102
Ölkədə bədən tərbiyəsi və idmanı inkişaf etdirmək haqqında qanun
və məktəblər üzrə xüsusi
ekspert komissiyası vardır. Bunlara baxmayaraq, bədən tərbiyəsi əsas fənn sayılmır, rəhbərlik bu işə
nəzarət etmir və məsuliyyət də daşımır. Buna görə də bədən tərbiyəsi dərslərinə qətiyyən diqqət
yetirilmir. Gimnastika və idman müəllimi bu işi sərbəst və müstəqil aparır. Ona nəzarət olunmur.
İsveçrədə tədris ili 39 həftədən ibarət olub, bu vaxt ərzində 117 saat bədən tərbiyəsi keçilməsi
planlaşdırılır. Məcburi məşğələlərlə yanaşı, əlavə məşğələlər
də təşkil olunur ki, buna da il boyu 20 saat
həcmində vaxt sərf edilir. Fiziki tərbiyədə qiymətləndirmə ildə 2 dəfə: dərs ilinin ortasında və axırında
aparılır. Kontrol hərəkətlər əsasında məktəblilərin fiziki hazırlığını yoxlamaq məqsədi ilə VIII sinifdə
imtahan keçirilir.
Avstriyanın məktəb fiziki tərbiyə proqramlarında I-II siniflərdə bədən tərbiyəsinə həftədə 21
saat, qalan siniflərdə isə bədən tərbiyəsi dərslərinə 3 saat verilir. Tədris tapşırıqları əsasən dərsdə icra
olunur. Məktəbdə III sinifdən etibarən üzgüçülük təlim edilir. Üzgüçülük hovuz olmadıqda qonşu
məktəblərin hovuzundan istifadə olunur. Maraqlıdır ki, zəif nəticə göstərənlərə aşağı qiymət yazılmır ki,
yüksək nəticə göstərənlər onların fiziki hazırlığının zəif olduğunu hiss etməsinlər.
1976-cı ildən bədən tərbiyəsi kompleksi təsis olunmuş və o, yaşa və cinsə uyğun
differensiallaşdırılmışdır. I sinifdən başlayaraq kompleksin normalarını ödəyənlər bürünc, gümüş və qızıl
nişanlarla təltif edilirlər. Həvəskar və hazırlıqlı məktəbli-idmançılar görkəmli məşqçilərin rəhbərliyi
altında məşq edir və idman ustalığını artırırlar. Keçirilən kütləvi idman
tədbirlərində təcrübələrini
zənginləşdirir və gələcək böyük yarışlara hazırlaşırlar.
İsveç məktəblərində həftəlik bədən tərbiyəsi dərsləri I sinifdə -1, II sinifdə -2 saat, III sinifdən
başlayaraq 3 saat keçirilir. Tədris ilinin sonunda şagirdlər «Gimnastika və idman fənni» üzrə
qiymətləndirilir. Qiymət kamal attestatına yazılır. Qız və oğlanların yaşı və cinsi nəzərə alınmaqla dərsdə
məşğulolma proqramı hazırlanır və departament tərəfindən təsdiq olunur. Məsələn, oğlanlar üçün
proqramda gimnastikaya vaxtın 20-25%-i, topla oyuna 50-60 % və digər növlərə 20 % sərf olunur.
Qızlarda isə əksinə: gimnastikaya 50 %, topla oyuna 30% vaxt ayrılır. Məktəblilərin fiziki hazırlığında
üzgüçülüyə də xüsusi diqqət yetirilir və bunun təlimi mütləqdir. Müvafiq şərait yoxdursa, onda
komunanın, ya da cəmiyyətlərin üzgüçülük hovuzlarından istifadə edilir. Üzgüçülük 2 həftədə bir dəfə
keçirilir. Şagirdlər ilin axırında isə üzgüçülükdən imtahan verirlər. Proqram
tələblərini ödəməyənlər üçün
yayda üzgüçülük məşğələləri təşkil olunur. Ölkə məktəblərində kütləvi sağlamlıq – bədən tərbiyəsinə də
diqqət yetirilmir. Məktəbdə və klublarda az da olsa, idman növləri üzrə bölmələr fəaliyyət göstərir,
müvafiq yarışlar keçirilir.
Yoxlama-test sualları
1.
Fiziki tərbiyə proqramlarının məqsədi və vəzifələri.
2.
Fiziki tərbiyənin vasitələri.
3.
Çar Rusiyvsı dövründə fiziki tərbiyənin məktəb tədris planlarında qoyuluşu.
4.
Sovet hakimiyyəti zamanı fiziki tərbiyə proqram və tədris planlarının mahiyyəti və
vəzifələri.
5.
Müstəqillik dövründə Azərbaycan Respublikasının məktəb fiziki tərbiyə proqramı və tədris
planlarının məqsədi və vəzifələri.
Yaradıcılıq işi üçün təxmini mövzular:
1.
Mövcud bədən tərbiyəsi proqramlarının başlıca xüsusiyyətləri.
2.
Bədən tərbiyəsi proqram materiallarının tədrisi metodikası.
3.
İqlim şəraitindən asılı olaraq proqram idman bölmə hərəkətlərinin təlimi metodikası.
103
FİZİKİ TƏRBİYƏ DƏRSLƏRİNİN TƏŞKİLİ VƏ
KEÇİRİLMƏSİ METODİKASI
IV FƏSİL. BƏDƏN TƏRBİYƏSİ DƏRSLƏRİ MƏKTƏBDƏ
FİZİKİ TƏRBİYƏ ÜZRƏ İŞLƏRİN ƏSAS
TƏŞKİLİ FORMASIDIR
P L A N
1. Bədən tərbiyəsi dərslərinin əsas
xüsusiyyətləri, vəzifələri və tipləri.
2. Bədən tərbiyəsi dərslərinin təşkili.
3. Bədən tərbiyəsi dərslərinin quruluşu, hissələri, təşkili formaları, sıxlığı, fiziki yükü.
4. Dərsdə yer seçmə, ev tapşırıqları, ona nəzarət, rəhbərlik və hazırlıq.
5. İqlim şəraitindən asılı olaraq məşğələnin təşkili, müşahidə və mühafizə qaydaları.
6. Müvəffəqiyyətin hesaba alınması,
qiymətləndirmə, məşğələ yerinin hazırlanması, onun
ləvazimat, vəsait və qurğularla təchizi.
Ə D Ə B İ Y Y A T
1. B.Quliyev. İbtidai siniflərdə bədən tərbiyəsi. Bakı, «Maarif» nəşriyyatı, 1974-cü il.
2. B.Quliyev. İbtidai siniflərdə bədən tərbiyəsi dərsləri. Bakı. «Maarif» nəşriyyatı, 1977-ci il.
3. B.Quliyev, E.Acalov, M.Nəsrullayev. Ümumtəhsil məktəblərində bədən tərbiyəsi tədrisinin
təkmilləşdirilməsi yolları. Bakı, «Maarif» nəşriyyatı, 1982-ci il.
4. H.Qurbanov. Fiziki tərbiyə nəzəriyyəsi və metodikası. Bakı, «Adiloğlu» nəşriyyatı, 2001-ci il.
5. G.Quliyev. Çağırışaqədər dövrdə gənclərin güləş üzrə məşğələlərinin təşkili. Bakı, 2005-ci il.
IV F Ə S İ L. BƏDƏN TƏRBİYƏSİ DƏRSLƏRİ MƏKTƏBDƏ
FİZİKİ TƏRBİYƏ ÜZRƏ İŞLƏRİN ƏSAS
TƏŞKİLİ FORMASIDIR
IV.1. Bədən tərbiyəsi dərslərinin əsas xüsusiyyətləri,
vəzifələri və tipləri
1.1. Dərsin əsas xüsusiyyətləri
Bədən tərbiyəsi dərslərində proqram materialları müntəzəm olaraq, müəyyən ardıcıllıqla
öyrədilir. Dərs zamanı bədən tərbiyəsi sahəsində qazanılmış bilik, bacarıq və vərdişlər də tədricən
dərinləşdirilir və möhkəmləndirilir.
Kiçik məktəbyaşlı şagirdlərin bədən tərbiyəsi - sağlamlıq
işləri nəinki dərsdə, həmçinin,
sinifdənkənar və məktəbdənkənar (dərsəqədər səhər gimnastikası, bədən tərbiyəsi fasilələri, idman
bölmələri, ümumfiziki hazırlıq məşğələləri, yürüşlər, hərəkətli ekskursiyalar və s.) kütləvi-mədəni
tədbirlər zamanı da həyata keçirilir. Bədən tərbiyəsi dərslərində qazanılmış bilik, bacarıq
və vərdişlər
sinifdən və məktəbdənkənar aparılan kütləvi fiziki tərbiyə tədbirləri vasitəsilə tamamlanır və daha da
möhkəmlənir. Fiziki tərbiyənin hər iki təşkilat formasından səmərəli istifadə bədən tərbiyəsinin qarşısında
duran vəzifələrin daha müvəffəqiyyətlə yerinə yetirilməsinə zəmin yaradır. Buna görə də bu iş formalarını
(dərs və dərsdənkənar) bir-birinə qarşı qoymaq olmaz. Əksinə, bu iş formaları üçün müəyyənləşdirilmiş
tədbirlər müntəzəm və ardıcıl aparılmalı, biri o birini tamamlamalıdır.
Lakin sinifdən və məktəbdənkənar bədən tərbiyəsi işləri nə qədər məzmunlu, maraqlı və
rəngarəng qurulmuş olsa da, heç vaxt dərsi və onun qarşısında qoyulmuş vəzifələri bütövlükdə yerinə
yetirə bilməz. Ümumtəhsil məktəblərinin Nizamnaməsində göstərildiyi kimi,
dərs məktəbdə təlim-tərbiyə
işlərinin əsas təşkili formasıdır. Dərs formasında aparılan bədən tərbiyəsi məşğələlərinin digər
məşğələlərdən bir çox üstün cəhətləri vardır. Bura, həmin məşğələlərin qabaqcadan müəyyənləşdirilmiş
günlərdə dərs cədvəlinə möhkəm surətdə daxil edilməsi (həftədə 2 dəfə, 45 dəqiqə), sinif-dərs formasında