Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel


Əsas informasiya proseslərinin öyrədilməsi metodikası



Yüklə 1,11 Mb.
səhifə28/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   47
Azf-296626 removed

Əsas informasiya proseslərinin öyrədilməsi metodikası



  1. İnformasiyanın saxlanılması.

  2. İnformasiyanın emalı prosesi.

  3. İnformasiyanın ötürülməsi prosesi.

Informasiya proseslərinin öyrədilməsi 1-4-cü siniflərdə informatikanın tədrisi prosesində xüsusilə
böyük əhəmiyyətə malikdir. Belə ki, informasiya prosesləri ilə bağlı anlayışlar 1-ci sinifdən başlayaraq şagirdlərə mənimsədilir. Şagirdlər:

    • qarşılıqlı əlaqədə olan obyektlər sisteminin, elementlər arasındakı siqnalların, infor- masiya mübadiləsinin nədən ibarət oldu- ğunu;

    • informasiya proseslərinin təsnifatını, infor- masiyanın 2-lik say sistemində təsvirinin;

    • müxtəlif sosial, bioloji və texniki system- lərdə informasiya axtarışının, alqoritmləş- dirmə və modelləşdirmə vasitəsilə infor- masiyanın formal şəkildə təsvirinin nədən ibarət olduğunu bilməlidirlər. [15, s.127- 132]

Məlumdur ki, informasiya proseslərinə infor- masiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir. İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir.
İnformasiyanın ötürülməsi. Toplanan infor- masiyanın emal edilməsi üçün o, emal vasitələrinə ötürülməlidir. Adi halda informasiyanın emalı insan
tərəfindən, avtomatlaşdırılmış kompüterlər vasitələrlə aparılır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir. Müasir kompüterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafəyə ötürülməsi üçün modem (modulyator - demodulyator) adlanan xüsusi qurğudan istifadə edilir.
Informasiyanın ötürülməsi üçün istifadə olunan yardımçı vasitələrə informasiyanın ötürülmə vasitələri deyilir. Bunlara misal olaraq telefon, radio, televizor, kompüteri göstərmək olar.
İnformasiyanın ötürülməsi sxemi belədir:
İnformasiya mənbəyi – informasiyanın ötürmə vasitələri – informasiyanın qəbuledicisi.
Amerikalı riyaziyyatçı Klod Şennon informasiyanın kodlaşdırılması nəzəriyyəsini işləyib hazırlamışdır. Bu nəzəriyyə həm də informasiyanın ötürülməsi zamanı yaranan küylərin qarşısını almaq üçün üsul verir. Nəzəriyyəyə görə, rabitə xətti ilə ötürülən informasiyanın dəqiq çatdırılması üçün kod bir az daha artıq olmalıdır. Məsələn, telefonla danışdıqda səsimiz eşidilmirsə, nə edə bilərik? – sözləri bir daha təkrar edərik – deməli, informasiyanın
miqdarını artırmaqla və ya sözün hər bir baş hərfini həmin hərflə başlayan sözlə deməyə çalışarıq. Misal üçün, Şennon – şəhər, ev, nöqtə, naqil, otaq, nağıl. Bu zaman istifadə edilən köməkçi sözlər elə seçilməlidir ki, onlar dilimizdə tez-tez işlənən və aydın başa düşülən sözlər olsun.
İnformasiya kompüterlərdə kodlaşdırılaraq saxlanılır və istifadəçilərə çatdırılır. Bu isə infor- masiyanın diskret və ya rəqəmsal formaya çevrilməsi sayəsində baş verir. Nöqtə və tirelərdən ibarət olan Morze əlifbası informasiyanın kodlaşdırılmasına misaldır. Kompüterdə informasiya 0 və 1-lərlə kodlaşdırılır. Bu, fiziki cəhətdən iki dayanıqlılıq vəziyyətinə - lampanın yanması (1) və sönməsinə (0) uyğundur.
İnformasiyanın ötürülməsini borulardan suyun axması ilə müqayisə etmək olar. Bu misalda ötürmə vasitəsi borulardır. Borudan vahid zamanda keçən suyun miqdarı L/san və ya m3/san ilə ölçülür. Analoji olaraq olaraq informasiyanın ötürülməsi bit/san, bayt/san ilə ölçülür. Şagirdlərin bu prosesi daha yaxşı başa düşmələri üçün onlara belə bir tapşırıq vermək olar – kitabın 1 səhifəsini oxuyun, vaxtı qeyd edin, 1 sətirdəki simvolların orta sayını tapın, sonra isə bütün səhifədəki simvolların sayını hesablayın. Bu səhifənin informasiya həcmini (baytlarla) müəyyən edin. Daha
sonra 1 saniyəyə oxuduğunuz informasiyanın miqdarını hesablayın.
Fərz edək ki, kitabda 40 sətir və hər sətirdə təxminən 50 simvol var. Bu o deməkdir ki, səhifədə 2000 simvol var və ya mətnin informasiya həcmi 2000 bayta bərabərdir. Mətni oxumağa 140 saniyə vaxt sərf olunur. Deməli, informasiyanın ötürülmə sürəti 2000/140=14,3 bayt/san–dir. Şagirdlərin diqqətini belə bir fakta yönəltmək yaxşı olardı ki, eyni həcmdə, lakin müxtəlif ötürmə sürətinə malik informasiyalar ola bilər. Ümumiyyətlə, mətnin həcmi nə qədər böyük olarsa, onun ötürülmə sürətini müəyyən etmək o qədər asan, düzgün və real olar.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə