106
dərslərin davamı olmalı, sonrakılar isə əvvəlkilərin perspektivini təşkil etməlidir.
Öyrədilən fiziki
hərəkətlərin şagirdlərin yaşına uyğun olmasının, materialların bölüşdürülərək hissə-hissə müntəzəm və
ardıcıllıqla mənimsədilməsinin iki cəhətdən faydası vardır. Əvvəla, şagirdlərin hərəkətləri icra etməkdən
qorxmur, ona inamla yanaşırlar. Bu, bir tərəfdən şagirdlərin tapşırıqları yerinə yetirməsinə imkan verir,
onların dərsə marağını, şüurlu münasibətini artırır, digər tərəfdən dərsin emosionallığını yüksəldir.
Şagirdlər fiziki hərəkətlərdən və oyunlardan yüksək zövq alırlar. Bütün bunlar dərs zamanı şagirdlərin
əhval-ruhiyyəsinin artmasına və daha da fəallaşmasına imkan verir.
Dərsdə şəraitdən, proqram materialının məzmunundan asılı olaraq eyni deyil, müxtəlif təlim
üsullarının, vasitə və priyomların qarşılıqlı şəkildə tətbiqinə səy göstərilməlidir. Məsələn, hər dərsdə qaçış
və yaxud hündürlüyə, uzunluğa tullanmaq öyrədilirsə, bu zaman hərəkətlərin texnikası sadə dildə izah
olunmalı və aydınlaşdırılmalıdır. Yaxud, əkisinə, hərəkət əvvəlcə əyani olaraq göstərilməli, sonra onun
icraetmə texnikası izazh edilməlidir. Bundan əlavə, hərəkətlər göstərildiyi zaman onun yerinə yetirilmə
texnikası bir daha izah oluna bilər.
Bu prosesdə fərdiləşdirməyə, tədrisin nəzəri və ideya-siyasi
səviyyəsinin yüksədilməsinə xüsusi diqqət yetirmək lazımdır.
Bədən tərbiyəsi dərslərində müəllim uşaqların əqli fəallığının inkişafına kömək edə biləcək təlim
üsullarından, vasitə və priyomlardan istifadə etməli, problem vəziyyəti yaratmalıdır. Dərsdə problem
yaradılması şagirdlərin fəallaşmasına, onların yeni bir məsələyə cavabı özlərinin axtarıb tapmasına, necə
deyərlər «kəşf» etməsinə səbəb olur.
Dərsin səmərəliliyinin yüksədilməsi məşğul olanların daima fəaliyyətdə olmasını təmin
etməkdən də çox asılıdır. Bu, o deməkdir ki, dərsi məqsədəuyğun qurmalı, həmin prosesdə şagirdlər boş
dayanmayıb, verilmiş fiziki tapşırıqları müntəzəm yerinə yetirməlidirlər. Tədris prosesində şagird
fəaliyyətinin düzgün təşkili vaxta qənaət edilməsinə, az vaxtda daha çox hərəkətin icra olunmasına,
orqanizmin daima müvafiq işlə təmin edilməsinə, nəhayət, dərsdə yüksək nizam-intizam yaradılmasına
kömək edir.
Dərsdə şagirdlərin fəaliyyəti müxtəlif məzmunlu fiziki tapşırıqlarla təmin olunmalıdır. Həmin
tapşırıqlar şagirdlərin hərəkət keyfiyyətlərinin inkişafına, həmçinin uşaqlarda yeni və müxtəlif bilik,
bacarıq və vərdişlərin aşılanmasına səbəb olmalıdır. Bədən tərbiyəsi dərslərində təlimin
həm məzmunca,
həm də formaca müxtəlifliyi kiçik məktəbyaşlı şagirdlərin tədrisə olan maraq və həvəsini daha da artırır,
istər mürəkkəb, istərsə də sadə hərəkətlər böyük inamla yerinə yetirilir. Əvvəllər öyrənilmiş materiallar
yeni dərsdə daha da təkmilləşdirilir. Digər tərəfdən hərəkətlərin müxtəlif olması şagirdlərin vaxtından
əvvəl yorulmasının da qarşısını alır. Buna görə də şagirdlərdə eyni hərəkətləri dönə-dönə təkrar etmək,
onları adət edilmiş bir formada yerinə yetirmək məsləhət görülmür.
Fiziki hərəkətlərin məzmunu, xarakteri və həyata keçirilməsi yerləri (idman zalında və
meydançasında işarə edilmiş eyni bir yerdə keçirilməsi) arabir məqsədəmüvafiq şəkildə dəyişdirilməlidir.
Bütün bunlar, şagirdlərin bələdləşmək, nəzərdə tutulmuş obyekti tez tapmaq, müxtəlif sahələrdə yeni
biliyə, lazımi bacarıq və vərdişlərə yiyələnmək qabiliyyətini inkişaf etdirir.
İbtidai siniflərdə bədən tərbiyəsi dərsləri yeksənək, gərgin deyil, şagirdlər
üçün fəal istirahət
zəminində qurulmalıdır. Həmin məqsədlə də hər bir məşğələnin məzmununa şagirdlərin fiziki tərbiyə
üzrə nəticələrinin yoxlanılması, məvəffəqiyyətlərin hesaba alınması, dərs prosesində buraxılmış
nöqsanların təhlili və düzəldilməsi, məşğul olanların bir-birinin hərəkəti idarəetmə texnikasını müşahidə
etməsi və s. vəzifələr daxil olunmalıdır. Bütün bunlar nəticə etibarı ilə kiçik məktəbyaşlı şagirdlərin dərs
zamanı fəal istirahət etmələrinə şərait yaradır, müşahidəçilik, tədqiqatçılıq qabiliyyətlərini artırır,
təfəkkürünü inkişaf etdirir. Buna görə də bədən tərbiyəsi dərsləri təkcə şagirdlərin fiziki hazırlığının,
fiziki inkişafının yüksədilməsinə deyil, həm də onların hərtərəfli tərbiyələndirilməsinə
istiqamətləndirilməlidir.
1.2. Bədən tərbiyəsi dərslərinin vəzifələri
Bədən tərbiyəsi dərslərində əsasən təhsil, tərbiyə və sağlamlıq vəzifələri yerinə yetirilir.
Təhsil vəzifələrinə fiziki tərbiyə hərəkətləri öyrədilən zaman bu hərəkətlər üzrə bilik, bacarıq və
vəzifələrin mənimsənilməsi nəzərdə tutulur. Həmin vəzifələri o zaman yerinə yetirmək mümkündür ki,
fiziki
təhsil müntəzəm, ardıcıl, uzuun müddətə və bədən tərbiyəsi proqramı üzrə aparılsın.
107
Təhsil vəzifələrinə həm də uşaqların fiziki tərbiyə və idman, sağlamlığın qorunması, gün rejimi,
düzgün qamət, habelə fiziki hərəkətlərin düzgün icrası üzrə aldıqları biliklərə də daxildir.
Təhsil vəzifələri tərbiyəvi və sağlamlıq vəzifələri ilə uyğunlaşdırılaraq həyata keçirilməlidir.
Fiziki tərbiyə prosesində intizamlılıq, səliqəlilik, idman əşyalarına qayğı göstərmək, dostluq,
məqsədyönümlülük, vətənpərvərlik, müstəqillik, özünə inam, çətinliklərin dəf edilməsi tərbiyə olunur.
Sağlamlıq vəzifələri bütün dərslərdə yerinə yetirilir. Bədən təbiyəsi dərslərinin düzgün təşkili və
keçirilməsi, sanitariya-gigiyena normalarına
riayət edilməsi, dərslərin açıq və təmiz havada aparılması
sağlamlıq vəzifələrinin icrasına lazımi şərait yaradır.
1.3. Bədən tərbiyəsi dərsinin tipləri
Dərsin tipləri barədə pedaqoji və metodiki ədəbiyyatda müxtəlif fikirlər vardır. Pedaqoqlar dərsin
tiplərini, təsnifatını müəyyən bir pedaqoji məsələyə əsaslanaraq verirlər. Dərsin tiplərini təsnif edənləri
başlıca olaraq 3 qrupa bölmək olar. Birinci qrupa daxil olan müəlliflərin fikrincə, dərslər giriş, tədris
materialları ilə ilk tanışlıq və anlayış yaradan dərs tiplərinə bölünür ki, burada da təlim prosesinin
mərhələləri əsas götürülür. İkinci qrup müəlliflər dərsin tiplərini təlim metodlarına görə
müəyyənləşdirirlər. Onların fikrincə,
mühazirə, müsahibə və laboratoriya məşğələsi dərsində və s. də
dərsin tipii başlıca olaraq eyni adlı tədris metodları olmalıdır. Üçüncü qrup müəlliflər isə, pedaqoji
ədəbiyyatda daha çoxluq təşkil etməklə, dərsin tipini onun qarşısında duran əsas vəzifələrlə
əlaqələndirirlər.
Dərslərin təsnifatını onun qarşısında qoyulmuş didaktik vəzifələrə görə əsas götürən (bu təklifi
ilk dəfə görkəmli didaktik B.P.Yesipov irəli sürmüşdür) müəlliflər dərsləri aşağıdakı tiplərə bölmüşlər: 1)
kombinəedilmiş, yaxud qarışıq dərslər; 2) şagirdləri yeni materiallarla tanış edən dərslər; 3) bilikləri
möhkəmləndirən dərslər; 4) biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi məqsədilə aparılan dərslər;
5) biliklərin yoxlanılması məqsədilə aparılan dərslər.
SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik M.M.Mehdizadə üçüncü qrup
alimlərin dərs tipinə aid mülahizələrini yüksək qiymətləndirərək yazır ki, belə bir təsnifatın əleyhdarları
olmasına baxmayaraq, bu, əksər müəlliflər tərəfindən qəbul edilmişdir. B.P.Yepisovun tipologiyası ona
görə daha düzgün və əməli cəhətdən faydalı hesab edilir ki, didaktik mülahizələrə əsaslanmaqla o, bütün
xüsusi metodikalara da asanlıqla yayılır, qarşısında konkret təlim məqsədi qoyan
müəllimlərin dərs tipii
seçməkdə əməyini yüngülləşdirir və səmərələşdirir. Qeyd etməliyik ki, M.M.Mehdizadə B.P.Yesipov
tipologiyasına orijinallıq gətirmir. Lakin o, tipologiyaya faydalı bir qeyd verərək bildirir ki, dərs
tiplərinin həddindən artıq xırdalanması çətin ki, məqsədəuyğun olsun.Bu nöqteyi-nəzərdən zənnimizcə,
biliyin möhkəmləndirilməsi dərslərini, yaxud bacarıq və vərdişlərin tətbiqi dərslərini, sistemləşdirmə və
ümumiləşdirmə dərslərini ayrı-ayrı tiplər kimi göstərməyə heç də ehtiyac yoxdur, belə ki, bunlardan
birinin həyata keçirilməsi digərinin də həyata keçirilməsinə kömək göstərir. Daha konkret: biliklərin
tətbiqi, onların sistemləşdirilməsinə də kömək edir.
Sonuncu isə, bir dərsdə başa çatmır. Elə bu nöqteyi-
nəzərdən, M.Mehdizadə dərsləri aşağıdakı 5 tipə ayırmağı daha məqsədəuyğun hesab edir: 1) yeni biliklər
haqqında məlumat verən dərslər; 2) yeni bacarıq və vərdişlər yaradan və mənimsədən dərslər; 3) bilik,
bacarıq və vərdişlərin möhkəmləndirilməsini, tətbiqinin dərinləşdirilməsini təmin edən dərslər; 4)
yoxlama dərslər; 5) mürəkkəb (qarışıq) dərslər.
Fiziki tərbiyə üzrə metodik vəsaitlərdə də dərslərin tipii onun qarşısında duran mühüm didaktik
vəzifələrlə müəyyənləşdirilir. Bəzi müəlliflər dərs tipini qarşıda duran vəzifələrdə üyğunlaşdırmış olsalar
da, dərsin tipologiyasını konkret və daha aydın şəkildə ifadə etməmişlər. Buna metodist-alim
V.M.Kaçaşkinin dərs tipologiyasını misal göstərmək olar. O, dərsləri aşağıdakı tiplərə bölmüşdür: 1) giriş
dərsi; 2) yeni material ilə tanışlıq dərsləri; 3) keçilmiq materialların icrasını təkmilləşdirən dərslər; 4)
qarışıq dərslər; 5) yoxlama dərsləri.
Göründüyü kimi, V.M.Kaçaşkinin tipologiyasında yeni materialları öyrədən dərslər dərs
tiplərində öz əksini tapmamışdır. Bu da fiziki tərbiyə üzrə təlim-tərbiyə prosesinin əsasını təşkil edir.
Giriş və yeni materiala tanışlıq dərsləri, onların qarşısında duran məqsədə görə şagirdləri yeni
keçilən hərəkətlər və oyun materialları ilə (fiziki hazırlıq bölmələri, rüblük, yarımillik və illik materiallar
üzrə) ümumi və konkret şəkildə tanış etmək vəzifəsini daşıdığını nəzərə alıb, onları birləşdirib yeni adda