94
festivalından fiziki tərbiyənin təşkili formaları kimi istifadə edilmişdi.
Səkkizillik məktəb proqramlarında
109
I-IV siniflərdə bədən tərbiyəsinin
məzmunu əhəmiyyətli
dərəcədə dəyişilmişdir. Şagirdlərə bədən tərbiyəsindən orqanizmi möhkəmləndirmək, gün rejimi, dügün
tənəffüs haqında zəruri nəzəri məlumatlar mənimsədilməsi müəllimlərə tapşırılmışdır. Bundan sonra
məlumatlar haqqında heç bir yerdə bir daha danışılmamışdır.
1966-cı ildə ümumtəhsil məktəblərinin quruluşunda müəyyən dəyişikliklərin edilməsi, o
cümlədən, onbirillik məktəblərin onillik məktəblərə çevrilməsi, həmçinin ibtidai məktəb 3 illik təlimə
keçməsi ilə əlaqədar bədən tərbiyəsi proqramları yenidən işlənilmiş və 1971-72-ci illərdə nəşr
edilmişdir
110
.
I-III siniflərdə qarışıq sallanmalar, basketbol oyununun hərəkət qaydaları köhnə proqramdan
çıxarılmışdır. Bu siniflərdə başlıca diqqət dərs materiallarının əsas məzmununu
təşkil edən hərəkətlərin
təbii növlərinə, mütəhərrik oyunların öyrədilməsinə yönəldilmişdir.
Həmin siniflərdə məktəblinin gün rejimi, bədəni möhkəmlətmək, səhər gimnastikası, düzgün və
səmərəli tənəffüs haqqında məlumatların verilməsi də nəzərdə tutulmuşdur.
Proqramda IV sinifdə üzgüçülüyə xüsusi yer verilmiş və buna 26 saat vaxt ayrılmışdır. Oyunlar elə
seçilmişdir ki, onları həm açıq, həm də idman salonunda keçmək mümkündür.
Proqrama rəqs hərəkətlərinin ayrı-ayrı ünsürləri, rəqs addım-ları, həmçinin, ayaqların müvafiq rəqs
vəziyyətləri ilə alışdırılması üzrə elementlər və s. daxil edilmişdir.
Basketbol oyunu priyomlarının öyrədilməsi V sinifdən
başlanır. Proqramm üzrə təbii hərəkətlər və onların təkmilləşdirilməsi I-IV siniflərdə həyata keçirilir. Bu
isə V-VIII siniflərdə basketbol oyununun şagirdlərə öyrədilməsinin asanlaşdırılmasına səbəb olur.
Yüngül atletikadan aşağı startın öyrədilməsi VI sinif materiallarına daxil edilmişdir.
VIII sinifdə tədris materialları ƏMHO kompleksinin
tələbləri səviyyəsində, X sinifdə isə birinci
dərəcəli ƏMH və Vətəni müdafiəyə hazırlıq kompleksi normalarının səviyyəsinə uyğun tərtib
olunmuşdur. Bu siniflərin şagirdlərindən ƏMHO. ƏMH və VMH kompleksi normalarını ödəmələri tərtib
edilirdi. Bundan əlavə, proqramda ev şəraitindən asılı olaraq yeməyin, istirahətin, idman məşğələlərinin
məqsədəuyğun rejiminin də həyata keçirilməsi nəzərdə tutulur. Bu rejimdə yatmaq, yuxudan qalxmaq, ev
tapşırıqlarını hazırlamaq, özünə xidmət və fiziki hərəkət üçün vaxt müəyyənləşdirilmişdir.
Yuxarıda deyilənləri həyata keçirmək məqsədi ilə yeni bədən tərbiyəsi proqramları
111
tərtib
olunmuş, 1975-ci ildən onunla
işlənilməyə başlanılmışdır. Proqramda bu siniflər üzrə nəzəri və tətbiqi materiallar
üzrə yeni konkret
tələblər irəli sürülmüş, ora yeni fiziki hazırlıq bölməsi daxil edilmişdir. Bunlar ibtidai siniflərdə bədən
tərbiyəsi proqramlarının təhsil, tərbiyə və sağlamlaşdırıcı təsir qüvvəsini artırmışdır.
Təkmilləşdirilmiş proqramların başlıca vəzifələri şagirdlərdə təbii hərəkət növləri üzrə bacarıq və
vərdişləri yaratmaq, hərəkət keyfiyyətlərini inkişaf etdirmək, idman məşğələlərinə həvəs və maraq
yaratmaqdan ibarət olmuşdur. Proqramlarda nəzəri məlumatlar, bacarıq və vərdişləri aşılamağa aid
müxtəlif hərəkət növləri, şagirdlər üçün tələblər verilmişdir. Tələblər həm nəzəri, həm də hərəkət növləri,
oyunlar və s. dair
tədris materiallarına əsasən hazırlanmışdır. Proqramın əvvəlkilərdən fərqli
cəhətlərindən biri də III
sinifdən başlayaraq yüngül atletika
fiziki hazırlıq bölməsinin proqrama daxil edilməsi ilə əlaqədardır.
109
сяккизиллик мяктяб програмлары. Бядян тярбийяси. Ы-ЫВсинифляр цчцн Бакы, Маариф няшриййаты, 1966-ъы ил.
110
а) Орта мяктяб програмлары. Бядян тярбийяси, ЫВ-Х синифляр цчцн, 1971.ъи-ил
б) сяккизиллик мяктяб програмлары. Ибтидаи синифляр цчцн. Бакы. 1972-ъи ил.
111
сяккизиллик мяктяб програмлары ЫВ-ВЫЫЫ синифляр цчцн. Бядян тярбийяси, «Маариф» няшриййаты,
Бакы.1976-ъы ил..
95
Mövcud proqram materialları oğlan və qız qrupları üçün olmuşdur.
İbtidai siniflərdə şagirdlərə bədən tərbiyəsi və idman, hərəkət rejimi, düzgün tənəffüs, bədənə
qulluq edilməsi, qamət və idman geyimləri üzrə nəzəri məlumatlar mənimsədilməsi nəzərdə tutulur
112
.
Proqramın quruluşunda da dəyişikliklər aparılmışdır. Proqram 3 deyil, 2 hissədən ibarətdir (I-III,
IV-X siniflər üçün). Proqramda şagirdlərin nəzəri məlumatlara yiyələnməsi
yenə də diqqət mərkəzində
durmuş, izahat vərəqəsində bilik, bacarıq və vərdişlərin, sinifdənkənar kütləvi idman işlərinin təşkili və
həyata keçirilməsinə aid məsləhətlər verilmiş, təcrübi materialların məzmununda müəyyən dəyişiklik
olmuşdur. Gimnastika, əl topu, basketbol və güləş tədris materiallarında ixtisar aparılmış, bəzi təkrarların
aradan qaldırılmasına, sadələşdirməyə səy göstərilmişdir.
Məktəb haqqında yeni qərara uyğun olaraq bədən tərbiyəsi proqramları Azərbaycan Elmi-Tədqiqat
Pedaqoji Elmlər institutunun əməkdaşları B.Quliyev (proqram komissiyasının sədri), E.Acalov və
M.Nəsrullayev tərəfindən yerli şərait və milli xüsusiyyətlər nəzərə alınaraq təkmilləşdirilmiş və 1981-ci
ildə nəşr edilmişdi
Proqram aşağıdakı istiqamətlərdə təkmilləşdirilmişdir:
1.«Əməyə və SSRİ–nin müdafiəsinə hazıram» kompleksinin «Startlara hazıram» ilkin pilləsinin
ibtidai siniflərdə tətbiqi ilə əlaqədar ƏMH kompleksinin başlıca
vəzifələri dəyişdirilib, yeni proqramın
tələblərinə uyğun qurulmuş;
2.Mülki müdafiə materiallarının öyrədilməsinə kömək məqsədilə «İzahat vərəqəsi» yazılmış;
3.Sinif müəllimləri üçün ümumi metodiki tövsiyələr yenidən işlənilmiş;
4.Nəzəri məlumatların mövzuları əsasən saxlanılsa da, orada bəzi ixtisar və sadələşdirmələr
aparılmış, «Nəzəri məlumat» bölməsinə tərbiyəvi, gigiyenik xarakter daşıyan mövzular daxil edilmiş;
5. Təcrübi bölməyə sağlamlığın möhkəmləndirilməsi, əməyə və müdafiəyə hazırlıq, tədrisin
təşkili və keçirilməsinə aid mövzular əlavə olunmuş;
6. İlk pillənin normalarını ödəmək məqsədi ilə «Kross hazırlığı»
bölməsi də proqrama daxil
edilmiş, ibtidai siniflərdə süni şəkildə təkrar olunan, icrası çətin hərəkət qrupları ixtisar olunmuş;
7.«Uzun dərə», «Tovuz gəzişi», «Nuxa rəqsi»,« Azərbaycan», «Tərəkəmə» və s. oyun havası,
rəqs elementləri : «Bənövşə», «Çağırış», «Durma qaç», «Bülbüllər qəfəsdə», «Qurmadaş», «Mən
çobanam» və s. xalq mütəhərrik oyunları ilk dəfə olaraq proqrama daxil edilmiş;
8. IV-X siniflərdə nəzəri mövzular sistemə salınmış, təkrarlar proqramdan çıxarılmış, dərsin
xüsusiyyətlərinə uyğunlaşdırılmışdı.
Milli güləş və xalq mütəhərrik oyunlarının təşkili, keçirilməsi, gigiyenik və təhlükəsizlik
qaydalarına aid nəzəri mövzular proqrama daxil olunmuşdu. Bundan əlavə, milli mütəhərrik oyunlar
seçilərək ayrı-ayrı siniflər üzrə təcrübi bölmə materiallarına daxil edilmişdi.
Proqramlarda bəzi fənd və hərəkətlərin bir-birini tamamlamadığı, öyrədilən fəndlərin əvvəllər
keçilmişlərə əsaslanmadığı, xüsusən Yunan-Roma və sərbəst güləşin fəndləri arasında əlaqə yaratmaq
üçün Azərbaycan milli güləşin bir sıra fənd və güləş elementlərindən yeni proqramda istifadə olunmuşdu.
Lakin 1985-ci ildə əvvəlki proqramların müsbət cəhətlərindən istifadə olunmadan,
məktəbdə
eksperimentdən keçirilmədən, məzmununda milli və təbii xüsusiyyətlər nəzərə alınmadan texniki və
tərcümə qüsurları ilə yeni bədən tərbiyəsi proqramları nəşr edilmişdi. Proqramlar şagirdlərin fiziki
hazırlığına uyğun olmaması və formal xarakter daşıması, idman bazası, yeni şərait və müəllimlərin
peşəyönümü hazırlığı nəzərə alınmadan tərtibi onun tədrisinin çətinləşməsinə səbəb olmuşdur. Mütəhərrik
oyunlar «Ritmik gimnastika», «hərəkət keyfiyətləri» və s. bölmələrin verilməsi, lakin bura daxil olan
oyun və hərəkətlərin adının göstərilməməsi, bölmələrdə saatların miqdarının
mövzular üzrə düzgün
bölüşdürülməməsi də bu proqramların çatışmaz cəhətlərindəndir.
112
Программы восмилетней школы началных классов (1-3), М., «Просвешение», 1976.