Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə17/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   114

YEGANLI S.T.. HACrVE\ E. M. 
5.3.
 
ORTA ƏSRLƏRDƏ AVROPA SƏYYAHININ 
AZƏRBAYCANA GƏLMƏSİ 
Qonsales  de  Klavixonun*  ‘Azərbaycan  haqqında  verdiyi  məlumatlar 
daha  geniş  və  dəqiq  olmuşdur.  O,  diplomat  olmuşdur  və  yüksək  intelektə 
malik  idi.  Onun  Azərbaycan  haqqındakı  məlumatları  Azərbaycan 
qonaqpərvərliyini daha qabarıq şəkildə göstərir. Marko Polodan sonra Odlar 
yurdu  haqqında  qiymətli  məlumat  verən  Avropa  səyyahlarından  biri  də 
Qonsales  de  Klavixodur.  O,  Marko  Polodan  100  il  sonra  Azərbaycanda 
olmuşdur.  İspaniyalı  Klavixo  Madriddə  doğulmuşdur.  O.  Kastiliya 
krallığının 1394-cü ildə Teymur sarayına göndərilən elçilərdən biri idi. 
Venesiya  və  Genuya  respublikaları  kimi  Fransa  və  İspaniya  da  Yaxın 
Şərq ölkələri ilə ticarət əlaqələri saxlayırdılar. Lakin Osmanlı Türkiyəsi bu 
əlaqələri  çətinləşdirirdi.  Ona  görə  də  bu  ölkələr  Osmanlı  türklərinə  qarşı 
müharibə vəziyyətində idilər. Avropa ölkələrini Asiyada baş verən hadisələr 
maraqlandırırdı. Hələ VIII əsrdən ərəblər vasitəsilə Şərq aləmi ilə yaxından 
tanış  olmuş  İspaniya  Asiya  ölkələri  ilə  ticarət  əlaqələrini  genişləndirməyə 
çalışırdı.  Buna  görə  də,  Teymurun  hərbi  nailiyyətləri  İspaniyanı  çox 
maraqlandırırdı.  Kastiliya  ilə  Teymur  sarayı  arasında  diplomatik  əlaqələr 
yarandı və Klavixo Səmərqəndə yola düşdü. Səmərqəndə gedərkən Klavixo 
Xoy,  Təbriz,  Miyana,  Sultaniyyə  şəhərlərini  səyahət  etmiş  və  Azərbaycan 
haqqında maraqlı məlumatlar vermişdir. 
Bu  məlumatlar  Marko  Polonun  məlumatlarından  daha  geniş  və  daha 
dəqiqdir. Onlar Azərbaycan tarixinin bir hissəsi olan XIV əsrin sonu və XV 
əsrin əvvəllərini öyrənmək üçün olduqca vacibdir. 
Kvalixonun gündəliyində ilk məlumat Əlincə qalası haqqındadır. Əlin- 
cə qalası bu zaman sanki tarixin ən ağır, qanlı sınağından lap yenicə çıxmış 
Azərbaycan xalqının özü idi. 
1385-
 
ci  ildə  Teymur  Azərbaycana  qoşun  çəkir.  Sultaniyyə  şəhəri 
yaxınlığında,  Cəlalilərin  hərbi  qüvvələrini  məğlub  edir.  Lakin  o 
Azərbaycanda  möhkəmlənə  bilmir.  Orta  Asiyada  ona  qarşı  qalxan  üsyanı 
j^atırmaq üçün geri qayıdır. 
1386-
 
cı  ildə  Teymurun  qoşunları  geri  çəkilən  kimi,  onunla  rəqabət 
aparan  Qızıl  Orda  Xanı  Toxtamış  (1380-1407)  Azərbaycana  basqın  edir. 
Şirvan  qarət  olunur.  Təbriz  hiylə  ilə  alınır.  Marağa.  Naxçıvan.  Mərənd, 
Sultaniyyə və Azərbaycanın başqa şəhərləri talan edilir. Lakin Teymurun 
Qonsales dc Klavixoıuın A/.srbaycana səfəri lutqqmda məlumal Y. Mahmudouın «Səyyahlar 
.Azərbaycana gəlir» kitabından gölürülmiişdür 
46 


