73
çıxır. Birinci «passiv istirahət», ikinci hal isə «fəal istirahət» adlandırılmışdır.
Burada bir əlin əlavə işi
yorulmuş sinir mərkəzlərini oyandırır.
«Passiv istirahət» və «fəal istirahət» deyilən hallar fizioloji qiymətini İ.P.Pavlovun tədqiqatlarına
əsaslanaraq almışdır. Pavlovun təliminə görə baş beyin qabığının fəaliyyəti əsasında iki proses durur.
Bunlardan biri oyanma, digəri isə ləngiməlidir. Oyanma və ləngimə proseslərinin normal surətdə
növbələşməsinə səbəb hiss üzvlərindən mərkəzi sinir sisteminə gələn müxtəlif növ impulslardır. Baş
beyin qabığına qıcıq gəlirsə, onun müəyyən nahiyyəsində oyanma mənbəyi yaranırsa, bu mənbənin
ətrafında olan digər sinir hüceyrələrində də ləngimə əmələ gəlir. Pavlovun təliminə görə yorğunluğun
aradan qaldırılmasını xarici mühit qıcıqlandırıcılarının təsiri ilə bədən hissələrindən mərkəzi sinir
sisteminə gedən qıcıqlarla izah edirlər. Buna aid nümunə də gətirirlər. Boksçu rinqdə rəqibi ilə kəskin
mübarizə aparır. Onun gərgin əzələlərində, bağ və vətərlərində yerləşən əzələ hissi reseptorlarından beynə
sinirlər vasitəsilə küllü miqdarda siqnallar gedir. Mübarizənin əvvəllərində boksçu nəinki yorğunluq hiss
etmir, hətta hərəkətlərin koordinasiyası da yaxşılaşır. Lakin mübarizə davam etdikcə boksçunun əzələ
hissi reseptorlarının uzun müddət qıcıqlanması və mübadilə prosesində əmələ gələn kimyəvi maddələrin
qana
daxil olaraq təsir göstərməsi, habelə başqa amillər idmançının yorğunluğuna səbəb olur. Deməli,
boksçunun yorğunluğunda reseptor vasitəsi ilə qəbul edilib, mərkəzi sinir sisteminə nəql olunan qıcıqlar
başlıca əhəmiyyət kəsb edir.
Sinir sisteminin əmək qabiliyyətinin saxlanılmasında mühüm rol oynayır. A.Q.Gnesinski və
Q.A.Orbeli təcrübə yolu ilə sübut etmişlər ki, əgər son dərəcədə yorulmuş əzələnin simpatik sinirini
qıcıqlandırsaq, o zaman həmin əzələnin iş qabiliyyəti bərpa olunur. Çünki simpatik siniri qıcıqlandırdıqda
biz əzələdə gedən mübadilə prosesinin həmin əzələnin qidalanmasını yaxşılaşdırırıq ki, bu da
yorğunluğun yaranmasına səbəb olur. Belə ki, sinir sistemi əzələlərinin iş qabiliyyətini bərpa etməyə
qadirdir.
İ.M.Seçenov xüsusi erqoqrafda öz əli ilə və ayağının iş qabiliyyətini və bu iş qabiliyyətinə fəal
istirahətin təsirini öyrənmişdir. O, təcrübəsini aşağıdakı qaydada da aparmışdır. Blokdan keçirilmiş
qaytandan asılmış 3,5 kq ağırlığında yükü, şəhadət barmağını büküb-açmaqla dəqiqədə 20 dəfə müəyyən
hündürlüyə qaldırmışdır. Hərəkətin amplitudası erqoqramda qeyd olunurdu. Bəlli işdir ki, barmaq
yorulduqda erqoqram aşağı enməyə başlayacaqdır. Barmaq tam yorulduqdan sonra o, 10
dəqiqə istirahət
etmiş və yenə də həmin barmağı ilə işləmişdir. Belə qeyri-fəal istirahətdən sonra iş yenə də həmin əllə
yorulana qədər davam etdirilmişdir.
İ.M.Seçenov ikinci təcrübəsində işləyən barmağa istirahət verən zaman o biri əlin barmağını
işlətmişdir. O, göstərmişdir ki, barmaq əzələsinin iş qabiliyyəti sınaqdan keçirilən barmağın istirahəti
zamanı deyil, həmin əl istirahət edərkən, o biri əlin barmağı işlədiyi ehtimalda daha tez bərpa olunur.
Yorğunluqla mübarizədə iştirak etməyən əzələ qruplarının hərəkətlərlə deyil, massaj vasitəsilə
beyin mərkəzlərinin funksional vəziyyəti və mərkəzi sinir sisteminin oyanıcılığı nisbətən daha yüksək
olur. Təcrübələrdə müəyyənləşdirilmişdir ki, orqanizmin ayrı-ayrı hissələrinin yorğunluğu ilə
mübarizədə, yorğunluq prosesində bilavasitə iştirak edən əzələ qruplarını deyil, fiziki işdə iştirak etməyən
əzələləri maasaj etmək daha məqsədəuyğundur. Gərgin məşqlərdən, yarış və görüşlərdən
sonra mərkəzi
sinir sisteminin yorulmuş hüceyrələrində induksiya sayəsində mühafizəedici ləngiməni dərinləşdirən yeni
oyanma mərkəzləri yaratmaqda və iş qabiliyyətinin bərpasında idman massaj fəndlərinin əhəmiyyəti
böyükdür.
Göstərilən prosesi İ.P.Pavlov aşağıdakı kimi səciyyələndirmişdir: Baş beynin qabığında bütün
üzvlərin halını əks etdirən bir qrup hüceyrə vardır. Beləliklə, əgər iş prosesində başqa növ fəaliyyətə
keçirilirsə, məsələn, başqa hərəkətləri icra etmək (əgər iş fiziki isə), o zaman oyanma mənbələri yeni
mərkəzlərdə əmələ gələcəkdir. Bu vaxt əvvəl işləyən mənbələrdə onlara qıcıq gəldiyi üçün fəaliyyət
sadəcə olaraq kəsiləcəkdir. Onlarda daha dərin induksiyalı ləngimə əmələ gələcəkdir. Bu halda bərpa
prosesi – istirahət daha tez və yaxşı olur.
Məktəb təcrübəsindən məlumdur ki, eyni tədris işini (yazmağı, eyni mətni oxumağı, danışmağı,
eyni tipli məsələ və misalların həllini çoxlu təkrar etdikdə) dəfələrlə təkrar etmək nəticəsində
yorğunluq yaranırsa, başqa işə keçirilirsə, bu zaman isə hər hansı bir idman və ya
gimnastika hərəkəti icra
olunursa, onda yorğunluq keçir, diqqət artır və iş qabiliyyəti yüksəlir.
74
Ümumtəhsil fənlərinin tədrisi prosesində fiziki tərbiyə dəqiqələrinin təşkili, gərgin zehni
əməliyyatdan (dərsdən) sonra fiziki tərbiyə dərslərinin keçirilməsi və sinifdənxaric tədbirlərin təşkilini
buna misal göstərmək olar.
İnsan öz həyat təcrübəsində sınaqdan keçirmişdir ki, hərəkətsiz, oturmuş-uzanmış vəziyyətində
istirahət etməkdən, zehni gərginlikdən sonra masa arxasından qalxıb bir az söhbət edib – gəzməsi, ev
şəraitində, təmiz havada bir neçə sadə tənəffüs hərəkətləri, əyilib-qalxma, belin, oynaqların yüngülcə
dairəvi hərəkətlərini icra etməsi, əl barmaqlarını, ayağın pəncələrini daban hissəsindən azacıq hərəkətə
gətirməsi istirahət üçün daha faydalı olur. Ona görə də yeni mənbələrdə oyanma yaradan sadə hərəkətləri
yerinə yetirmək işini tamam dayandırmaqdan daha məqsədəyğundur. Bu,
indiyə qədər işləyən
mərkəzlərin fəal istirahət etməsini təmin edir. Yeni qıcıqlarla zəngin olan fəal fasilələrin səmərəli və
şüurlu həyata keçirilməsinin, heç şübhəsiz ki, effekti daha çox olur.
Lakin yadda saxlamalıdır ki, bir işdən başqa bir işə keçərkən fəal istirahəti təmin edən bu və ya
digər hərəkətlər mürəkkəb, yerinə yetirilməsi çətin və cansıxıcı olmamalıdır. Həddindən artıq gərgin,
müəyyən fiziki qüvvə və dlözümlülük tələb edən hərəkətlər nəinki fəal istirahətə kömək edə bilər, hətta
orqanizmi daha da qıcıqlandırar və beləliklə mərkəzi sinir sisteminin oyanacağını arzuedilməz dərəcəyə
çatdıra bilər, iş qabiliyəti artmaq əvəzinə aşağı düşər. Fizioloji tədqiqat əsərlərində göstərildiyi kimi,
hərəkətlərin qədərini həddindən artıq təyin etdikdə yeni qüvvəli qıcıqlar – sinir mərkəzlərini, bütün üzv və
sistemlərin uyğunlaşmış fəaliyyətini azaldaraq, insanın işə olan marağını aşağı salır. Təbiidir ki,
bu daha
yüksək iş qabiliyyətinə və əmək məhsuldarlığına mənfi təsir göstərir. Bundan əlavə, deyilənlər sinir
mərkəzlərinə mənfi təsir etməklə, yorğunluğun yaranmasına gətirib çıxarır. Beləliklə, əzələ və bütün
üzvlərdən mərkəzi sinir sisteminə daimi impulslar gəlir, ürək, qan-damar, tənəffüs sistemində, əzələlərdə
dəyişiklik əmələ gəlir.
Həmin dəyişikliklər hissi sinirlərin uclarını qıcıqlandırır, mərkəzi sinir sisteminə yeni impulslar
daxil olur. Bütün bunlar da oksigenlə hüceyrələrin təchiz edilməsi, maddələr mübadiləsi qalıqlarının
vaxtında xaric edilməsi, əzələlərin qan təmininin tənzimi üçün sinir mərkəzlərinin qarşısında
yeni-yeni
tələblər qoyulur. Dəyişikliklər çox olduqca, sinir mərkəzləri üçün də bir o qədər çətinlik yaradır. Sinir
mərkəzləri isə öz növbəsində işləyən əzələlərə kifayət qədər impulslar verə bilmir.
Göstərməliyik ki, yorğunluq nəticəsində pozulmuş qan dövranının tezliklə bərpa olunmasında
fəal istirahət mühüm əhəmiyyət kəsb edir. Üzv və sistemlərdə qeyri-normal hal yarananda və ya onlardan
hər hansı biri funksional fəaliyyətini tarazlaya bilməyəndə həmin xəstəliyə münasib – yəni bu
çatışmamazlığın aradan qaldırılmasına kömək edə biləcək xüsusi fiziki hərəkətlər və oyunlar tətbiq
edilməlidir. Yüorğunluq zamanı baş vermiş qan dövranının pozulmasının aradan qaldırılması prosesinə
boşalma hərəkətləri münasibdir. Tənəffüs, yüngül və sadə hərəkətlərdən və oyunlardan ibarət olan
boşalma hərəkətləri qan damarlarını nisbətən genişləndirir, qan dövranını yaxşılaşdırır və əzələlərin
gərginliyini aşağı salaraq, onun boşalmasına şərait yaradır. Həmin hərəkət yığımına kompleks səhər
gimnastikası,
fiziki tərbiyə dəqiqələri, böyük tənəffüslərdə tətbiq olunan hərəkətlər, həmçinin yaxın
yerlərə, meşə, su və çay kənarlarına, çəmənliklərə edilən gəzinti və yürüşlər və s. daxildir.
Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, şagirdlərin fiziki tərbiyəsi üzrə aparılan bu və
ya digər tədbirlər orqanizmin yorğunluğunun qarşısını alır, bəzən də yorulmanın tezliklə aradan
qaldırılmasını, bərpasını tənzimləməklə yanaşı, tədris gün ərzində onların zehni və fiziki iş
qabiliyyətlərini yüksəldir, tədrisin ilk başlanğıcından etibarən mənimsənilməsinin optimallığını təmin
edir. Bütün bunlar üçün də müəyyən şərait yaradılmalı, fiziki təlimin pedaqoji-psixoloji imkanları aşkara
çıxarılmalı, xüsusən təlim-tərbiyənin prinsipləri, üsulları, priyomları və vasitələri optimallaşdırılmalı, bu
yol ilə şagirdlərin fiziki hazırlığına və inkişafına, sağlamlıq vəziyyətinə müsbət təsir göstərməsidir.
4.3. Fiziki tərbiyənin təliminə psixoloji amillərin təsiri
Fiziki tərbiyənin qarşısında duran başlıca vəzifələrin optimal həlli üçün kiçik məktəbyaşlı
uşaqların psixoloji inkişaf qanunauyğunluqlarını bilmək olduqca vacibdir. Bu yaşda olan uşaqların fiziki
tərbiyəsinin psixoloji əsaslarını bilmək, həm müvafiq sahədə bilik, bacarıq və vərdişlərə yiyələnməklə
bərabər,
həm də diqqət, təfəkkür, yaddaş, qavrama və s. kimi şəxsiyyətin ən yaxşı psixoloji
keyfiyyətlərinin inkişafına öz müsbət təsirini göstərmək məqsədilə zəruridir.