104
həyata
keçirilməsi, habelə bütün sinif şagirdlərinin (xüsusi tibbi qrup şagirdlərini çıxmaq şərtilə) bu
məşğələdə iştirakının vacib olması və s. daxildir.
Dərs zamanı proqramda nəzərdə tutulmuş materiallar üzrə bilik verilir, zəruri bacarıq və vərdişlər
aşılanır. Bütün bunlar isə, öz-özlüyündə kiçik məktəbyaşlı şagirdlərin fiziki cəhətdən inkişafına, fiziki
hazırlığının artmasına kömək edir. Bundan əlavə, şagirdlər dərsdə müəyyən fiziki bacarıq və vərdişlərə
yiyələnirlər ki, bu da onların ailədə, uşaq düşərgəsində, turist yürüşlərində, ekskursiyalarda bədən
tərbiyəsi hərəkətlərini sərbəst icra etmələrinə zəmin yaradır. Nəticədə, dərs
prosesində əldə edilmiş bilik,
bacarıq və vərdişlər sinifdənxaric və məktəbdənkənar vaxtlarda şagirdlərin gün hərəkət rejimində daha da
təkmilləşdirilir.
Bədən tərbiyəsi dərslərində şagirdlər fiziki tərbiyə, idman, gün rejimi, sağlamlığın qorunması
barədə nəzəri biliklərə yiyələnirlər. Qeyd etmək lazımdır ki, şagirdlərin nə üçün bədən tərbiyəsi ilə
məşğul olduğunu, bədən tərbiyəsi və idmanın məna və əhəmiyyətini, onun orqanizmə müsbət təsirini başa
düşməsi böyük təlim-tərbiyəvi əhəmiyyətə malikdir. Bu, bir tərəfdən bədən tərbiyəsi məşğələlərinə
şagirdlərin marağını artırırsa, digər tərəfdən onların bədən tərbiyəsi dərslərinə şüurlu
münasibətini
yüksəldir.
Bədən tərbiyəsi dərslərində həyat üçün vacib olan bir sıra hərəkətlər öyrədilir. Məsələn, yeriş,
qaçış, müvazinət saxlamaq, tullanmalar, cisim atmalar, qamətin formalaşması üçün hərəkətlər və s.
Həmin hərəkətlər üzrə bacarıq və vərdişlərə sahib olmaq şagirdlərin gündəlik həyatı üçün 2 cəhətdən
əhəmiyyətlidir:
1.
Şagirdlərin gündəlik həyatda, gün rejimində qarşıya çıxan çətinlikləri aradan qaldırmaqla
yanaşı, həm də bu istiqaməli işdə (yazı yazmaq, məktəbdə ictimai-faydalı əməklə məşğul olmaq,
valideynlərinə əmək xarakterli işlərdə kömək göstərmək, turist yürüşləri, ekskursiyalar dövründə
maneələri keçmək,
kələ-kötür yerləri gəzmək, dağlara qalxmaq, enmək və s.) xüsusi müvəffəqiyyətlər də
əldə edirlər.
2.
Bədən tərbiyəsi dərslərində ayrı-ayrı fiziki hərəkət və mütəhərrik oyunlar üzrə qazanılmış
bilik, bacarıq və vərdişlər ümumtəhsil məktəbi sistemində tədris olunan əmək təlimi, təbiətşünaslıq və s.
fənlərin təlim keyfiyyətinin yüksədilməsinə kömək edir. Məsələn, məlumdur ki, şagirdlər ibtidai
siniflərdə ümuminkişaf, dırmaşma və qamət üçün hərəkətlər icra edirlər. Həmin hərəkətlər orqanizmə
sağlamlaşdırıcı təsir göstərməklə bərabər, eyni zamanda, şagirdlərdə mütəhərrikliyi, müvazinət
hərəkətlərini
inkişaf etdirir, bədənin elastikliyini (əyilmə-qalxma və bədənin ayrı-ayrı hissələrinin dairəvi
hərəkətləri, çöməlmə və yarımçöməlmələr, qıçları dizdən bükmək şərti ilə qolların yana, sağa və sola
yellədilməsi və bir çox hərəkətlər) artırır. Öz-özlüyündə aydındır ki, bədən tərbiyəsi dərslərində
qazanılmış bu cür qabiliyyətlər, əmək dərslərində əl işlərinin qısa vaxt ərzində daha sürətlə yerinə
yetirilməsi üçün çox vacibdir. Başqa bir misal: bədən tərbiyəsi dərslərində bilək, qol və kürəklərin
qüvvəsinin artırılması məqsədilə öyrədilən fiziki hərəkətlər, zehni iş tələb edən dərslərin (ana dili,
riyaziyyat) tədrisində yazı yazarkən, şagirdlərin vaxtından əvvəl yorulmasının,
ruh düşkünlüuyünün və
əzginliyinin qarşısını alır.
Görkəmli pedaqoq A.S.Makarenko bu məsələyə xüsusi diqqət yetirmiş və oyunların, yerinə
yetirilən müxtəlif növ fiziki hərəkətlərin kiçik məktəbyaşlı uşaqların ictimai və zəxsi həyatında mühüm
rolunu dəfələrlə qeyd etmişdir.
A.S.Makarenko oyunun, uşaqların həyatındakı mahiyyətini belə səciyyələndirir: «Yaşlı adamın
həyatında iş, fəaliyyət, qulluq nə kimi əhəmiyyətə malikdirsə, uşağın da həyatında oyun o qədər vacib və
əhəmiyyətlidir»
114
.
A.S.Makarenko təkcə oyunun əhəmiyyətini söyləməklə kifayətlənmir. O, həmin işin
müvəffəqiyyətlə nəticələnməsini bu prosesin necə təşkil olunmasında görür: «Gələcək xadimin tərbiyə
olunması oyunu rədd etmək deyil, bu oyunu yaxşı təşkil etməkdən ibarət olmalıdır»
115
.
Müşahidələr göstərir ki, bəzi müəllim-tərbiyəçilər oyunu
114
А.С.Макаренко. Сечилмиш педагожи ясярляри, «Азярбайъан мяктяби» журналынын няшри, 1950-ъи ил,
сящ.376.
115
Йеня орада.
105
düzgün
təşkil etmədikləri üçün, bu prosesdə səs-küy yaranır, intizamsızlıq, narazılıq halları baş verir.
Buna görə də bir çox müəllim-tərbiyəçilər oyun keçirməkdən imtina edirlər. Guya, oyun, uşaqların
tərbiyəsinin pozulmasına səbəb olur. Fikrimizcə, böyük pedaqoq məhz həmin məsələyə işarə edərək
yazır: « Oyunu elə təşkil etmək lazımdır ki, o oyun olaraq qalsın, lakin həmin oyunda gələcək işçinin və
vətəndaşın keyfiyyətləri tərbiyə olunsun»
116
.
Müşahidələrdən aydın olur ki, bədən tərbiyəsi dərslərində təlim-tərbiyə işlərinin keyfiyyəti
və səmərəliliyinin yüksədilməsində müəllim-şagird fəaliyyəti və bu fəaliyyətlərin əlaqələndirilməsi (əks-
əlaqə), xüsusən birincinin, ikincinin fəaliyyətinə düzgün istiqamət verilməsi, ona daima nəzarət etməsi
böyük əhəmiyyətə malikdir. Şagirdlərin tədrisə istiqamətləndirilməsi və tədris prosesində onların idarə
olunması sahəsində müəllimin pedaqoji fəaliyyətinə təxminən aşağıdakılar daxildir:
1.
Dərsin qarşısında müəyyən məqsəd qoyulması, onun izah edilməsi.
2.
Tədris prosesində şagirdlərin fəaliyyətinin müşahidə olunması.
3.
Şagirdlərin müvəffəqiyyətinin hesaba alınması və buraxılmış nöqsanların aradan qaldırılması.
4.
Dərs yükünün, onun hissələri arasında müvafiq şəkildə bölüşdürülməsi.
5.
Şagirdlərin davranışının dərsin ümumi məqsədinə yönəldilməsi.
6.
Şagirdlərin arasında münasibətlərin yaxşılaşdırılması.
7.
Sinifdənxaric və məktəbdənkənar işlərə maraq oyadılması.
İbtidai siniflərdə tədris olunan digər fənlərə şagird fəaliyyətinin (zehni və fiziki) yönəldilməsi və s.
Bədən tərbiyəsi dərslərində tədrisin səviyyəsinin müasir tələblərə çatdırılması, şagird
fəaliyyətinin məqsədə düzgün yönəldilməsi ilə də sıx bağlıdır. Fiziki tərbiyə prosesində şagirdlərin
diqqətini başlıca olaraq aşağıdakı pedaqoji-psixoloji məsələlərə yönəltmək lazımdır: 1) müəllimin
diqqətlə dinlənilməsinə; 2) göstərilənlərin
ciddi müşahidə edilməsinə; 3) materialın şüurlu
mənimsənilməsinə və öyrənilməsinə; 4) özününəzarət və özünü qiymətləndirmə əsasında müəyyən
tapşırıqların sərbəst yerinə yetirilməsi və s.
Bədən tərbiyəsi dərslərinin məzmununa təxminən aşağıdakılar daxildir:
1.
Təlim-tərbiyə vəzifələrini həyata keçirən konkret fiziki hərəkətlər.
2.
Müəllimin rəhbərlik fəaliyyətinin məzmunu, şagirdlərin hərəkətləri
şüurlu və effektli yerinə yetirilməsi.
3. Dərsin özünün tərbiyə-təhsil məzmunu.
Yadda saxlamaq lazımdır ki, müəllim-şagird fəaliyyətini qabaqcadan müəyyənləşdirilmiş
möhkəm pedaqoji çərçivədə məhdudlaşdırmaq olmaz. Müəllim təlim-tərbiyə işləri ilə əlaqədar bütün
məsələlərə yaradıcılıqla yanaşmalı, şagirdlərin fərdi, psixoloji və anatomik-fizioloji xüsusiyyətlərini yeri
gəldikcə nəzərə almalıdır.
İnkişaf etmiş cəmiyyətdə şagirdlərin həyat tərzi dəyişdikcə, məktəbdə təlim-tərbiyə işlərinin, o
cümlədən, fiziki tərbiyənin də məzmunu dəyişir və yeni məna kəsb edir. Məktəbdə təlim-tərbiyənin,
eləcə də fiziki tərbiyənin məzmunu
nə qədər dəyişilmiş olsa da, onun müvəffəqiyyəti həm də dərsə
verilən tələblərlə əlaqədardır.
Pedaqogika elmi təlim-tərbiyənin ümumi əsaslarına və məzmununa uyğun metodik tələblərdə
müəyyənləşdirilmişdir. Bu tələblər ümumtəhsil məktəb sisteminə daxil olan fənlərə, o cümlədən, bədən
tərbiyəsi dərslərinə aiddir. Hazırda bədən tərbiyəsi dərslərində nəzərə alınan başlıca tələblər
aşağıdakılardan ibarətdir:
Hər bir bədən tərbiyəsi dərsinin spesifik vəzifələri şagirdlərə bilik vermək, fiziki bacarıq və
vərdişlər aşılamaq, onları fiziki fəaliyyətə yönəltmək və s. ilə yanaşı, həmçinin şagirdlərdə əxlaqi-mənəvi
hisslərin inkişafını istiqamətləndirməkdir. Təcrübə göstərir ki, dərs vaxtı kiçik məktəbyaşlı şagirdlərdə
əxlaq tərbiyəsinin aşılanması məqsədilə hər bir dərsin qarşısında həmin istiqamətli konkret vəzifələrin
qoyulmasına o qədər də ehtiyac duyulmur. Hər şeydən əvvəl, dərs elə təşkil edilməli və elə aparılmalıdır
ki, o, öz-özlüyündə şagird fəaliyyətinin bilavasitə və yaxud dolayı yolla əxlaq tərbiyəsinə yönəldilməsinə
geniş şərait yaratmış olsun. Burada müəllimin nəzəri hazırlığı, pedaqoji-metodiki ustalığı, nəhayət,
dərsin
əvvəldən axıra kimi məqsədyönlü və mütəşəkkil keçirilməsi xüsusi rol oynayır. Yeni dərs əvvəlki
116
А.С.Макаренко. Сечилмиш педагожи ясярляри, «Азярбайъан мяктяби» журналынын няшри, 1950-ъи ил,
сящ.318.