Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə27/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   47
Azf-296626 removed

Kibernetik yanaşma. Kibernetik yanaşmada
aşağıdakı analyışlar öyrədilir:

  • Əlifba və əlifbanın gücü nədir?

  • Əlifbada simvolun informasiya miqdarı nə qədərdir?

  • Əlifba nöqteyi-nəzərindən mətnin informasiya həcmini necə müəyyən etmək olar?

  • Bayt, kilobayt, meqabayt, qiqabayt nədir?

İnformasiyanın öyrədilməsinə kibernetik yanaşma suryektiv yanaşmaya alternativ variant olub, müəyyən əlifba ilə tərtib edilmiş mətndə
informasiyanın miqdarını müəyyən edir.
Kibernetikada qara qutu adlı giriş və çıxış informasiyasından ibarət modeldən istifadə olunur. Bu modeldə informasiya siqnallar vasitəsilə ötürülür. Qara qutu və kibernetik sistem terminləri əslində sinonim terminlərdir. Giriş və çıxış qutuları arasında mübadilə məhz informasiya vasitəsilə həyata keçirilir. Bu nöqteyi-nəzərdən kibernetik sistemlər arasındakı informasiya – ötürülən siqnallar ardıcıllığıdır. Tələbələrə kibernetikanın mahiyyətini aydınlaşdırmaq məqsədilə aşağıdakı sxemi təqdim etmək olar: [15, s.27]

Sxemdən aydın olur ki, x ətraf mühitindən y ətraf mühitinə ötürülən informasiya z sistemindən keçir. Bu zaman z sisteminin özündə sistemdaxili informasiya saxlanılır.


İnformasiya mübadiləsi hər yerdə və hamı üçün baş verir – insanlar, heyvanlar, texniki qurğular və s. Bütün bu hallarda informasiya akustik, işıq, qrafik, elektrik və s. növ siqnallar şəklində olur. Məsələn, hər
hansı bir mətn yazılı formada hərflər ardıcıllığıdır – deməli, qrafik siqnallardan ibarətdir. Şifahi nitq isə səs siqnallarından ibarətdir. Bu yanaşmada əsas anlayış - əlifbadır. Əlifba informaiyanın təsviri üçün istifadə edilən simvollar ardıcıllığıdır. İkilik kodlaşdırmada əlifbanın hər bir simvolu 1 bit informasiyaya malikdir.
Beləliklə, kibernetik mənada informasiya ötürülən siqnallar ardıcıllığının məzmunudur.
İnformasiya və entropiya. Entropiya (yunanca çevrilmə deməkdir) informasiya nəzəriyyəsində qeyri- müəyyənlik mənasında işlənir. Məişətdə entropiya dedikdə nəzərdə tutulur ki, hər hansı bir sistemdə nə qədər az element müəyyən qaydaya tabedirsə, entro- piya bir o qədər yüksəkdir. R.Xartli informasiyaya belə tərif vermişdir:
Tərif. İnformasiya nəyinsə vəziyyəti haqqında olan qeyri-müəyyənliyin, ona dair biliklərin məhdudluğunu azaldan məlumatdır.
Bu baxımdan informasiyanın ölçülməsi anlayışı belə müəyyən olunur:
1 bit informasiya bərabər ehtimallı iki hadisədən birinin baş verməsi haqqında haqqında verilən informasiyadır. Xartli düsturuna görə İ=log2N. Məsələn, pulu atdıqda iki üzündən birinin düşməsi haqqında verilən informasiya 1 bitə
bərabərdir. Qeyd edək ki, belə yanaşmadan yuxarı siniflər və ali məktəb tələbələri istifadə edə bilər.
Hesablama texnikasında bit ən kişik vahid
qəbul edilmişdir.
1 b=8 bit 1Kb=1024 b
1 Mb=1024 Kb
1 Qb=1024 Mb
1Tb= 1024 Qb
Müəllim informasiyanın entropiya mənasında izahını vermək üçün fikirlərini aşağıdakı kimi şərh edə bilər. [15, s.116-120]

  1. Bir çox hadisələr təsadüfidir və bu və ya digər ehtimalla baş verir. Bu cür informasiyaların – təsadüfi hadisələr haqqında informasiyaların üzərinə müəyyən şərtlər qoyulur.

  2. Qeyri-müəyyənliyi təyin etmək üçün entropiya anlayışından istifadə edilir. Entropiya

(H) aşağıdakı kimi funksiya şəklində verilir.
H=log2 N
Entropiya sistemlərdəki dağınıqlığı bildirir.
Entropiyanın aşağıdakı xassələri var:

  • Bir neçə asılı olmayan hadisədən ibarət mürəkkəb hadisənin entropiyası həmin hadisələrin entropiyaları cəminə bərabərdir.

  • Bərabərehtimallı hadisələr ən böyük entropiyaya malikdir.

  1. İnformasiyanın miqdarı Xartli düsturu ilə müəyyən edilir. Əgər informasiya “hə” və ya “yox” cavabı ilə verilən cümlədən ibarətdirsə, ondakı informasiya 1 bitdən çox deyil, bərabərehtimallı hadisələr üçün 1 bitə bərabərdir, bərabər olmayan ehtimallı hadisələr üçün isə 1 bitdən kiçikdir.

  2. İnformasiya entropiyanın azalmasına

bərabərdir.
İ=H1 H2
İnformatika kursunda ən mühüm anlayışlar informasiya, informasiyanın ölçülməsi, ölçü vahidləri, informasiya daşıyıcıları, işarə, simvol, model, kod və s.-dir. Müəllim bu anlayışların düzgün mənimsdilməsi üçünbütün orta məktəb informatika kursu boyunca informatika tədrisinin əsas məqsədlərini – ümumtəhsil, inkişafetdirici və praktik məqsədləri diqqət mərkəzində saxlamalıdır. İnformatikanın əsas anlayışlarının mənimsədilməsində aşağıdakı prinsiplər gözlənilməlidir: [18]

  1. Sistemlilik prinsipi. Kursun öyrədilməsində şagirdin fikrində bütün anlayışların ardıcıl sistemi qurulmalıdır. Yəni şagird kurs boyu hansı mövzunu hansı ardıcıllıqla öyrənəcəyini qabaqcadan dərk etməlidir.

  2. Paralellik prinsipi. Bu prinsip onu bildirir ki, İKT kursunu və kompüterdə praktik işi öyrənərkən belə şagirdlər paralel olaraq fundamental və əsas anlayışları öyrənməyə davam etməlidirlər.

  3. Özünütədris və qarşılıqlı öyrənmə. İnformatika yeni və inkişafda olan bir elm olduğu üçün şagirdlər özləri əlavə mənbələrdən, internet resurslarından istifadə etməklə özləri informatika üzrə yeni biliklər qazana bilər, sinif yoldaşları ilə bu məlumatları paylaşaraq onların da maraq və bilik dairəsini genişləndirə bilərlər.

Qeyd edək ki, yuxarıda sadalanan prinsiplər tədrisin ümumi prinsiplərini inkar etmir, əksinə onları tamamlayır.



  1. Yüklə 1,11 Mb.

    Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə