4
GİRİŞ
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında
(indiki Bakı Musiqi Akademiyası) xor dirijorluğu şöbəsinin açılması
1951-52-ci ill
ərdə görkəmli bəstəkar Qara Qarayevin rektor olduğu
dövrl
ərə təsadüf edir. Bu şöbənin yaranması son dərəcə vaxtında həyata
keçirilmiş bir tədbir idi. Bunun səbəbi isə o dövrdə respublikada xor
m
ədəniyyətinin çox ciddi təhlükə qarşısında olması idi. Maestro Niyazi
qeyd edirdi ki, vaxtil
ə Hacıbəyli tərəfindən yaradılan Azərbaycan Dövlət
Xorunun dağıdılması bu şəraitin yaranmasına səbəb oldu. 1950-ci ildə
h
əmçinin Dövlət Kapellasının da fəaliyyəti dayandırıldı. Bu isə, öz
növb
əsində, o dövrdə respublikamızda çoxsəsli oxumanı təbliğ edən xor
kollektivl
ərinin ümumiyyətlə olmamasına gətirib çıxarmışdı.
1951-52-ci ill
ərdə yeni yaranan xor dirijorluğu şöbəsinə uzun
müddət
Az
ərbaycan Dövlət Konservatoriyasında çalışmış və bu illər ərzində çox
sayda dirijor-x
ormeyster yetişdirmiş L.V.Frolova rəhbərlik etmişdir.
Haqlı olaraq bu illəri milli professional xor dirijorluğu mədəniyyətinin
əsaslarının yaranmasını təmin edən illər kimi qiymətləndirmək olar. Bu
şöbəyə daxil olan ilk tələbələr arasında artıq Azərbaycan professional
musiqi m
ədəniyyətində iz qoymuş N.Məlikov, L.Atakişiyeva,
R.
Əfəndiyev, K.Abbasov və başqalarının adını çəkə bilərik.
Öz h
əyat və yaradıcılığını milli xor mədəniyyətinin inkişafına həsr
etmiş görkəmli bəstəkar C.Cahangirovun 1953-cü ildə xor dirijorluğu
şöbəsinə müəllim kimi dəvət olunması şöbənin
fəaliyyətini daha da
canlan
dırır. 1954-cü ildə burada Moskva Konservatoriyasının məzunu,
professor A.Sveşnikovun sinfində təhsil almış gənc müəllim A.Yurlov
5
f
əaliyyətə başlayır. Böyük istedad sahibi olan Yurlov Konservatoritanın
rektoru Ə. Abbasov tərəfindən dəvət olunmuşdu (o dövrdə yerli kadrlar
olmadığı üçün mütəxxəssislər kənardan dəvət olunurdu).
1954-cü ild
ə xor dirijorluğu kafedrası yaranır. Kafedranın akademik
hazırlıq səviyyəsi ildən-ilə artırdı. 1956-cı ildə Azərbaycan Dövlət
Konservatoriyasını ilk yeddi məzun-xormeyster bitirir. Bu məzunların
bir çoxu Konservatoriyada mü
əllim kimi saxlanılır. Bununla yanaşı
kafedraya
pedaqoji f
əaliyyət üçün yeni müəllimlər – dosent Y.Petrov və
İ.Butayev da dəvət olunur.
Kafedra bu ill
ər ərzində çox böyük nəticələr əldə etmişdir. 1964-cü
ild
ən 1975-ci ilə qədər xor dirijorluğu kafedrasına rəhbərlik etmiş
L.V
.Frolovanın sinfini 20-yə yaxın məzun-xormeyster bitirmişdir.
L.V
.Frolovanın sinfini böyük müvəffəqiyyətlə bitirən
məzunlar
arasında L.Atakişiyevanın, E.Novruzovun, N.Məlikovun adını çəkmək
olar.
C.Cahangirovun sinfini bitir
ən seçmə tələbələr arasında Ş.Rzayev,
A.Abbasov
, M.Əliyeva və başqalarını xüsusilə vurğulamaq lazımdır.
Hal-
hazırda onlar fəal şəkildə xor kollektivlərinə rəhbərlik edir və
pedaqoji f
əaliyyətlə məşğul olurlar.
Xor dirijorluğu kafedrasında pedaqoji işlə yanaşı, intensiv şəkildə
aparılan elmi-tədqiqat işi onun ən böyük nailiyyətlərindən biri kimi
qiym
ətləndirilməlidir. Bu işdə ilk növbədə L.V.Frolova, E.B.Novruzov
kimi aparıcı müəllim-metodistlərin tez-tez verdiyi nümunəvi konsertləri,
xor üçün orijinal
əsərlərin və aranjirovkaların yazılmasını vurğulamaq
lazımdır. Qeyd etməliyik ki, xor dirijorluğu ixtisasına olan marağın
günd
ən-günə artması 2011-2012-ci illərdən bu kafedranın bazasında