T U R İ Z M  
Orta  Asiyadan  Qızıl  Ordaya  hücumundan  ehtiyat  edən  Toxtamış  da 
Azərbaycanda möhkəmlənə bilmir. 
1387-
 
ci  ildə  Teymur  bütün  hərbi  qüvvəsini  toplayıb  yenidən 
Azərbaycana hücum edir. Cəlalilərin qoşunlarını məğlub edib Təbrizi alır, çox 
vəhşiliklər edir. Azərbaycan xalqı bu dəhşətə qəhrəmanlıqla sinə gəlir. I dəfə o, 
Əlincə  qalasında  inadlı  müqavimətə  rast  gəlir.  Teymurun  qoşunları  qalanı 
hücumla  ala  bilmirlər.  Əlincə  qalasını  Teymurun  qoşunları  14  ilə  qədər 
mühasirədə  saxlayırlar  (1387-1401).  Bu  hadisədən  cəmi  2  il  sonra 
Azərbaycana  gəlmiş  Kastiliya  elçiləri  ağır  sınaqdan  qələbə  ilə  çıxan  Əlincə 
qalasını kənardan seyr elmişdilər. 
Klavixo yazır: «... Əlincə qalası uca dağda idi. Divar və bürclərlə əhatə 
olunmuşdur. Qalada çoxlu üzümlük, meyvə bağları, əkin yerləri, çoxlu su və 
otlaqlar  var  idi.  Qala  dağın  lap  zirvəsində  ucalırdı».  14  il  mübarizə  aparıb, 
yadellilərə təslim olmayan XV əsrin möhtəşəm tarixi abidəmizi Klavixo sanki 
bu  günki  nəsilə  yadigar  qoymaq  istəyirdi.  Əlincə  qalasından  sonra  Klavixo 
Xoy şəhəri haqqında məlumat verir. «Xoy düzənlikdədir. Onun ətrafında çoxlu 
bağlar, əkin yerləri var, göz işlədikcə uzanıb gedən düzənliklər var»*. 
Klavixonun Təbriz haqqında məlumatı daha çox qiymətlidir. Klavixo tək 
bir səyyah kimi deyil, eyni zamanda, Təbrizin canlı həyatının təsvirini verir. O, 
Təbrizi  səsli-küylü,  ticarət  və  sənət  adamları  ilə  dolu,  onun  küçələri
meydanları, tarixi abidələri, əhalisinin həyat tərzi haqqında məlumat verir. 
O yazır: «Bu şəhərin abad küçələri, meydanları, möhtəşəm binaları, nadir 
və  əzəmətli  memarlıq  abidələri  var.  Şəhərdə  həyat  qaynayır,  ticarət 
məhəllələri,  xüsusən  üstü  örtülü  bazar  daha  izdihamlıdır.  Dükanlarda, 
bazarlarda  hər  cür  Şərq  malları;  ipək,  zərli  və  son  dərəcə  zərif  parçalar, 
ədviyyat, boyaq və s. satılır. Müxtəlif ölkələrdən gəlmiş tacirlər qızğın alver 
edirlər. Hər yerdə, küçədə, bazarda ağ örtüyə bürünmüş qadınlara rast gəlirsən. 
Əla hamamlar, tinbaşı bulaqlar var. Bulaqların başında dolçalar qoyulmuşdur. 
Qadınlar ətir və kirşan almaq üçün bazara özləri gəlir, ətirlənir. kirşan çəkirlər. 
Onlar gözləri önünə qara at tükündən rübənd salıb gəzirlər. Bu şəhərdə kaşı və 
saldaş. mavi rəng və qızıl suyu ilə, müxtəlif gözəl şüşələrlə son dərəcə qəribə 
bəzək vurulmuş çox böyük binalar və məscidlər var. Bu binaların arasında 20 
min  otağı  olan  böyük  bir  bina  vardı.  Bu  şəhər  çox  böyükdür.  Pul  və  var 
cəhətdən  olduqca  varlıdır.  Əhalisi  200  mindən  çoxdur.  Amma  deyirlər  ki, 
əvvəllər daha çox olub. Şəhərdə çox 
Y. M.ıI^ımıdoN. S.''vv;ılıl.u \/.''ibavciin;ı Bakı. 19Sf). 


47
 


VEGANLl S.T.. HACIYEV' E. M. 
yaxşı, təmiz və müxtəlif üsullarla bişirilmiş ət, müxtəlif meyvələr satılan bir 
neçə  meydan  və  çoxlu  karvansaraylar  var.  Şəhərin  küçə  və  meydanlarında 
çoxlu hovuz və kəhrizlər var. Dünyada ən yaxşı hamamlar buradadın>. 
Səyyah Sultaniyyə şəhəri haqqında da məlumat verir
Klavixo yazır; «Sultaniyyə böyük şəhərdir, şəhər düzənlikdədir. Qalası 
olmasa da, daşdan yaxşı qəsrlər tikilmişdir. Şəhərdə çox adam yaşayır, lakin 
Təbriz qədər deyil. Amma burada daha çox ticarət edilir. Çünki bura hər il 
iyun, iyul və avqust aylarında olduqca çox mal gətirən dəvə karvanları gəlir. 
Bu şəhər çox ticarət edir və hökmdarlara böyük mənfəət verir. Hindistandan 
bura  saysız-hesabsız  tacir  gəlir.  Onlar  çoxlu  ədviyyat  gətirirlər.  Suriyyədə 
tapılmayan  ən  yaxşı  ədviyyat  növləri  Sultaniyyəyə  gətirilir.  Burada satılan 
mixək,  gövüz.  darçın,  manna.  gö\üz  yağı  və  başqa  çox  qiymətli  ədviyyat 
İsgəndəriyyəyə aparılmır, bunları orada tapmazsan. Bakı dənizi yaxınlığında 
olan Gilan adlı yerdə istehsal edilən ipəyin çox hissəsi bura gətirilir. Gilanda 
hər il çoxlu ipək istehsal olunur. Gilan ipəyi Suriyaya, Türkiyəyə, Kafayə və 
bir  çox  başqa  yerlərə  aparılır.  Bura  bir  də  Şamaxıda  istehsal  olunan  ipək 
gətirilir. Şamaxıda ipək lap çox istehsal olunur. Ora hətta ipək almaq üçün 
Venesiya və Genuya tacirləri gəlirlər. Bundan başqa Şiraz adlı yerdən çoxlu 
ipək  və  pambıq  parça,  tafta,  boyaq  gətirilir.  Hörmüzdən  çoxlu  mirvari  və 
qiymətli daş-qaş gətirilir. Xristian ölkələrindən hər il bu vaxtı Sultaniyyəyə 
mal almağa gəlirlər. Şəhərin mal alıb satmaq üçün çoxlu meydanları var»*. 
Zəngin,  qaynar  ticarət  və  sənətkarlıq  həyatı  olan  Azərbaycan 
torpaqlarından sonra hər iki tərəfdən «çılpaq», meşəsiz, dağlarla əhatə olunan 
«isti» İran düzənlikləri ilə hərəkət edən Klavixonun gündəliyində maraqlı bir 
məlumata rast gəlirik. Səmərqəndə gedəndə Xəzər dənizi solda qalır. 
Səyyah Xəzəri «Bakı dənizi» adlandırırdı. Klavixo «Bakı» dənizinin heç 
bir dənizlə əlaqəsinin olmamasını və Sultaniyyə şəhərindən Bakıya 6 günlük 
yol olduğunu, hətta «Bakı» dənizində bəzi adalarda almaz tapıldığını göstərir. 
Beləliklə,  İspaniya  səyyahının  (diplomatının)  Azərbaycan  haqqındakı 
məlumatlan sanki Marko Polonun səyahətnaməsini tamamlayır. 
Y. Miil)imıdo\. S.-»vvahl;ır .\/.-'rbavcana ».'.'»lir. Bakı. l')X6. 
'48 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə