77
a) hərəkəti sadələşdirilmiş formada xüsusi hazırlıq hərəkətləri
vasitəsi ilə əsas məqsəd və
vəzifələrin yerinə yetirilməsinə istiqamətləndirməyə;
b) hərəkət və oyunların, fəndlərin vacib detalları və cəhətlərinin metodiki baxımdan icraolunma
texnikasına yönəltmək.
Həmin mərhələdə birinci mərhələdə mövcud nöqsanların aradan qaldırılması məqsədi güdür.
Xüsusən, hərəkətləri ümumiyyətlə icra etmək deyil, onu detalları üzrə öyrətmə, hərəkətləri hissələrə
bölməklə mənimsətmək, onun texnikasını dəqiq icra etmək mahiyyəti daşıyır. Bunun üçün də hər bir
hərəkət ayrı-ayrılıqda təhlil olunmalı, onun düzgün icraolunma mexanizmi işlənilməlidir. Bunlar
hərəkətlərin məktəbyaşlı uşaqlar tərəfindən dərindən və hərtərəfli öyrənilməsinə kömək göstərən zəruri
amillərdən sayılır.
Hərəkətlərin möhkəmləndirilməsi və təkmilləşdirilməsi mərhələsi. Bu mərhələ şagirdlərdə
hərəki vərdişlər yaratmaq və həmin vərdişləri müxtəlif şəraitdə tətbiq etmək bacarığı və vərdişi aşılamaq
həyata keçirilir. Möhkəmləndirmə və təkmilləşdirmə mərhələsində aşağıdakı vasitə və vərdişlər müəyyən
olunur:
a) şagirdlərin yaş xüsusiyyətinə uyğun
olaraq müxtəlif növ oyunlar, hərəkətlər, fəndlər, habelə
təlim metodları müəyyənləşdirmək. Onların, ümumilikdə götürdükdə, təlim fəaliyyətini, konkret desək,
hərəkətlərin, fəndlərin, rəngarəng oyunları düzgün icra edib-etməməsini təhlil edib qiymətləndirmək.
Təlim müvəffəqiyyəti qiymətləndirilərkən hərəkətin, oyunların az vaxt sərf etməktlə qısa müdətdə, eləcə
də səhvsiz olaraq mükəmməl murətdə yerinə yetirmək də nəzərdə tutulur.
v) test-normativlər hazırlayıb sınaqdan keçirmək, nəticələri aşkara çıxarmaq və müvafiq idman
göstəriciləri ilə tutuşdurmaq. Nəticələri idman təsnifatındakı normativlərlə müqayisə etmək,
məqsədəmüvafiq qənaətə gəlmək.
Bu mərhələdə hərəki vərdişlər 2 istiqamətdə inkişaf etdirilməlidir:
1.
Qazanılmış hərəki və oyun vərdişlərinin möhkəmləndirilməsi
və təkmilləşdirilməsi;
2.
Təlim prosesinə əlavə vasitələr, hərəkətlər, oyunlar və fəndlər daxil etmək yolu ilə vacarıq
və vərdişləri formalaşdırmaq. Hər iki variantda hərəkət texnikası düzgün mənimsənilir, daha da
möhkəmləndirilir və təkmilləşdirilir.
4.6. Təlim prosesində səhvlərin düzəldilməsi
Fiziki hərəkətlərin, oyunların və fəndlərin texnikasının təlimi prosesində müəllimlər müəyyən
çətinliklərlə qarşılaşırlar. Həmin çətinliklərdən biri də dərs zamanı şagirdlərin hərəkətləri düzgün icra edə
bilməməsi və onun aradan qaldırılması ilə sıx əlaqədardır.
Bunun üçün də ilk növbədə, müəllim texnikanın
icrası zamanı şagirdlərin səhvə yol verməməsinə çalışmalı, ikinci növbədə isə mövcud nöqsanları müxtəlif
pedaqoji – psixoloji və metodiki üsullarla ləğv etməyi bacarmalıdır. Bu müəllimdən məsələyə ciddi
yanaşmağı tələb edir. Müəllimin təlim prosesinə yanaşması bir neçə yönəmdə olmalıdır. Yəni səhvlərin
meydana çıxması mənbələrini araşdırmalı, onu doğuran səbəbləri özü üçün müəyyənləşdirməlidir. Uzun
illərin təcrübəsinə və müvafiq ədəbiyyata istinad etsək səhvləri doğuran səbəbləri aşağıdakı kimi şərh
etmək olar:
1.
Təlim olunacaq hərəkətlərdə başlıca məqsəd və vəzifələrin nəzərə alınmaması, başlıca
səhvlərin əsas diqqət mərkəzində saxlanılmaması;
2.
Başlıca məqsəd və vəzifələrin təlimi zamanı əsas səhvlərə lazımi diqqət verilməməsi
nəticəsində yaranmış ikinci dərəcəli səhvlər;
3.
Müxtəlif yaş dövründə məşğul olanlardan asılı olmayaraq onların yaş xüsusiyyətlərinə
uyğun olaraq gözlənilə biləcək səhvlərin vaxtlı-vaxtında (yerindəcə) düzgün, hərtərəfli və aydın şəkildə
izah olunmaması, əyaniləşdirilməməsi səbəbindən;
4.
Məşğul olanların hər birinin ayrı-ayrılıqda xüsusiyyətlərinin (fiziki hazırlığı, fiziki
cəhətdən zəif inkişafı, həmin idman növünə və ya hərəkətə uyğun olmaması, hərəki keyfiyyətlərin lazımi
səviyyədə inkişaf etməməsi və s.) nəzərə alınmaması səbəbindən fərdi səhvlərin meydana çıxması.
Burada fərdə uyğun məzmunun, təlim üsul və priyomlarının, psixoloji amillərin
tətbiqi nəticəsində
yaranacaq texniki və taktiki qüsurların qarşısının alınması tövsiyyə olunur;
5.
Hərəkətlərin ayrı-ayrı tərkib hissəsinin, detallarının icrası zamanı baş verə biləcək səhvlər;
78
6.
Fiziki hərəkətlərin, oyunların və fəndlərin təlimində ayrı-ayrı hissələrinin vəziyyətlərində
və məzmununda bir-birinə uyğun olmayan qüsurların mövcudluğu.
7.
Nəhayət, hərəkət və oyunların, fəndlərin təlimi üçün lazımi idman maddi-texniki bazasının
çatışmaması.
Göründüyü kimi, yuxarıda göstərilən səhvlərin baş verməməsi məqsədi ilə məşğul olanların
yaş xüsusiyyətlərini, hərəkətin, oyunun həmin yaşa münasib olub - olmamasını onların tədricəni və
ardıcıllıqla həyata keçirilməsini, dərs – idman bazasını və s. diqqətdən yayındırmamalıdır.
Fiziki təlim dövründə şagirdlər texniki səhvlərə yol veriblərsə onu aradan qaldırmağa səy
göstərməlidir.
Birinci olaraq:
a) başlıca məqsəd və vəzifələrdə yaranmış səhvlərin düzəldilməsi. Çünki əsas səhvlərin
düzəldilməsi eyni vaxtda onun yaranmasına səbəb olduğu və metodiki qüsurların aradan qaldırılmasına
zəmin yaradacaqdır.
b) səhvlərin bir neçə dərsdən sonra deyil, həmin
dərsdə yerindəcə düzəltmək, onun ləğvi üçün
konkret və aydın izahatlar vermək, nəticəsinə nəzarət etmək, yoxlamaq lazımdır.
v) mövcud texniki, taktiki və metodiki səhvlərin aradan qaldırılmasına təmkinlə və ciddi
yanaşmalı, götür-qoy etməli, sərfəli əlavə vasitələrdən istifadə etməlidir. Bu mənada yarış, oyun və
tapşırıq səciyyəli idman tədbirlərinin təşkili və keçirilməsi faydalı olardı.
d) səhvlər aşkarlandıqdan sonra onları məzmununa görə qruplaşdırmalı, təhlil etməli, düşünməli,
əlavə vasitə və vəsaitlərdən, müasir texniki vasitələrdən istifadə etməlidir.
Həmin səhvləri məzmununa
görə tədricən və ardıcıl olaraq düzəltməlidir. Çalışmalıdır ki, bütün səhvləri eyni vaxtda deyil, əvvəlcə
onların asanlarını, sonra isə çətinlərini aradan qaldırmalıdır. Çünki bu dərsdə bir çox səhvləri paralel
şəkildə düzəltmək yaxşı nəticə vermir, şagirdlərdə mənfi psixoloji hisslər yaranır. Bütün bunlarda
buraxılmış səhvlərin qısa bir müddətdə düzəldilməsinə mane olur:
e) səhvlərin düzəldilməsi ilə bağlı aparılan izahat işləri düzgün, ardıcıl olmalı, hərəkətin düzgün
yerinə yetirilməsi, canlı olaraq (natural), habelə şəkillər, sxemlər, diaqramlar, kinofilmlər,
ümumiyyətlə,
texniki vasitələrlə nümayiş etdirilməlidir.
Bütün bunlarla bərabər, fiziki təlim zamanı yaranmış texniki, taktiki və metodiki səhvlərin
düzəldilməsi məqsədi ilə bunları da nəzərə almaq faydalı olardı:
a) təlimə marağı artırmalı;
b) optimal təlim metodları tətbiq etməli;
v) təlimin məzmunu xüsusi və maraqlı hərəkətlərdən, oyunlardan ibarət olmalı;
q) səhvlər musiqinin müşayəti ilə aradan qaldırmalı;
d) sadə və həvəsləndirici hərəkətlərdən istifadə etməli;
e) hərəkət icra olunarkən siqnallardan, ruhlandırıcı sözlərdən, kəlamlardan istifadə etməli;
j) yeri gəldikcə məqsədəuyğun şəkildə, ustalıqla rəğbətləndirmə və cəzalandırma tərbiyə
metodları da tətbiq edilməlidir.
4.7. Hərəki bacarıq və vərdişlər
Hərəki bacarıq fiziki hərəkətin avtomatik idarə olunmaması qabiliyyətinə deyilir. Fiziki tərbiyə
prosesində hərəki bacarıqların iki növü mövcuddur. Bura ilk növbədə müxtəlif növ ayrı-ayrı mürəkkəb
hərəkətləri icra etmək bacarığı ilə yanaşı hərəki fəaliyyətləri bütövlükdə yerinə yetirməyi bacarmaq da
nəzərdə tutulur.
Ayrı-ayrı mürəkkəb hərəkətlərin tədricən təkrar etdirilməsi onun vərdiş halına çevrilməsinə
səbəb olur. Həmin fəaliyyətin bütövlükdə yerinə yetirilməsini həyata keçirmək prosesi o zaman başa çatır
ki, şəraiti dəyişməklə gözlənilmədən mürəkkəb hərəki vəzifələr icra olunsun. Bu yalnız müxtəlif səciyyəli
oyunların təşkili və keçirilməsi situasiyalarında baş verir. Belə hərəki fəaliyyət həyatda daimi mövcuddur,
standart olmur və dəyişkəndir. Bu bacarıqlar vərdişə çevrilmir. Həmin qazanılmış bacarıqlardan ayrı-ayrı
yaradıcı fəaliyyətlərdə istifadə olunur.
Hərəki vərdişlər hərəkətlərin avtomatik surətdə yerinə yetirilməsi qabiliyyətinə deyilir.
Müxtəlif
fiziki hərəkətlərin dönə-dönə təkrar olunmaqla müntəzəm şəkildə icrası zamanı bu hərəkət avtomatik
olaraq yerinə yetirilir, uzun müddət yaddan çıxmır və get-gedə vərdişə çevrilir. Bu o zaman baş verir ki,