisə və
təşkilatlardan alınan vəsait daxildir.
6.
Bölüşdürülməyən
mənfəət.
Hesabat
ilinin
bölüşdürülməyən mənfəəti müəssisənin ümumi mənfəəti ilə
vergilərin ödənilməsi və büdcəyə yönəldilən digər ödəmələrə
istiqamətləndirilən mənfəət arasındakı fərqi xarakterizə edir.
II. Borc vəsaitləri.
1.
Uzunmüddətli
passivlər.
Buraya
bağlanmış
müqaviləyə uyğun olaraq ödənilməsi 12 aydan sonra nəzərdə
tutulan borc vəsaitlərinin ödənilməmiş məbləği daxildir.
2.
Qısamüddətli passivlər. Müəssisə fəaliyyətinin
maliyyələşdirmə mənbəyi kimi onları 3 qrupa bölmək olar:
d)
Qısamüddətli kreditlər;
75
b)
Kreditor bordan;
c)
Digər qısamüddətli passivlər.
3.
Müəssisənin kreditor bordan müxtəlif səbəblərə
görə yarandığından onları aşağıdakı kimi qruplaşdırmaq olar:
ä) Yerinə yetirilən və görülən xidmətlərə, habelə daxil
olan material qiymətlilərinə görə tədarükçünün borcları;
b)
Balans tərtib olunan günə ödənilməmiş əmək haqqı
üzrə borclar;
c)
Balans tərtib olunan günə dövlət sığorta fonduna,
məşğulluq fonduna və pensiya fonduna köçürülməyən
borclar;
d)
Büdcə ilə hesablaşmalar üzrə olan borclar; .
e)
Alıcı və sifarişçidən alman avans. Alınmış avans
malgöndərməsi həyata keçirilən dövrə qədər müəssisə üçün
borc hesab olunur.
k) Diger kreditorlarla hesablaşmalar. Buraya müxtəlif
növ sığortalar üzrə olan borclar, işçilərə ssuda formasında
verilən bank kreditləri üzrə olan borclar və s. daxildir.
Məlum olduğu kimi, müəssisə öz balansında həm
istehsal, həm də investisiya və maliyyə fəaliyyətini həyata
keçirmək üçün müxtəlif növ aktivlərə malik olur. İstehsal
fəaliyyəti üçün aktivlərə qeyri-material aktivləri, əsas
vəsaitlər, ehtiyatlar və satın alınan qiymətlilər üzrə ƏDV
daxildir. İnvestisiya fəaliyyətində əks olunan
76
aktivlərə isə başa çatmamış tikinti daxildir. Ümumiyyətlə,
maliyyə qoyuluşuna eyni zamanda həm investisiya, həm də
maliyyə fəaliyyəti kimi baxmaq olar. Debitor bordan
xarakterindən asılı olaraq göstərilən hər üç fəaliyyətin
nəticəsi kimi çıxış edir.
Müəssisənin
aktivlərinin
səmərəli
istifadəsini
xarakterizə edən göstəricilərdən biri rentabellik göstəricisi
olub, mənfəətin aktivlərin orta illik dəyərinə nisbəti kimi
hesablanır. Müəssisənin ümumi mənfəəti əsasən satışdan
alınan mənfəət hesabına formalaşır. Lakin bu göstəriciyə
satışdan kənar əməliyyatlardan alınan gəlir də müəyyən təsir
göstərir. Digər əməliyyatlardan alınan gəlir müəssisənin
əmlakının hərəkəti ilə əlaqədardır. Buraya əsas vəsaitlərin və
digər qiymətlilərin satışından alınan gəlir, icarəyə verilmiş
əmlaka görə icarə haqqı, mənəvi cəhətdən köhnəldiyinə görə
balansdan silinən əsas vəsaitlər və s. daxildir.
Digər satışdan kənar gəlirlərə isə təsərrüfat
müqavilələrinin şərtlərinin pozulmasına görə alınan və
verilən cərimə və penyalar, hesabat dövründə aşkar edilmiş
keçmiş dövrün mənfəəti, keçmiş dövrdə ümüdsüz borc kimi
silinən, lakin debitor borclannm ödənilməsi kimi daxil olan
vəsaitlər aid edilir.
Əmlakın rentabellik göstəricisi satışdan kənar və digər
əməliyyatlardan ahnan gəlir daxil edilmədən mənfəət
əsasında hesablanması müəssisənin aktivlərindən nə dərəcdə
səmərəli istifadə edilməsini
77
daha dəqiq xarakterizə edir.
Bütövlükdə aktivlərin rentabellik səviyyəsi aşağıdakı
kimi hesablanır:
r = ^-100
A
burada: M, - müəssisə üzrə ümumi mənfəətin həcmi; A -
aktivlərin orta illik deyəridir.
Əsas fəaliyyətdə istifadə edilən aktivlərin rentabellik
səviyyəsini hesablamaq üçün satışdan alınan mənfəətin
hesablaşma məbləğini burada istifadə edilən aktivlərin orta
dəyərinə bölüb 100-ə vurmaq lazımdır. Bu zaman satışdan
alınan mənfəətin hesablaşma məbləği göstəricisi satışdan
alınan mənfəətin üzərinə maya deyəri hesabına ödənilən
vergi və yığımlar əlavə edilməklə müəyyən edilir.
Müəssisənin
aktivlərinin
idarə
edilməsinin
səmərəliliyi maliyyələşdirmə mənbələrinin səmərəliliyinin
idarə edilməsi ilə bilavasitə əlaqədardır. Maliyyələşdirmə
mənbələri müəssisənin öz vəsaitləri və borc kapitaldan ibarət
olub hər birinin qiymətləndirilməsinə xüsusi yanaşma tələb
edir. Müəssisənin xüsusi (şəxsi) kapitalı onun aktivlərinin
məbləğindən bordan çıxılmaqla hesablanır. Buraya səhmdar
kapitalı, əlavə kapital, bölüşdürülməyən mənfəət, müxtəlif
məqsədlər üçün yaradılan fond və
78
Dostları ilə paylaş: |