Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 102 -
edir və xaricə ötürür. Deməli, kompüterin işləməsi
üçün ona informasiyanı saxlayan, emal edən və qəbul
edib - xaric edən qurğular lazımdır. Başqa sözlə,
kompüterin texniki qurğularına bu proseslərin
reallaşdırılması üçün lazım olan qurğular daxil
edilməlidir. Onlar yaddaş qurğuları, prosessor və
giriş-çıxış qurğularıdır.
funksiya
insan
kompüter
Informasiyanın
saxlanması
yaddaş
yaddaş
Informasiyanın
qəbulu
hissiyyat
orqanları
giriş qurğuları
Informasiyanın
ötürülməsi
nitq, hərəkət
üzvləri
çıxış qurğuları
Informasiyanın
emalı
təfəkkür
prosessor
Kompüterin yaddaş qurğularının izahını da
insanla müqayisə edərək vermək olar.  Daxili yaddaş
– insanın bioloji yadddaşıdır. Xarici yaddaş isə -
insanın informasiyanı yadda saxlaması üçün istifadə
etdiyi xarici obyektlər – kağız, kompüterin özü,
kompakt disklər, maqnit daşıyıcıları və s.-dir.
Fərdi kompüterlərin əsasını prosessor və yaddaş
bloku təşkil edir. Prosessor hesab-məntiq
qurğusundan və idarə qurğusundan ibarətdir. İdarə


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 103 -
qurğusu  proqramdakı  əmrləri qəbul edir və onların
yerinə yetirilməsini təşkil edir. Hesab-məntiq qurğusu
isə  hesablama əməllərini  yerinə yetirir. Cari vaxtda
yerinə yetirilən  proqramları və aralıq nəticələri yadda
saxlamaq üçün əməli yaddaş qurğusundan (RAM -
Random Access Memory)  istifadə edirlər. Fərdi
kompüterlərdə istifadə olunan xarici qurğuları
(monitor, çap qurğuları, disk qurğuları və s.)
kompüterə qoşmaq üçün kontrollerdən (idarə sxemi)
istifadə edirlər.
       
Kontroller  idarə  qurğusu  olub  giriş-çıxış
qurğularını mərkəzi prosessorla əlaqələndirir. Bəzi
qurğuların (klaviatura, mouse, printeri və s.)
kontrolleri fərdi kompüterin  ana platasının üzərində
olur. Bəzi qurğuların (monitor, sərt maqnit disk
qurğusu və s.) kontrolleri isə  ayrıca plata şəklində
olur və onlar ana plata üzərində yerləşdirilir.
Kompüterin müxtəlif qurğuları öz aralarında
informasiyanın ötürülmə kanalları vasitəsilə
əlaqələndirilir. İnformasiya ətraf mühitdən kompüterə
giriş qurğuları ilə daxil olur, daxil olmuş informasiya
yaddaşda yerləşdirilir. Əgər bu informasiyanın uzun
müddət saxlanması nəzərdə tutulmuşdursa, o, xarici
yaddaş daşıyıcılarında saxlanılır. İnformasiyanın
emalı prosesi prosessor tərəfindən ikitərəfli qaydada
aparılır. Prosessor emal üçün nəzərdə tutulan


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 104 -
informasiyanı daxili yaddaşdan (RAM) götürür və
emal nəticəsində alınan informasiyanı yenə də RAM
yaddaşa verir. İnformasiya ətraf mühitə çıxış
qurğularında verilir.
Bu sxemin şagirdlər tərəfindən düzgün başa
düşülməsi və dərk edilməsi çox vacibdir. Xüsusilə
şagirdlər başa düşməlidirlər ki, informasiya
prosessorda emal edildikdən sonra operativ yaddaşa
verilir və daha sonra bu yaddaşdan xarici yaddaş
daşıyıcılarına ötürülür. Həmçinin şagirdə izah
olunmalıdır ki, kompüter ona verilən proqramları
yerinə yetirən bir qurğudur.
Giriş
qurğusu
Hesabi-
məntiqi
qurğu
Yaddaş
qurğusu
idarə
etmə
qurğusu
Çıxış
qurğusu


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 105 -
Kompüterin proqram təminatı aşağıdakı üç
prinsipə əsaslanır:
-
kompüter hər bir işi proqram əsasında yerinə
yetirir;
-
icra edilən proqramlar operativ yaddaşda
yerləşir;
-
proqramlar avtomatik icra edilir.
Kompüterin qurğuları haqqında məlumat
verilərkən müəllim giriş və çıxış qurğuları, periferik
və ya çevrəsəl qurğuları sadalamalı, onların iş
prinsipləri barədə qısa izahat verməlidir. Bu izahat
zamanı müəlim şagirdlərə belə bir sualla müraciət edə
bilər:
-
İnformasiya kompüterə hansı qurğular
vasitəsilə daxil olur? (giriş qurğuları – maus,
klaviatura, skaner, coystik, mikrofon və s.)
-
İnformasiya kompüterdən hansı qurğular
vasitəsilə xaric olur? (çıxış qurğuları –
monitor, printer, plotter, səs gücləndiricilər
və s.)
Daha sonra kompüterin periferik qurğuları
haqqında məlumat verilə bilər. Periferik qurğular fərdi
kompüterlərin funksional imkanlarını genişləndirmək
məqsədilə istifadə edilən qurğulardır. Bu zaman qeyd
edilməlidir ki, periferik qurğulara xarici qurğular da
deyilir. Onlara giriş və çıxış qurğuları, informasiyanı


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 106 -
yadda saxlamaq üçün istifadə edilən CD, DVD disk
qurğuları, fleş-kart qurğusu və ümumiyyətlə, sistem
bloka xaricdən birləşdirilən bütün qurğular aid edilir.
Tədrisdə kompüterdən istifadə. İnformatika
fənni kompüter texnikasının köməyi ilə informasiya
proseslərini - informasiyaların alınması, saxlanması,
emalı və ötürülməsinin üsul və vasitələrini öyrənən,
ətraf aləmin təhlilinə sistemli yanaşma tərzini
formalaşdıran fundamental elm sahələrindən biri kimi
insanların həyatına və məişətinə daxil olmuş və
cəmiyyətdə bir fənn kimi onun öyrənilməsi zərurəti
yaranmışdır. Hər bir insan gündəlik həyatda, əməli
fəaliyyətdə informatikanın tətbiqi ilə qarşılaşır və
informatika üzrə bilik və bacarıqlarından faydalanır.
Bu bilik və bacarıqlara malik olmaq müasir texniki
vasitələrlə davranmağa, müxtəlif sosial, iqtisadi,
hüquqi və siyasi informasiyaların əldə edilməsinə və
onlardan istifadə edilməsinə imkan yaradır.
İnformatika bir elm sahəsi kimi gündəlik həyatda,
dəqiq və humanitar elm sahələrinin inkişafında,
texnika və müasir texnologiyaların təkmilləşdirilməsi
prosesində ortaya
çıxan problemlərin həllində
insanların yaxın köməkçisinə  çevrilir. İnformatika
fənni
şagirdlərin elmi, praktiki biliklərinin
genişlənməsində, yeni ixtisaslara yiyələnməsində
mühüm rol oynayır. Ona görə də Azərbaycan


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə