Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 127 -
göy, həm də qırmızı kürəciklər var. Aşağıdakı
mülahizələrin qiymətlərini təyin edək.
Qutuda qırmızı və göy kürəciklər var. – doğru
Qutuda qırmızı və sarı kürəciklər var. –yalan
Qutuda yaşıl və göy kürəciklər var. - yalan
Qutuda yaşıl və sarı kürəciklər var. –yalan
Sonra  isə  bu  cümlələri  “və  ya”  sözü  ilə
işlədərək, onların qiyməti müəyyən edilir. Nümunə
əsasında fikirlər ümumiləşdirilərək, məntiqi cədvəllər
tərtib edilir.
IV-cü sinifdə həmçinin “əgər-onda” sözləri
olan cümlələr də öyrədilir. Bu mülahizələrin də
mürəkkəb mülahizə olduğu qeyd edilir və mülahi-
zələrdə  şərt və nəticənin mənası aydınlaşdırılır.
Göstərilir ki, şərt və nəticənin yerini dəyişdikdə,
mülahizənin qiyməti dəyişir. Məsələn, “əgər meyvə
limondursa, meyvə turşdur” mülahizəsi doğrudur.
Lakin “meyvə turşdursa, o limondur” mülahizəsi
doğru deyil. [5].
Hər bir mülahizənin nəticəsi növbəti
mülahizənin şərti ola bilər. Bu üsulla mülahizələrin
zənciri qurulur. Məsələn, 2 qız və 2 oğlandan ibarət
şagirdlər qrupuna  aşağıdakı mülahizələri verməklə
belə bir oyun qurmaq olar. Müəllim fikrində
birrəqəmli ədəd tutur. Uşaqlara isə hər birində bir sadə
mülahizə yazılmış vərəq paylayır. Hər uşaq bir


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 128 -
mülahizəni oxuyur:
Bu ədəd 7-dir. (Aydın)
Bu ədəd cütdür. (Günay)
Bu ədəd 3-dən kiçikdir. (Leyla)
Bu ədəd 3-ə bölünür. (Emin)
Müəllim deyir ki, bir oğlan və bir qız doğru
danışır. Şagirdlər müəllimin fikrində tutduğu ədədi
tapmalıdırlar. Bu oyunun alqoritmi tərtib edilir.
1.
Bu ədəd 7-dir (Aydın) və ya bu ədəd 3-ə
bölünür (Emin).
2.
Bu ədəd cütdür (Günay) və ya bu ədəd 3-
dən kicikdir. (Leyla)
Aydının mülahizəsi doğrudursa, ədəd 7-dir,
onda Günay və Leylanın mülahizələrindən biri doğru
olmalıdır. Lakin 7 nə cütdür, nə də 3-dən kiçikdir.
Onda Aydının mülahizəsi yalandır. Deməli, Eminin
mülahizəsi doğrudur. Yəni ədəd 3-ə bölünür. Onda
Leylanın mülahizəsi yalandır, çünki 3-ə bölünən ədəd
3-dən kiçik ola bilməz. Günayın mülahizəsi isə
doğrudur. Ədəd cütdürsə və 3-ə bölünürsə,  bu ədəd 6-
dır.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 129 -
XIV.
Azyaşlı məktəblilər üçün öyrədici
kompüter proqramları və inkişafetdirici oyunlar
1.
Öyrədici kompüter proqramları.
2.
Öyrədici proqramların istifadəsinin metodik
xüsusiyyətləri.
3.
Inkişafetdirici  kompüter oyunları.
4.
Inkişafetdirici  kompüter oyunlarının psixoloji-
pedaqoji xüsusiyyətləri.
Öyrədici kompüter proqramları. Məktəblərin
kompüterlərlə təmin olunması ilə paralel olaraq
müxtəlif mövzularda öyrədici proqramların tərtib
edilməsi işi də başlandı. İlk öyrədici proqram 90-cı
illərdə Robotlandiya idi. Bu proqram paketi ibtidai
siniflərdə informatika üçün nəzərdə tutulmuşdu və 3
məzmun xəttini əhatə edirdi  - informasiya, alqoritm
və kompüter.
Psixoloqlar belə hesab edirlər ki, 11 yaşına kimi
uşaqların məntiqi təfəkkürü güclü inkişaf edir. Bu
səbəbdən informatikanı öyrənməyə məhz 1-ci sinifdən
başlamaq lazımdır. Kompüter proqramları və
kompüter oyunlarından istifadə zamanı kiçik yaşlı
məktəblilərlə işin psixoloji-pedaqoji xüsusiyyətləri
nəzərə alınmalıdır.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 130 -
Sanitar norma və qaydalara görə kompüterdə
belə oyun və proqramlarla işə 1-ci siniflərdə 10
dəqiqə, 2-ci sinifdən başlayaraq  15 dəqiqə vaxt
ayırmaq lazımdır. Həmçinin belə dərslərin sayı
həftədə 1 dəfədən çox olmamalıdır. Bəzi qərb dövlət-
lərində uşaqlar üçün hazırlanmış xüsusi Makintoş
kompüterlərindən istifadə edilir. Əslində uşaqlar
böyüklər üçün nəzərdə tutulmuş kompüterlərdə
işləməyə çətinlik çəkirlər, belə ki, onlar üçün kursoru
lazımi nöqtəyə sürüşdürmək çətin olur. Bu səbəbdən
kiçik yaşlı məktəblilərin onların yaş səviyyələrinə
uyğun xüsusi kompüterlərdən istifadəsi daha yaxşı
olardı. [18, s.418-432]
Öyrədici proqramlar və inkişafetdirici kompüter
oyunları  şagirdlərin özgüvən hissini möhkəmləndirir,
onlarda “ağıllı” maşın üzərində hakimlik hissi yaradır.
Bu emosional duyğunu düzgün qiymətləndirmək və
nəzərə almaq lazımdır.
Alqoritm məzmun xətti üçün  bir çox öyrədici
proqramlar mövcuddur. Bunlardan ən geniş yayılmışı
Hanoy qülləsi proqramıdır. Bu proqram millərə 2-dən
7-yə qədər  halqaların müəyyən qayda ilə
düzülməsidir. Alqoritmlərin öyrədilməsi üçün belə
proqramlar çox əhəmiyyətlidir.
Öyrədici proqramların hazırlanmasında süni
intellekt və bilik mühəndisliyindən istifadə olunur.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 131 -
Həmin proqramların informatika kursuna daxil
edilməsi nəticəsində şagirdlərin təfəkkür əməliyyatları
və hərəkətlər ardıcıllığı kimi mühüm keyfiyyətləri ön
plana çıxır.
Öyrədici proqramlar xətti, budaqlanan və
qarışıq sxemlər üzrə hazırlana bilər. Xətti proqramlar
öyrənilən materialın 95%-ə qədər hissəsinin mənim-
sənilməsinə kömək edir. Lakin belə proqramlarda
addımlar çox xirda hissələrdən ibarət olduğu üçün
böyük vaxt itkisinə səbəb olur. Budaqlanan
alqoritmlər daha mürəkkəb quruluşa malik olur. Bu
proqramla iş zamanı hər bir şagird fərdi olaraq
müxtəlif  yollarla məqsədə doğru gedə bilər. Bu isə
təlimin differensiallaşmasına səbəb olar.
Qarışıq proqramlar xətti və budaqlanan
proqramların müxtəlif birləşmələrindən ibarət olur.
Öyrədici proqramların tərkibində adətən keçilən
materalın təkrarı üçün testlər verilir. Testlərin  kom-
püter tərəfindən qiymətləndirilməsi dərsin obyektiv-
liyini artırır. Amerikalı pedaqoqlar müəyyən etmişlər
ki, məktəblilər 2 və 3-cü siniflərdə kompüterdə 6
həftəlik işdən sonra dəqiqədə 20-30 söz çap edirdilər.
Adətən bu yaşdakı şagirdlər 9-11 söz yaza bilirlər.
Öyrədici proqramların istifadəsinin metodik
xüsusiyyətləri. Hazırda 1-4-cü siniflər üçün tərtib
edilmiş müxtəlif öyrədici proqramlar var. Bunlardan


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə