122
şeydən artıq gərginlik tələb etməyən oyun hərəkətləri) yerinə yetirilməsi imkanlarının ölçülüb-biçilməsi
və s. daxildir.
Bəzi məktəblərdə isə əsas hissə materiallarının səmərəli
təşkilində mühüm rol oynayan, habelə
digər hissələri üçün vacib olan planlaşdırma işləri lazımi səviyyədə deyildir.
Şübhəsiz, bu da tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Bu nöqsanlardan biri yarımillik və ayrı-ayrı dərslər üzrə proqram materialı yükünün təxminən
eyni olması və tarazlıq təşkil etməməsi ilə əlaqədardır. Hər hansı yarım ildə daha çox fiziki hərəkətlər və
oyunlar öyrədilirsə, digər rübdə əksinə, proqramm materialları lazımi gərginlikdə yerinə yetirilmir. İşin
belə təşkilinin şagirdlərin tədris fəaliyyətinə, fiziki inkişafına və psixoloji
xüsusiyyətlərinə müsbət deyil,
mənfi təsiri vardır. Digər tərəfdən, şagirdlərin dərsə olan maraq və meyli azalır, onlar hərəkətləri yüksək
emosionallıqla və fəallıqla icra etmirlər. Bədən tərbiyəsi dərsinin spesifik cəhətlərinə və şagirdlərin fiziki
inkişaf xüsusiyyətlərinə əsaslanaraq deyə bilərik ki, ikinci yarım ilin yekunlarında yeni biliklərin
mənimsənilməsi, yeni bacarıq və vərdişlərin aşılanması fikrimizcə o qədər də məqsədəuyğun deyildir.
Ona görə ki, bu yarım ildə dərslərin təxminən 60-65%-i keçilmiş materialların təkrarıdır. Çünki bədən
tərbiyəsi dərslərinin qarşısında əsasən təbii hərəkət bacarığı və vərdişləri fiziki hərəkət keyfiyyətlərini
inkişaf etdirmək vəzifəsi qoyulmasına
baxmayaraq, bunları bir, ya bir neçə dərsdə və ya bir neçə tədris
ilində öyrətmək mümkün deyildir. Məzh buna görə də onları daha çox təkrar etmək lazımdır. Əlbəttə,
birinci və ikinci yarım ilin başlanğıcında əsasən yeni bilik, bacarıq və vərdişlər aşılanır və yeri gəldikcə
materiallar təkrar edilir. İkinci yarım ilin sonlarında isə onların daha da təkmilləşdirilməsi məqsədilə
«təkrar mərhələ» kimi həyata keçirilməsi əlverişlidir.
İkinci yarım il dərs ilinin «yekun və təkrar mərhələsi» isə yeni bilik, bacarıq və vərdişlər aşılayan
bir rüb kimi mahiyyət daşıması, həmçinin yuxarıda göstərilən qaydada planlaşdırılması respublikanın
iqlim şəraitinə daha müvafiqdir. Çünki digər rüblərə nisbətən ikinci yarım ilin axırlarında hava isti keçir.
Orqanizm kifayət qədər möhkəmlənməmiş, davamlılığı az olan ibtidai sinif şagirdləri gərginliyə kifayət
qədər tab gətirə bilmədiyinə görə (istidə əzələlər boşaldığı üçün onların iş qüvvəsi aşağı düşür), istidə
yeni bilik, bacarıq və vərdişlərə yiyələnməkdə çətinlik çəkirlər. Elə buna görə də dərs ilinin II yarım
ilində əvvəl keçilmişlərin təkrar olunması daha məqsədəuyğundur.
İbtidai siniflərdə tədrisin səmərəli təşkilinə kömək edən amillərdən biri də tədris materialları
planlaşdırılarkən müvafiqliyə xüsusi diqqət yetirilməsidir. Materiallar yarım illər üzrə elə
planlaşdırılmalıdır ki, əvvəlki yarım ildə öyrənilənlər sonrakı yarım ildə öyrənilənlərə hazırlıq mərhələsi
olsun.
Məsələn, müəllim II sinif şagirdlərinə birinci yarım ilin başlanğıcında topu yuxarıya atıb bir əllə
tutmaq, topu divara atmaq və qayıdan topu iki əllə tutmaq hərəkətlərini öyrədirsə, həmin yarım ilin
sonunda topu divara atmağı və bir əllə tutmağı və s. öyrətməlidir. İkinci yarım ilin əvvəli və sonunda isə
hərəkətlər xeyli mürəkkəbləşdirilərək tədris olunmalıdır. Yəni iki cərgədə üz-üzə duraraq əlavə
hərəkətlərdə (oturub qalxmaq, əl çalmaq, əlləri dizə və belə toxunduraraq və s.), sonra topu bir-birinə
atmaq öyrədilməlidir. Başqa bir misal. Əgər şagirdlərə iplə hoppanmalar öyrədilirsə, əvvəlcə onları ipsiz
(qoşa ayaqla, tək ayaqla, ayaqları dəyişməklə), sonra qısa və uzun iplərlə yerinə yetirmək lazımdır.
Bədən tərbiyəsi dəsrlərinin səmərəli təşkili onun dərs cədvəlində düzgün yerləşməsindən də
asılıdır. İbtidai siniflərdə dərslər arasında günlərin bərabər olması, yəni
dərslərin cədvəldə ikinci və
beşinci, yaxud üçüncü-altıncı günlərdə keçirilməsi, üçüncü və döördüncü dərsə salınması daha faydalıdır.
I-IV siniflərdə bədən tərbiyəsi dərslərinin cədvəldə I-ci saata salınması qətiyyən məsləhət görülmür.
Çünki kiçik məktəbyaşlı şagirdlərin gün rejimində öz enerjisini düzgün bölüşdürmür, o cümlədən, həmin
enerjinin bədən tərbiyəsi dərsində də düzgün sərf edə bilmir, yerli-yersiz həyəcanlanırlar, bəzən də
həddən artıq yorulurlar. Bütün bunlar şagirdlərin növbəti - zehni dərsə marağını azaldır, diqqətlərini tədris
fəaliyyətinə lazımi səviyyədə cəmləşdirməyə mane olur.
Dərsin səmərəli təşkili və keçirilməsində plan – konspektin düzgün tutulması xüsusi əhəmiyyət
kəsb edir. Hər şeydən əvvəl, müəllim dərsə qabaqcadan hazırlaşmalı, lazım olan ləvazimat və
avadanlıqları əldə etməli, məşğələ yerini səliqəyə salmalıdır. Hər bir bədən tərbiyəsi dərsinin plan –
konspektində dərsin tarixi, nömrəsi,
vəzifələri, keçirilmə yeri, ləvazimat və avadanlıqları, məzmunu,
dozalaşdırılması göstərilməlidir. Konspektdə həmçinin təşkilatı-metodik qeydlər də aparılmalıdır. Sinif
123
müəllimlərinə metodik kömək məqsədi ilə bir dərs nümunəsi veririk. Burada əsasən dərsin planı, gedişi
(məzmunu) və mərhələlər üzrə fiziki hərəkətlərin bölüşdürülməsi şərh olunur. Dərsin mərhələləri və bu
mərhələlər üzrə mövcud yarımmərhələlərə aid metodiki qaydaların, hərəkətlərin icra olunma xarakteri və
tempinin nəzərə alınması müəllimlərin özlərinə həvalə olunur. Çünki metodik göstərişlər əsasən dərs
prosesində şagirdlərin sayından, sinfin ümumi və xüsusi hazırlığından, uşaqların fiziki inkişafından,
psixologiyasından asılı olaraq meydana çıxır. Belə ki, bəzən hərəkətlərin icraolunma xarakteri, tempi,
tədris prosesində plan-konspektdə nəzərdə tutulduğu kimi deyil, müəyyən dəyişikliklərlə həyata keçirilir.
2.5. Dərsəqədər təşkilati işlər (dərsin tədris-idman
ləvazimatı və avadanlıqlarla təchizi)
Bədən tərbiyəsi dərsinin tədris keyfiyyətinin yüksədilməsində onun ləvazimat və avadanlıqla
təmin olunması əsas şərtlərdən biridir. Ona görə də müəllim, qabaqcadan tədris
edilən materiala uyğun
hazırlıq aparmalı, ləvazimat və avadanlıqları idman zalında müvafiq olaraq yerləşdirməlidir. Məsələn,
müəllim əgər «Dizlər gimnastika skamyası üstündə, əl döşəmədə olmaqla sürünmək, bir-birindən 50 sm
məsafədə qoyulmuş 50 sm hündürlükdə olan 2 – 3 «qapının» altı ilə sürünüb keçmək (III sinif)
hərəkətlərini tədris edirsə, ilk növbədə, məşğələ yerində səliqə-səhman yaratmalı, təmizlik işləri görməli,
habelə gimnastika skamyaları, 50 sm hündürlükdə olan 2 – 3 qapı tapmalı (bu işin baş-bədən tərbiyəsi
müəllimi ilə görülməsi məsləhətdir), onları bir-birindən 50 sm məsafədə aralı qoymalıdır. Məşğələ yerləri
ümumi gigiyenik tələblərə və həm də uşaqların zədə almamaları üçün təhlükəsizlik texnikası qaydalarına
tam cavab verməlidir. Müəllim yarış formasında keçirilən dərslərə xüsusən hazırlaşmalıdır. Çünki bu
vaxt, şagirdlərin əhval-ruhiyyəsi
yüksəlir, emosionallığı daha da artır və onlar həddən artıq
həyəcanlanırlar. Bunlar isə dərsdə sınıq, çıxıq və əzilmələrin meydana çıxmasına şərait yaradır. Dərsdə
zədələnmələrin əmələ gəlməsinə səbəb, məşğələ yerində artıq əşyaların olması, döşəmənin yağlı əsgi ilə
silinməsi, ləvazimat və avadanlıqların nasaz olmasıdır.
Dərsin əsas hissəsinin səmərəli təşkilində oyun (məşğələ) yerlərinin səhmana salınması və oyun
üçün nə lazımsa, hamısının əldə edilməsi çox vacibdir. Məsələn, «Dovşanlar, gözətçi və tula» oyunu
keçirilərkən dərsə qədər aşağıdakı hazırlıq işlərini həll etmək lazımdır. Oyun meydançasını xətlərlə
hissələrə ayırmaq, meydançanın qısa xətlərindən 2-3 addım qabağa bir xətt, ondan da 3-4 addım qabağa
yenə bir xətt çəkmək lazımdır. Bundan başqa, meydançanın mərkəzində hasar (xətt) çəkilməlidir.
Meydançanın qarşısındakı qısa xəttdən 3-4 addım qabaqda 4 dairədən ibarət dovşan «yuvaları» tikilir və
s. Dərsə qədər lazımi təşkil işlərinin görülməməsi nəticəsində şagirdlərin diqqəti yayınır, dərsə marağı
azalır, dərsin intensivliyi aşağı düşür, əsas hissədə təhsil tərbiyəvi imkanlardan istənilən səviyyədə
istifadə etmək mümkün olmur.
Kiçik məktəbyaşından başlayaraq, şagirdlər ləvazimat və avadanlıqlardan istifadə qaydalarını
öyrətmək, onları dövlət əmlakını qoruyub saxlamaq ruhunda tərbiyələndirmək dərsin səmərəli
keçməsində mühüm rol oynayır. Bununla yanaşı,
müşahidələr göstərir ki, bir sıra məktəblərdə şagirdlər
ləvazimat və avadanlıqları aparmaq, onu zalın (meydançanın) müvafiq yerində yerləşdirmək qaydalarını
bilmirlər.
Ümumiyyətlə, müəllim əvvəlcə ləvazimat və avadanlıqlarla (böyük və kiçik toplar, gimnastika
döşəkləri, idman keçisi, tir, skamyalar, iplər və halqalarla və s.) özü tanış olmalı, onların nə dərəcədə
yararlı olduğunu yoxlamalı, gigiyenik tələblərə cavab verdiyini öyrənməlidir. Sonra onlarla rəftar
qaydasını, hər bir alətin tapşırıq üzrə necə aparıldığını şagirdlərə göstərməlidir. Müəllim,
həmçinin
tapşırıqları kimlərin yerinə yetirəcəyini də şagirdlərin nəzərinə komanda ilə çatdırmalıdır. Məsələn,
müəllim belə tapşırıq verir: I-ci dörd şagird bir döşək, 2-ci dörd şagird – siz də bir döşək götürüb (hər bir
şagird bir tutacaqdan tutmaqla) zalın mərkəzinə aparın. Döşəkləri apararkən tələsməyin. Birinci dörd
nəfər döşəyi götürdükdən sonra ikinci dörd nəfər döşəyi götürsün. Döşəklər zalın mərkəzinə qoyulduqdan
sonra hamı sakitcə qayıdıb öz yerində otursun!
Sonra komanda verir: Birinci 4 nəfər qalx, sola (sağa) dön, tapşırıq üzrə addımla marş! İkinci 4
nəfər üçün də eyni komanda verilir. Ləvazimat və avadanlıqların əvvəlki yerə daşınmasında da həmin
komandalardan istifadə edilir. Ləvazimat və avadanlıqların bir yerdən başqa yerə düzgün daşınması və öz
yerinə qaytarılması 4 cəhətdən əhəmiyyətlidir: 1) az vaxt ərzində ləvazimat və avadanlıqlar elə
yerləşdirilir ki, bu da boş dayanmanın qarşısını alır və dərsin intensivliyini təmin edir; 2) şagirdlər