~ 11 ~
üçün ayrılmış hissəsinə orta nümunə deyilir. Əgər əsas nümunə
kiçik partiya taxıldan götürülüb, cəmi 2-4 kq olarsa, özü orta nü-
munədir. Əsas nümunə 4 kq-dan artıq olarsa, onu qarışdırıb ondan
orta nümunə ayrılır. Bu məqsədlə əsas nümunə hamar səthə tökü-
lüb qarışdırılır. Sonra xırda toxumlu dənlər 1,5 sm, nisbətən irilər
5 sm qalınlığında kvadrat formasında düzlənir. Dioqanal xətlər
keçirməklə 4 üçbucağa bölünür. Hər iki üçbucaq götürülür, qalan-
lar isə kənar edilir. Bu əməliyyat 2 kq miqdarında orta nümunə
qalanadək davam etdirilir.
2 kq orta nümunədən dənin keyfiyyət göstəricilərini təhlil et-
mək üçün çəkili hissələr ayrılır (şəkil 1.1).
1.2. D
ənin texnoloji xüsusiyyə
tl
ə
rinin
qiym
ə
tl
ə
ndirilm
ə
si
Buğda və arpanın texnoloji xassələrini əks etdirən göstəricilər
şərti olaraq 3 qrupa bölünür: dənin ümumi vəziyyətini əks etdirən
göstəricilər, un üyünmə və çörək bişirmə göstəriciləri.
Dənin ümumi vəziyyəti. Dənin rəngi, iyi, nəmliyi, zibillənmə-
si, yoluxması və s. göstəricilərlə qiymətləndirilir. Bunlar dövlət
standartına daxil olub, tədarük kondisiyasını (bazis və məhdudiy-
yət) müəyyən edir. Bu göstəricilər nəzərə alınmaqla, dən partiya-
sının dövlətə satışı hazırlanır.
Dənin rəngi və parlaqlığı.
Dənin xarici görünüşünün,
o cümlə-
dən, rənginin və parlaqlığının dəyişməsində mikroorqanizmlər
fəal rol oynayır. Bu zaman rəngdə qara xallar (qara bakterioz),
çəhrayı rəng (fuzarium konidilərinin yaranması ilə), ruşeymin qa-
ralması (gelmintosporiumun inkişafı nəticəsində) kimi dəyişiklik-
lər müşahidə olunur. Bəzən dən partiyasında göbələklərin sporları
ilə dolu kisəciklər olur və onların dağılmasından yaranan sporlar,
dənə çirkli forma verir.
~ 13 ~
nan
dənləri dən, yaxud zibil qarışıqlarına aid edirlər.
Dənin iyi. Hər bitki dəninin özünəməxsus iyi vardır. Normal
iyin dəyişmə səbəblərini iki qrupa bölmək olar: 1.Dənin sorbsiya
xüsusiyyəti; 2.Dənin kimyəvi tərkib komponentlərinin parçalan-
masına səbəb olan proseslər.
Birinci qrupa - efir yağlarının iyləri, dən kütləsinin işlənməsi
zamanı əmələ gələn iyləri və dənlə davranma qaydaları pozulduq-
da yaranın təsadüfi iyləri aid etmək olar. Üyünmək üçün asanlıqla
kənar olunan iylərə (efir yağları) malik dənlər, xüsusi icazə ilə
qəbul oluna bilər. Neft məhsullarının təmizlənməyən iyinə malik
dənlərin qəbuluna icazə verilmir.
İkinci qrup iylər, dən kütləsində baş verən bioloji proseslər nə-
ticəsində yaranır. Bu qrupa - anbar iyi, səməni iyi, boğunuq iyi,
zərərvericilərlə əlaqədar yaranan iylər aiddir. Anbar iyi, dən küt-
ləsini uzun müddət qarışdırmadan saxladıqda yaranır. Bu iyin ya-
ranmasının əsasında anaerob tənəffüsün aralıq məhsullarının sorb-
siyası durur. Havalandırıldıqda asanlıqla kənar olunduğundan bu
iy dənin keyfiyyətinə təsir etmir.
Səməni iyi kəskin ətirli olub, dəndə yüksək nəmlikdə baş verən
fizioloji-biokimyəvi və mikrobioloji proseslər nəticəsində əmələ
gəlir. Bu iylə əlaqədar, dəndə amin birləşmələrinin və asan oksid-
ləşən maddələrin miqdarının yüksəldiyi müşahidə olunmuşdur.
Boğunuq və kifli-boğunuq iy davamlı və xoşa gəlməyəndir.
Dənin düzgün saxlanmaması zamanı mikroorqanizmlərin, xüsusi-
lə də kiflərin inkişafı nəticəsində əmələ gəlir. Göbələklərin həyat
fəaliyyəti və həmçinin dənin azotlu maddələrinin parçalanmasın-
dan yaranan məhsullar xoşagəlməz iyə malik olub, dəndə və hətta
ondan alınan un və çörəkdə saxlanmış olurlar.
Dən ehtiyatındakı zərərvericilərin inkişafı nəticəsində yaranan
iylər, çürüntü iyi verirlər. Zərərvericilərin məhsulları və cəsədləri
ilə dən çirkləndikdə, eləcə də öz-özünə qızışmada bu iylərə təsa-
düf olunur.
Səməni, boğunuq və kifli-boğunuq iyə malik olan dənlər yalnız
xüsusi icazə ilə qəbul olunurlar.
İylər bütöv və ya üyüdülmüş dəndə təyin olunur. Dəni nəfəslə