Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

102 
 
 
 
zi  M.F.Axundov  adına  Azərbaycan Dövlət Opera və  Balet  Teatrının 
direktoru v
ə bədii rəhbəri vəzifəsində çalışıb. 
 
«Orkestrin  s
əmərəli  işi  onun  rəhbəri, görkəmli dirijoru və 
b
əstəkarı,  xalq  artisti  ustad  Niyazinin  yorulmaz  fəaliyyəti ilə  qırılmaz 
tell
ərlə  bağlıdır.  Qırx  il  ərzində  Niyazinin rəhbərliyi  altında  orkestr 
professional  ustalığın  zirvələrinə  yüksəlmiş,  parlaq,  fərdi ifaçılıq  dəst-
x
ətti kəsb  etmişdir.»  (deyilən sözlər 18 iyul 1982-  ci ildə  Kommunist 
q
əzetində dərc olunmuşdur). 
 
Az
ərbaycan bəstəkarlarının  əsərlərinin  ifası  zamanı  ən dəqiq və 
aydın  ifa  üsullarının  axtarılıb  tapılmasmda  və  tətbiq edilməsində  də 
birincilik Niyaziy
ə  məxsusdur.  Onırn  tapdığı  üsullar  sonradan ənənəyə 
çevrilir. Bu Az
ərbaycan milli orijinal dirijorluq məktəbinin 


103 
 
formalaşmasında  və  inkişafında  Niyazinin  ifaçılıq  üslubunun  əsas rol 
oynadığını söyləməyə imkan verir. 
 
Ulu önd
ərimiz H. Əliyev  musiqi ictimaiyyətinə öz tövsiyələrində 
xüsusi  olaraq  qeyd  etnıişdir:  «Azərbaycan musiqisi bundan sonra da 
inkişaf  etməlidir,  milli  musiqi  olmuş  və  belə  musiqi  olmalıdır.  Bütün 
m
ədəniyyətin inkişafının əsasını təşkil edən bu prinsip öz həyati gücünü 
sübut etmişdir. Siz bunun əsasında irəliləməlisiniz. Azərbaycan musiqisi 
bundan sonra da vahid m
ədəniyyətimizin, musiqimizin üzvi tərkib 
hiss
əsi kimi inkişaf etməlidir»  (H.Ə.Əliyev. Bəstəkarın nəcib borcu və 
v
əzifəsi. «Sovetskaya muzıka», 1979. №11,  s.20.) 
 
Ustad Niyazi
nin bütün yaradıcılıq fəaliyyəti bu yüksək prinsiplərlə 
s
ədaqətin parlaq nümunələrindən biri olub. 
 
M
əhz buna görə  də  Niyazinin təfsirləri həmişə  əsərlərin ideya-
emosional m
əzmununun dərindən dərk edilməsi və parlaq sürətdə açılıb 
göst
ərilməsi ilə  qeyri-  adi  coşğunluğu  və  əfsunlayıcı  ehtirası  ilə 
f
ərqlənir. Məhz buna görə  də  həmin təfsirlər mütləq  «İkinci  yaranışa» 
çevrilir, musiqi s
ənətinin çox böyük əsərlərinin misilsiz gözəlliyini və 
tük
ənməz gücünü ilkin saflığı ilə yenidən açıb göstərir. 
 
Az
ərbaycan musiqi sənətinin inkişafında əvəzsiz xidmətlərinə görə 
ustad Niyazi Az
ərbaycanın  əməkdar incəsənət xadimi, Azərbaycanın 
Xalq artisti (1955), Dövl
ət  mükafatları  laureatı,  sosialist  Əməyi 
Q
əhramanı  kimi  fəxri  adlara  layiq  görülmüş,  Qırmızı  Əmək  bayrağı, 
Şərəf nişanı ordenləri (1938) ilə təltif olunmuşdur. 
 
 


104 
 
 
 
ƏFRASİYAB BƏDƏLBƏYLİ 
Əfrasiyab Bədəlbəyli 1907-ci il aprel ayının 19-da, Bakı  şəhərində, 
xalq maarifçisi B
ədəlbəy Bədəlbəyovun  və məhşur  Şah  Qacar  nəslinin  
t
əmsilçisi Rəhimə xanım ailəsində anadan olmuşdur. 
1912-ci  ild
ə  Əfrasiyab  Bədəlbəyli 6-cı    rus-müsəlman  məktəbinə 
daxil olur  v
ə  1916-cı  ildə,  tədris olunan bütün  fənlərdən “əla” 
qiym
ətlərlə məktəbi  bitirir. 
 1917-1924-cü ill
ər  ərzində  o,  Bakıdakı  1-ci  realını  məktəbində 
t
əhsil  alır.  1923-cü ildən 1926-cı  ilə  kimi  Ə.Bədəlbəyli  təzəcə  təşkil  
olunan s
əhnə  tamaşalarında böyük həvəslə iştirak edir. 
XX 
əsrin 20-ci  illərində  Azərbaycan opera  və  operettalarının  
s
əhnədən  götürülməsi  nəzərdə  tutulmuşdu.  17  yaşlı  Əfrasiyab 
B
ədəlbəyli “Kommunist” qəzetində  dərc etdirdiyi  məqaləsində 
“Operalarımızın  islahatı  işində  tələsməyə  heç  bir  ehtiyac  yoxdur”- 
dey
ə, buna  qəti  etirazını  bildirir. 


105 
 
Mük
əmməl  bilik əldə  etmək arzusu ilə, Ə.Bədəlbəyli 1924-cü ildə  
Az
ərbaycan  Dövlət Türk Musiqi Texnikumuna  və  eyni  zamanda, 
Az
ərbaycan Dövlət  Universiteti    şərq  fakültəsinin  dilçilik  şöbəsinə  
daxil  olur.  Musiqi 
texnikumunda  Ə.Bədəlbəyli müəllim S.L.Bretanit-
skinin  sinifin
ə  violino  ixtisası  üzrə  təhsil  alır.  İstedadlı  gənc tez bir 
zamanda  s
əlis ifa  bacarığına nail olur və 1925-ci il may ayının  22-də 
texnikum  t
ələbələrinin  qüvvəsi  ilə  Üzeyir  bəyin  səhnəyə  qoyulmuş  
“Arşın mal alan” operettasını müşayiət edən orkestrdə ikinci skripkaların 
konsertmeysteri kimi 
çıxış  edir. Violino ilə yanaşı  tarda da mükəmməl 
ifa üslubuna nail olmuş Ə.Bədəlbəyli, 1926-cı  ildə  xalq çalğı alətləri 
orkestrinin Moskva  v
ə  Minsk  şəhərlərindəki  qastrol  səfərləri  zamanı 
ikinci  s
əs tarçılar  qrupunun konsertmeysteri kimi  orkestrin  heyətində  
iştirak  edir. 
1928-ci il fevral 16-da,  musiqisi 
Ə.Bədəlbəyliyə  məxsus  
C.Cabbarlının  “Od  gəlini”  əsərinin  premyerası  oldu. 
1929-cu  ild
ə xalqımızın ulu musiqi aləti olan tarı köhnəlik əlaməti  
sayaraq  muzey
ə  göndərmək,  konservatoriyanın  tədris  proqramından  
çıxarmaq  kimi  cəfəng  fikirlərə  etiraz  edən  Ə.Bədəlbəyli “Tar üzərinə  
mühakim
ə  münasibətilə” başlığı  altında məqalə ilə çıxış edir. 
1930-
cu  il  may  ayının  15-də  Ə.Bədəlbəyli  türk  operalarına  
dirijorluq  etm
ək  üçün  M.F.Axundov  adına  Dövlət Böyük teatrına  işə  
q
əbul olunur. 
Əfrasiyab Bədəlbəyli professional musiqi təhsili almaq məqsədi ilə  
1932-ci  ild
ə  Moskva  konservatoriyasının  dirijorluq  fakültəsində  
oxumağa  yola  düşür.  Professor  K.Saracevin  sinifində  təhsil alan  gənc  
bu  s
ənətin  incəliklərinə  mükəmməl  yiyələnir. Ali  məktəbdə  oxuduğu  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə