26
Erkən orta əsrlər
• Əməvilər və Abbasilər sülaləsi dövründə Ərəb xilafətini müqayisə edin.
Oxşar və fərqli cəhətlərini Venn diaqramı əsasında dəftərinizdə tərtib edin.
• Yuxarıdakı xəritə əsasında ərəb işğallarının xronoloji cədvəlini hazırlayın.
Cavablandırın
3. Abbasilər sülaləsinin hakimiyyəti dövrü (750-1258).
Bu dövrdə paytaxt Bağdad şəhərinə köçürüldü. Elə bu səbəbdən Abbasilər
dövlətini Bağdad xilafəti adlandırırlar. Harun ər-Rəşidin (786-809)
zamanında Xilafət yüksəliş dövrü keçirirdi. Lakin onun vergiləri məhsulun
miqdarına görə deyil, əkin sahəsinə görə hesablanması qaydasını tətbiq
etməsi kəndlilərin vəziyyətini pisləşdirmişdi. Vəziyyətin ağırlığı ölkədə
çoxsaylı üsyanlara gətirib çıxarırdı. Mərkəzi Asiyada VIII əsrdə başlamış
Müqənna üsyanı və Azərbaycanda Xürrəmilər hərəkatı bu üsyanların ən
böyüyü idi. “Ümumi bərabərlik” ideyasını təbliğ edən hər iki üsyan milli-
azadlıq hərəkatı xarakteri daşıyırdı. Məğlubiyyətlə nəticələnməsinə bax-
mayaraq üsyanlar Xilafəti zəiflətdi və digər yerlərdə də əhalinin çıxaşlarına
səbəb oldu. İri feodalların müstəqilliyinin artması, mərkəzi hakimiyyətə
tabe olmaması və əsarət altında olan xalqların azadlıq üsyanları Xilafətin
parçalanmasına gətirib çıxartdı. İlk olaraq Pireney yarımadası ayrıldı. Bu-
rada sonralar xilafətə çevrilmiş Kordova əmirliyi yarandı. IX əsrdə isə Mi-
sir, Mərkəzi Asiya, İran və Əfqanıstan Xilafətdən ayrıldı. Sürətlə zəifləyən
Xilafət tezliklə Səlcuqlardan asılı vəziyyətə düşdü. 1258-ci ildə isə Bağdadı
tutan monqollar Abbasilərin hakimiyyətinə son qoydular.
27
İtaət altına alınmış xalqlarla birlikdə ərəblər zəngin mədəniyyət yaratmış-
lar. Avropalılar ərəblərdən çox şey öyrənmişdilər. İndi istifadə etdiyimiz
rəqəmləri ərəblər hindlilərdən mənimsəyərək dünyaya bəxş etmişlər.
Görkəmli alim Əl-Biruni ilk qlobusu düzəltmiş, Yerin Günəş ətrafında fırlan-
ması fikrini irəli sürmüşdü. İbn Sinanın tibbə aid əsəri latıncaya tərcümə
olunmuş və XVII əsrə kimi Avropa həkimlərinin tibbi vəsaiti olmuşdur.
Ərəb tacirlərinin olduqları ölkələrdə
eşitdikləri nağıllar, macəra əhvalatları
və s. əsasında məşhur “Min bir gecə”
əsəri yaranmışdır.
İslam dininin insan və digər canlı-
ların təsvir olunmasına qadağa qoyması
heykəltəraşlıq və rəssamlığın inkişafına
maneçilik törətmişdi. Lakin memarlıq
yüksək səviyyədə inkişaf etmişdi. Sa-
mirədə Ulu məscid minarəsi və İs-
paniyada Əlhambra (“qırmızı”) sarayı
bunların ən parlaq nümunəsidir.
• İslam mədəniyyətinin əhəmiyyəti nə olmuşdur?
• “İslam mədəniyyəti” mövzusunda təqdimat hazırlayın.
Cavablandırın
İslam mədəniyyətinin yüksəlişi
Axtarın
Məhəmməd peyğəmbər, Kəbə, Kordova xilafəti, Əlhambra
Əlhambra sarayı
• Məhəmməd peyğəmbərin ağ rəngli dəvəsinin adı Kəsvə olmuşdur.
• Xəlifə Osmanın zamanında Qurani-Kərim vahid kitab halına salınmışdır.
• Tarixdə ilk xəstəxana Bağdadda xəlifə Vəlid tərəfindən yaradılmışdır.
Öyrənin
Şərq dünyası
28
Erkən orta əsrlər
Böyük Hun imperiyasının dağılmasından sonra hunların bir qismi Qərbi
Türküstanda məskunlaşdılar. Onları “Ağ hunlar” adlandırırdılar. V əsrdə
Ağ Hun dövlətində Eftal adlı hökmdar hakimiyyətə gəldi. O vaxtdan eti-
barən Ağ Hun dövlətini Eftalit dövləti də adlandırırdılar. Ağ hunlar fəal
xarici siyasət yürüdür və qonşu əraziləri ələ keçirirdilər. Bu zaman dövlətin
sərhədləri Monqolustandan Xəzər dənizinə qədər çatırdı. Dövlətin ilk
paytaxtı Bəlx şəhəri idi. Ağ hunların qərbdə əsas rəqibi Sasani imperiyası
idi. Ağ hunlarla Sasanilər arasındakı ilk toqquşmalarda Sasanilər üstünlük
qazansalar da, Ağ hunlar qərb istiqamətində hücumları dayandırmırdılar.
Bu da Sasani şahlarının narahatlığına səbəb olurdu. 459-cu ildə Sasani
şahı Firuz böyük bir ordu yığıb Ağ hunlar üzərinə yürüşə çıxdı. Ağ Hun
hökmdarı Ağsuvar xan düşündüyü gözəl hərbi taktika (Turan taktikası)
sayəsində Firuzu ağır məğlubiyyətə uğratdı. Nəticədə Firuz Mərvdən şərq-
dəki torpaqları itirdi və böyük məbləğdə təzminat verməyə məcbur oldu.
Böyük hunların varisləri
“Ərəblər at belində
geriyə ox atmağı
bacarmırlar. Türklər
isə bunu məharətlə
edirdilər. Türklərin
dörd gözü var
–
ikisi
üzündə, ikisi isə boy-
nunda.”
XI əsr ərəb müəllifi
1. Yuxarıdakı şəkildə gördüklərinizi şərh edin.
2. Türklərin dörd gözü olmasını yazmaqla müəllif
nə demək istəyirdi?
3. Yuxarıdakı açar sözlər haqqında nə deyə bilərsiz?
Düşünün
Ağ hunlar
Eftalit
Turan taktikası
Göytürk
Uyğur
Bəngudaş
Açar sözlər
5
1.Qədim Hun imperatorluğu nə zaman və kim tərəfindən yaradılmışdır?
2.Türklər haqqında ən qədim məlumat hansı mənbələrdən əldə olunub?
Yada salın
29
Xaqanlığın ən qüdrətli dövrü Mihiraqulun hakimiyyəti (515-550) dövrü-
nə təsadüf edir. Bu zaman Ağ hunlar çoxdan bəri hücum etdikləri Şimal-qər-
bi Hindistanın işğalını başa çatdırdılar. Ağ Hun dövləti böyük əraziyə malik
idi. Onun tabeliyində çoxlu xalqlar var idi. Zaman keçdikcə bu xalqlarda
Ağ hunlara qarşı narazılıqlar artır, feodal əyanlarının müstəqillik meyilləri
güclənirdi. Bu da dövlətin zəifləməsinə gətirib çıxarırdı. Belə bir şəraitdə
Sasani dövləti ilə Göytürk dövləti Ağ hunlara qarşı birgə mübarizə aparmaq
üçün ittifaq bağladılar. Bir neçə illik mübarizədən sonra, 567-ci ildə Ağ Hun
dövləti süqut etdi. Onun ərazisi müttəfiqlər arasında bölüşdürüldü.
VI əsrin əvvəllərində göytürklər (“göydən enmiş türklər”) Altay dağlarının
cənub tərəflərində yaşayırdılar. Onların tayfa birliyinə Bumın başçılıq edir-
di. Göytürklər jujanların asılılığında idilər. Bu asılılıqdan qurtarmaq üçün
yollar axtaran Bumına kömək Çindən gəldi. Tezliklə Çinlə ittifaq bağlayan
Bumın jujanları məğlub edib 552-ci ildə Göytürk dövlətinin əsasını qoydu.
Dövlətin paytaxtı Ötükən şəhəri idi. Göytürk hökmdarlarını “el xaqan” və
ya “xaqan” adlandırırdılar. Muğan xaqanın hakimiyyəti dövründə dövlət
daxilən möhkəmləndirildi, ərazisi genişləndi. Çin asılı vəziyyətə salındı.
Şərq və qərb istiqamətində uğurlu yürüşlər aparıldı. Muğanın ölümündən
“Turan taktikası” və ya «Qurd qapanı» təbiətdən götürülmüşdür. Qurdlar qış
aylarında ac qalanda xüsusi ov taktikasından yararlanırlar. Bunun üçün qurd
sürüsü iki qrupa bölünür. Birinci qrup fədai qrupu, ikinci qrup isə pusqu qrupu
hesab edilir. Fədai qrupundakı qurdlar itlərin olduğu əraziyə girib itlərə hü-
cum edirlər. Fədailər özlərini məğlub kimi göstərib qaçmağa başlayırlar. İtlər
isə fədai qurdların arxasınca qaçıb üstünlük əldə etməyə çalışırlar. Qəfildən
itlərin qarşısına çıxan gizlənmiş qurdlar onları tələyə salırlar. Qurdlar aypara
şəklində düzülərək düşməni – itləri əhatəyə alırlar. Düşmən ayparanın içinə tam
olaraq girdikdən və mühasirəyə düşdükdən sonra ayparanın ucları bir-birinə
yaxınlaşaraq qapanır. Tələyə düşən itlərin işi artıq bununla bitir.
strengthofturk.wordpress.com
Müzakirə edin
“Turan taktikası”nı piyadalarla süvarilərə qarşı tətbiq etmək mümkündürmü?
• Ağ hunların Sasani torpaqlarını deyil, Hindistanın torpaqlarını işğal edə
bilməsinin səbəbi nə ola bilərdi?
• Ağ Hun dövlətinin süqutunun səbəbləri hansılardır?
Cavablandırın
Göytürklər
Türk dünyası
Dostları ilə paylaş: |