15
Parfiya dövlətini süquta uğradan fars əya-
lətinin hakimi Ərdəşir 226-cı ildə Ktesifonda
(Mədaində) özünü
“şahlar şahı”
elan etdi. İran-
da yeni dövlətin
–
Sasanilər dövlətinin əsası
qoyuldu.
III-V əsrlərdə İranda feodal münasibətləri
formalaşırdı. İri feodallar və onlardan asılı olan
kəndlilər təbəqəsi yaranırdı. Sasani hökmdarları
hakimiyyətin dayaqlarını möhkəmləndirmək
üçün torpaq sahələrini hərbçilərə paylayırdı.
Kəndlilər və sənətkarlar mülk sahibinə vergi verir, mükəlləfiyyət daşı-
yırdılar. Sasanilər dövründə əsas torpaq mülkiyyət forması
dastakert
idi.
Sasani dövlətində şah qeyri-məhdud, irsi hakimiyyətə malik idi. Baş kahin
Sasanilər imperiyası və Qafqaz
“II Kirin dövründən
Ön Asiyanın
bütün vilayətləri
fars satraplarının
hakimiyyəti altında
olmuşdur.”
Ərdəşir
(İran şahı)
1. Yuxarıdakı rəsm əsasında Şərq dövlətində ida-
rəetmə haqqında fikir bildirin.
2. İran şahı bu sözlərlə nə demək istəyirdi?
3. Yuxarıdakı açar sözlərdən hansıları sizlərə
tanışdır?
Düşünün
Yeni dövlət və yeni quruluş
Zərdüştlük
Ktesifon
“Şahlar şahı”
Məzdəkilər
Qafqaz
Açar sözlər
2
1. Əhəməni imperiyası hansı əraziləri əhatə etmişdir?
2. Yunan-İran müharibələrinin nəticəsi nə olmuşdur?
Yada salın
Sasani sikkəsi
16
Erkən orta əsrlər
Sasanilər imperiyasının idarəçilik sisteminin sxemini hazırlayın.
Cavablandırın
Atəşpərəstlik Sasanilər imperiyasında hakim din idi. Zərdüştlük dini
kimi də tanınan bu din bizim eradan əvvəl VI əsrdən eramızın VII əsrinə-
dək üç imperiyanın dövlət dini olmuşdur. Ərdəşirin dövründə zərdüştlüyün
müqəddəs kitabı “Avesta” bərpa edilmişdi. Atəşpərəstliyin baş məbədi Qa-
zaka şəhərində yerləşirdi.
481-ci ildə ölkədə baş verən aclıq Məzdək hərəkatının başlanması üçün
qığılcım oldu. Məzdək ədalətli cəmiyyətin qurulmasını tələb edirdi. Sasani
şahı I Qubad əyanların nüfuzunu zəiflətmək üçün məzdəki-ləri müdafiə etdi.
Lakin, məzdəkilər hərəkatının genişləndiyini görən şah 529-cu ildə hərəkatı
qan içərisində boğdu, Məzdək edam olundu.
I Xosrov məzdəkilər hərəkatından bir sıra nəticələr çıxardı. O, başa düşdü
ki, xalqı narazı salan vergi sistemində bəzi dəyişiklik etmək lazımdır.
Xaraq
məhsulla deyil, pulla alınmağa başlandı.
Gezitin
isə əmlakın miqdarından
asılı olaraq ödənilməsinə icazə verildi. Güclü ordu yaradıldı. Torpaqsız İran
kəndliləri şərq sərhədlərinə və Qafqaza köçürüldü. I Xosrovun keçirdiyi isla-
Daxili siyasət
“Mən – sahlar şahı I Şapur aşağıdakı şahlıqlara sahib oldum! Fars, Partav,
Ərəbistan, Aturpatakan, İberiya, Albaniya, Balasakan və sonra Kap və “Alban
qapıları”na qədər ərazi, Midiya, Gürgan, Mərv, Herat, Turan... Bu ölkələrin
şahları və hakimləri bizə xərac gətirməyə başladlar”.
Nəqşi-Rüstəm məbədinin divarına həkk olunmuş yazıdan
Müzakirə edin
Adları çəkilən ölkə və şəhərlər haqqında nə deyə bilərsiniz?
Hakimiyyət nərdivanı
şahdan sonra ikinci şəxs hesab olu-
nurdu.
Hakimiyyət nərdivanının son-
rakı pilləsində əyalətləri idarə edən
mərzbanlar dayanırdı. Nərdivanın
ən aşağı pilləsində xırda və orta
feodallar – azadlar dururdular.
Əkinçilər, maldarlar, sənətkar və
tacirlər əhalinin əsas hissəsini təş-
kil edir və “vergi verənlər” ad-
lanırdılar.
17
•
Dastakert
– feodal torpaq mülkiyyəti
•
Gezit
– həddi-büluğa çatmış hər bir kişidən alınan can vergisi
•
Xaraq
– torpağın və məhsulun miqdarına görə alınan vergi
Lüğət
• I Xosrov islahatlar keçirməkdə hansı məqsədi güdürdü?
• Zərdüştlük dini hansı imperiyaların hakim dini olmuşdur?
• Sasanilərin daxili siyasətinin əsas istiqamətləri hansılar idi?
Cavablandırın
Sasanilər imperiyasının süqutu və Qafqaz
Sasanilərin apardığı işğalçılıq siyasəti Qərbdə Bizansın işğalçılıq
niyyətləri ilə toqquşurdu. 591-ci ildən Bizansla bağlanmış “ əbədi sülhə”
görə Cənubi Qafqaz tərəflər arasında bölüşdürüldü. Fasiləsiz müharibələr
Sasanı imperiyasını zəiflətdi. Ərəb dövlətinin qoşunları 642-ci il Nəhavənd
döyüşündə sasaniləri ağır məğlubiyyətə uğratdı. Ardıcıl məğlubiyyətlər
nəticəsində 651-ci ildə Sasanilər dövləti süqut etdi.
III-V əsrlərdə Sasanilər imperiyasının tərkibində olan Cənubi Qafqazda
feodalizmə xas olan münasibətlər yaranırdı. Torpaq sahibləri asılı kəndlilərin
əməyi hesabına yaşayırdılar. Burada Albaniya, Kartli və Laz çarlığı kimi
dövlətlər var idi. IV əsrin əvvəllərində Cənubi Qafqaz ölkələrində xris-
Şərq dünyası
hatlar Sasanilər imperiyasında feodal münasibətlərini xeyli möhkəmləndirdi,
iqtisadi yüksəlişə təkan verdi.
18
Erkən orta əsrlər
• Kəndlilərin feodaldan asılılığının səbəbi nə ola bilərdi?
• Fikirləşin, nə üçün Qafqaz müharibələrdən yaxa qurtara bilmirdi?
Cavablandırın
Sasanilər dövründə İranda mə-
dəniyyət inkişaf edirdi.
X əsrdə yaşamış şair Firdov-
si Sasani dövründən bəhs edən
“Şahnamə” əsərini yaratmışdır.
Hindlilərin “Kəlilə və Dimnə”
əsəri pəhləvi dilinə, başqa dillərə,
o cümlədən, sonralar Azərbaycan
dilinə tərcümə edilmişdir. Şahlar
üçün inşa edilən möhtəşəm saray-
lar memarlığın yüksək inkişafını
göstərirdi.
İranda nərd, çovkan oyunları xalq arasında geniş yayılmışdı.
Elm və mədəniyyət
Nərd oyununda zərlərin üzərindəki işarələri hansı dildə və necə səsləndirirlər?
Cavablandırın
• Sasani imperiyasının mövcud olduğu dövrdə iki hökmdarı – Borandoxt və
Azormdoxt qadın olmuşlar.
• Sasani ordusu rəsmi sənədlərdə “Rüstəmin ordusu” adlanırdı.
Öyrənin
Axtarın
Sasanilər, Qafqaz, Avesta, Məzdəkilər
Ktesifonda şah sarayı
tian dini yayılmağa başladı. Bu dövrdə bölgəyə türk tayfalarının aramsız
yürüşləri başladı. Nəticədə regionda türklərin sayı artdı və siyasi nüfuzu
gücləndi.
Dostları ilə paylaş: |