224
raq dəyişir. Kanadada yaşayan xalqların ənənəvi mətbəxi Kana-
dada
inkişaf etmiş, zənginliyi və müxtəlifliyi ilə yanaşı məşhur
yemək bişirmənin bədii istiqamətini ön plana çıxaran bir milli
mətbəxdir. Kanada mətbəxinin mənşəyi orta əsrlərə uzanır.
Əksər kanadalılar qida rasionlarına fikir verirlər. Odur ki,
bütün dükanlarda alıcılara orqanik və qeyri-orqanik yeməkləri
ayrıca təqdim edirlər.
Milli yeməklərdə Pootin, Butter Tarts,
Kraft və s. yeməklərin adını qeyd etmək olar. Kanada mətbəxi
bölgələrdən asılı olaraq dəyişir. Məsələn, Toronto mətbəxi çox
əhəmiyyətli, mədəniyyətli olan böyük bir şəhərdir. Şəhər da-
xilində xüsusi mətbəxlərə diqqət yetirilir. Kanadanın Martimes
bölgəsi bəzi unikal qidalara malikdir;
bölgədə yerli qida mad-
dələri vardır. Şərqi Kanada regionu üç əyalətdən ibarətdir: Ye-
ni Brunsuik, Nova Skota və Şahzadə Eduard Adası. Bu adalar
Atlantik, Sakit və Şimal Buzlu okeanların sahilində yerləşir.
Yerli və regional yeməkləri məşhurdur. Kanada mətbəxi də ta-
rixi və təbiəti kimi maraqlı ölkədir. Qədim və zəngin mətbəxə
malik ölkənin hər addımbaşında kafe və restoranlara rast gə-
linir. Burada yerli yeməklərlə yanaşı italyan, fransız, çin, yapon
və s. mətbəxlər də yer alıb. Ölkə
mətbəxində təbii ətdən ha-
zırlanmış qidalara, xüsusilə də ət və balıq steyklərinə, bifşteks-
lərə, langetlərə üstünlük verilir. Ölkənin ən məşhur yeməklə-
rindən biri “File broşşet”dir ki, bu file kababına bənzəyir, so-
ğan, sarımsaq, göbələk kimi ərzaqlar ona xüsusi dad verir. Qəl-
yanaltı kimi isə ən çox sevilən duru yemək
–
balqabaq şorbası-
dır. Eləcə də, cənub-şərqi Asiyadan və İtaliyadan gəlmiş maka-
ron məmulatları və müxtəlif əriştələrdən hazırlanmış şorbalar
bu xalqın sevimli yeməkləri sırasındadır.
Monastrlarda indi də fransız kulinariyasının sirlərini və re-
septlərini qoruyub saxlayırlar. Bunlardan duzlu piroşkilər, ərik
biskviti, bulka və s. göstərmək olar. Kanada meşəsinin heyvan-
lar aləmi qara və qəhvəyi ayılar, keçilər, dağ qoyunları,
şimal
maralları, dovşanlar, vəhşi ördək, kəkliklərlə zəngindir və bu
heyvanlar kulinariya mütəxəssislərinin bacarıqlı
əllərində şah
yeməyinə çevrilir. Meşələr giləmeyvələrlə, zoğalla zəngindir.
225
Fermerlər hinduşka, dovşan, qaz, ördək, toyuq cinsi yetişdi-
rirlər. Qoyun və ev quşlarından kanadalılar gözəl yeməklər ha-
zırlayırlar. Kanadada 60-a qədər balıq növü olan xeyli göl var.
Dəniz çoxlu sayda omar, midiy, krab, paltus balıqları verir, la-
kin
buna baxmayaraq, kanadalılar qırmızı kürü yemirlər.
Kanadalıların qida mədəniyyətində marinadlaşdırılmış və
duza qoyulmuş tərəvəzlər və təzə meyvələrdən olan salatlar,
soyuq ət, qaraciyərdən paştet, qiymələnmiş yumurta məşhur-
dur. Qidalanma rasionunda orijinal salatlardan istifadə edirlər:
kərəviz, gavalı, xurma, ev şəraitində hazırlanmış küftə, pendir,
alma, soğan, yaşıl və qırmızı bibər.
Bütün bunlar müxtəlif
kombinasiyalarda qarışdırılır. Bu qəlyanaltılar mayonez və
müxtəlif sousla verilir. Kanadalılar balqabağı və qəhvəyi lob-
yanı çox sevirlər. Ən məşhur yeməklərindən olan “Saqanit”
adlı sıyıq ət və balıq parçaları ilə suda qaynadılmış qarğıdalı
dənələrindən hazırlanır. Kanadalıların qüruru – ağcaqayın si-
ropudur. Bu siropla hər cür bulkaları, piroqları və keksləri ye-
mək olar. Kanadalıların sevimli içkisi pivədir. Onun “Labatt”
və “Molson” növləri xüsusilə geniş yayılıb. Lakin yüksək key-
fiyyətli şərabların və spirtli içkilərin çoxu xaricdən gətirilir.
Kanadada qırmızı və çəhrayı şərab içirlər. Kəndlərdə təntə-
nəli mərasimlərdə və yayda qadınlar ağcaqayın və böyürtkən
siropuna su əlavə etməklə qəbul edirlər. Ənənəvi Kanada içkisi
pivə hesab olunur.
Dostları ilə paylaş: