87
Yoxlama – test sualları
1.Fiziki tərbiyənin mahiyyəti və məqsədi nədən ibarətdir?
2.Fiziki tərbiyənin əsas vəzifələri hansılardır?
3.İbtidai məktəbdə fiziki tərbiyənin vasitələri hansılardır?
4.«Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin mahiyyəti və başlıca vəzifələri nədən ibarətdir?
5.«Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin tədris fənni olmasını səciyyələndirən
xüsusiyyətlər hansılardır?
6.«Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin elmi fənn olmasını səciyyələndirən
xüsusiyyətlər
hansılardır?
7.Fiziki tərbiyənin tədrisi prosesində uşaqların hansı anatomik - fizioloji xüsusiyyətlərini nəzərə almaq
lazımdır?
8.Fiziki tərbiyənin tədrisi prosesində nəzərə alınmalı hansı psixoloji xüsusiyyətlər vardır?
9.Fiziki tərbiyənin təlimində hansı elmi-nəzəri şərtləri nəzərə almaq vacibdir?
10.
Fiziki tərbiyə təlimində istifadə olunan təlim metodları hansılardır və onların tətbiqi mexanizmi
necədir?
11.
Fiziki tərbiyə təlimində tətbiq olunan pedaqoji prinsiplər hansılardır və bunlardan istifadə olunma
mexanizmi necədir?
12.Müasir təlim prinsiplərinin mahiyyəti
Yaradıcılıq işi üçün təxmini mövzular:
1.Fiziki tərbiyə prosesində müasir təlim metodlarından istifadə.
2.Fiziki tərbiyənin digər fənlər ilə əlaqəsi.
3.Fiziki tərbiyənin ümumtərbiyə sistemində yeri.
88
III FƏSİL. FİZİKİ TƏRBİYƏ ÜZRƏ PROQRAMLAR
VƏ TƏDRİS PLANLARI
P L A N
1.Çar Rusiyasında məktəb tədris planlarında fiziki tərbiyənin qoyuluşu.
2.Sovet hakimiyyəti illərində məktəb bədən tərbiyəsi proqramları və tədris planları (1920-
1991).
3.Müstəqillik dövründə bədən tərbiyəsi proqram və tədris planları (1992-ci ildən başlayaraq).
4.Xarici ölkə məktəblərində fiziki tərbiyə üzrə proqram və tədris planları.
Ə D Ə B İ Y Y A T
1.
H.Əhmədov. XIX əsr Azərbaycan məktəbi. Bakı, «Maarif» nəşriyyatı, 1985-ci il.
2.
B.Quliyev, H.Məmmədov. Bədən tərbiyəsi proqramları 60 ildə. «Məktəbdə bədən
tərbiyəsi» məcmuəsi, 1979-cu il, № 6.
3.
Səkkizillik və orta məktəb proqramları. Bədən tərbiyəsi (I-XI siniflər üçün), Bakı, 1981-ci
il.
4.
İbtidai sinif müəlliminin stolüstü kibatı. Buraxılışa məsul professor Y.Kərimov. Bakı,
2001-ci il.
5.
Orta ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün bədən tərbiyəsi proqramları, Bakı,
1996-cı il.
89
III FƏSİL. FİZİKİ TƏRBİYƏ ÜZRƏ PROQRAMLAR VƏ TƏDRİS
PLANLARI
3.1. Müxtəlif dövrlərdə tətbiq olunan proqram və tədris
planlarının mahiyyəti, vəzifələri və vasitələri
Ümumtəhsil məktəblərində fiziki tərbiyə sahəsində qarşıda duran müasir tələbləri lazımi
səviyyədə həyata keçirmək üçün ilk növbədə onun keçmiş olduğu tarixi yola nəzər salıb müsbət
cəhətlərindən istifadə mühüm əhəmiyyətə malikdir. Xüsusn fiziki tərbiyənin məzmunu, təşkili forma və
üsullarını, burada milli fiziki tərbiyə vasitələrinin tutduğu yeri araşdırmaq olduqca vacibdir. Həmin
məqsədlə qabaqcıl məktəb təcrübəsini
öyrənib ümumiləşdirmək, proqram və tədris planlarının tarixi
inkişafını izləyib təhlil etməklə onları daha da təkmilləşdirməyin imkan və yollarını müəyyənləşdirmək
zəruridir. Bu bir çox cəhətdən, o cümlədən yeni ictimai şəraitin tələbləri, həbelə proqramda Azərbaycan
milli
xüsusiyyətlərinin, coğrafi şəraitin nə dərəcədə nəzərə alınmasını öyrənmək, təhlil etmək, nəticə
etibarı ilə şagirdlərin fiziki tərbiyəsinin milli zəmində təkmilləşdirilməsi və s. baxımdan xüsusi əhəmiyyət
kəsb edir. Bunları nəzərə alıb, Azərbaycan və əldə etmiş olduğumuz bəzi xarici ölkə məktəblərinin tədris
planları və proqramlarının təhlilini aparırıq.
70-ci illərdə mərhum H.N.Məmmədov və müəllifin namizədlik dissertasiyasının
mövzusu
baxımından proqram və tədris planlarının təhlili tədqiqat obyektinə çevrildiyini, hər iki müəllifin
tədqiqatının nəticəsi kimi birgə yazmış olduqları məqalədə
96
bu məsələ müəyyən dərəcədə öz əksini
tapmasına baxmayaraq, yeni mövzu və müasir tələblər baxımından onun təhlilini vacib sayırıq. Son 30 il
ərzində mövcud proqram və tədris planlarının
tədqiqat
obyektinə çevrilmədiyi də nəzərə alınsa, həqiqətən bu sahədə təhlil (tədqiqat) və ümumiləşdirmələr
aparılmasına nəticə olaraq konkret qənaətə gəlinməsinə çox böyük ehtiyac duyulur.
Bədən tərbiyəsi proqramlarının tarixini 3 mərhələyə bölmək olar: 1. Sovet hakimiyyətinə qədər; 2.
Sovet hakimiyyəti illərində; 3. Müstəqillik dövründə.
Əvvəlcə XIX əsr Azərbaycan məktəbində problemlə əlaqədar bəzi məqamlara istinad edək.
1.1. Çar Rusiyasında məktəb tədris planlarında
fiziki tərbiyənin qoyuluşu
Tarixi keçmişimizin qara səhifələrindən biri olan 1813-cü il oktyabr ayının 13-də İranla
Rusiya
arasında bağlanmış Gülüstan müqaviləsinə əsasən vahid Azərbaycan parçalanmış, ikiyə bölünmüşdür.
Şimali Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil edilmişdir.
Şimali Azərbaycan həmin vaxtdan çar Rusiyasının əyalətlərindən birinə çevrilmiş və müstəmləkəsi
olmuşdur. Həmin illərdə Azərbaycan bir sıra iztirablarla qarşılaşmış, onun mədəniyyəti, inkişafı
dözülməz vəziyyətə düşmüşdür.
Çar Rusiyası XVIII-XIX əsrlərdə və XX əsrin əvvəllərində ölkəsinin mənafeyinə uyğun
Azərbaycanın Bakı, Gəncə, Qazax, Şuşa və başqa bu kimi iri şəhərlərində ibtidai təhsil verən məktəblər
açmışdır.
Moskvadan göndərilmiq tədris planları və s. materialları nəzərdən keçirdikdə məlum olur ki, bədən
tərbiyəsi
fənn kimi ora daxil edilməmiş, sadəcə olaraq gimnastika, oyunlar, əyləncələr adı altında tədris
planında öz əksini tapmışdır. Bu sahədə işlər dərs formasında deyil, gəzinti, fəal istirahət, sağlamlıq
nöqteyi-nəzərindən həyata keçirilmişdir. Həmin dövrlərdə məktəblilər üçün bədən tərbiyəsi proqramı
olmamışdır. XIX əsrə aid aparılmış tədqiqatlardan
97
məlum olur ki, 1886-cı il
məktəb nizamna
-
96
.Б.С.Гулийев вя Щ.Н.Мяммядов. Бядян тярбийяси програмлары 60 илдя. «Мяктябдя бядян тярбийяси» мяъмуяси,
1979, №6.
97
Щ.Ящмядов. ХЫХ яср Азярбайъан мяктяби. Бакы, «Маариф»няшриййаты, 1985.