114
vəzifələr
kortəbii deyil, mövzunun spesifikasından, məzmunun imkanlarından və şagirdlərin maraq və
meylindən asılı olaraq həyata keçirilməlidir.
Təlimin optimallaşdırılması yalnız vəzifələrin kompleks şəkildə müəyyənləşdirilməsi ilə
tamamlanmır. Burada məşğələ zamanı şagirdlərin xüsusiyyətlərinin nəzərə alınması da təlimin optimal
yolla təşkilində xüsusi əhəmiyyət kəsb edir. Həmin baxımdan bədən tərbiyəsinin tədrisi səmərəliliyinin
yüksədilməsi məqsədilə şagirdlərin yaş və cinsi xüsusiyyətlərini dərindən öyrənməli və pedaqoji prosesdə
nəzərə alınmalıdır.
Şagirdlərin fiziki hazırlığı, fiziki inkişafı nəzərə alındıqdan sonra müəllim məşğələnin
məzmununu müəyyənləşdirməyə yönələn, yeni mövzunu izah etmək üçün material seçməyə başlayır və
fiziki tapşırıqlar seçir, bunların icra tempini hansı ardıcıllıqla keçməsini bu prosesdə şagirdlərin
müstəqillik dərəcəsini müəyyən edir.
Pedaqoji elmlər doktoru, keçmiş SSRİ –nin Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü
Y.K.Babanski məşğələnin məzmununun düzgün planlaşdırılmasını yüksək
qiymətləndirir və onun
əhəmiyyəti haqqında deyir ki,
əvvələn, məzmunun müəyyənləşdirilməsi təkcə bilik və bacarıqların deyil,
dərsin bütün nəzərdə tutulmuş vəzifələrinin həllini təmin etməlidir.
İkincisi, məzmunda başlıca olanı,
mahiyyəti, əsası ayırmaq lazımdır. Məhz başlıca olanı ayırmaq əməliyyatda optimallaşdırmanın zəruri
olduğunu göstərir. Axı, başlıca ünsürü ayırmadıqda bilik, bacarıq və vərdişlərin verilməsində səthilik
mütləq özünə yer tapır. Bu isə sonradan onların öyrədilməsi üçün müəllimin əlavə vaxt ayırması,
şagirdlərin və özünün əlavə yüklənməsi ilə nəticələnir.
Üçüncüsü, dərsin məzmununu
müəyyənləşdirərkən sadəcə olaraq terminlərin miqdarını çoxaltmağa deyil, onlardan elələrini seçməyə
çalışmaq lazımdır ki, qısa yolla müvafiq bacarıq və vərdişlərin formalaşmasına gətirib çıxarsın.
Bədən tərbiyəsi məşğələlərinin optimallaşdırılmasında əsas şərtlərdən biri də onun intensivliyinin
artırılması ilə sıx əlaqədardır. Burada çalışmalı ki, az vaxt ərzində daha çox hərəkətlər özü də keyfiyyətlə
yerinə yetirilsin. Bu zaman hərəkətin icra olunma qaydalarına bütövlükdə riayət olunmalıdır. Əks
təqdirdə tədris prosesi sadəcə olaraq müxtəlif növ fiziki hərəkətlərin təkrarı ilə nəticələnir.
Bədən tərbiyəsi məşğələsinin optimallaşdırılması üçün ilk növbədə şagirdlərin fəaliyyətini tədris
prosesinə mütəşəkkil cəlb etmək lazımdır. Bunun üçün də müəllim məşğələyə qabaqcadan hazırlaşmalı,
öyrədəcəyi hərəkətlərin texnikasına dərindən yiyələnməli,
məzmununa uyğun metod, vasitə və priyom
seçməli, bunları düzgün tətbiq etməli və fəal şagirdlərin gücündən istifadə etməlidir. Təcrübədən aydın
olur ki, bütün tədris materialları üçün eyni təlim üsulundan istifadə etmək məşğələnin səmərəliliyini
azaldır, şagirdlərin məşğələyə olan marağına mənfi təsir göstərir. Bütün hərəkətlərin öyrənilməsində eyni
təlim üsulundan istifadə etmək diqqətin yayınmasına səbəb olur. Məhz elə buna görə də hər bir müəllimin
tədrisin səviyyəsini yüksəltmək məqsədilə mütləq keçəcəyi materialın məzmununa müvafiq üsul və
priyomlardan istifadə etməlidir. Misal üçün, əgər müəllim tullanma, qaçış, atmalar və s. üzrə məşğələ
materialının nəql etmə üsulu ilə şərh edirsə, o həm də izahetmə və göstərmə üsullarından da
məqsədəmüvafiq şəkildə istifadə etməlidir.
Müəllim məşğələnin məzmununu müəyyənləşdirərkən 2 metodiki
məsələyə xüsusi diqqət
yetirməlidir.
Birinci, hər bir məşğələnin hissəsi üçün xüsusi tədris materialı nəzərdə tutulmalı,
ikincisi,
həmin materiallar məzmun etibarı ilə bir-birinə uyğun seçilməli, biri o birini tamamlamalıdır. Bu pedaqoji
nöqteyi-nəzərdən nə qədər böyük əhəmiyyətə malik olsa da, eyni ilə bir o qədər də psixoloji baxımdan
əhəmiyyətlidir. Yəni məşğələdə icra olunan fiziki hərəkətlərin təsir etibarı ilə məqsədəuyğun olması, biri
digərini dolayı yolla yaxud da birbaşa tamamlaması, həmçinin hərəkətlərin təsir etibarı ilə məqsədəuyğun
olması şagirdlər tərəfindən düzgün icrasına zəmin yaratmaqla, həm də onların əhvallarını yaxşılaşdırır,
tədris fəallıyyətinin emosionallığını yüksəldir. Digər tərəfdən də şagirdlər bu vaxt mürəkkəb hərəkətləri
icra etməkdən qorxmurlar, onu daha inamla və zövqlə yerinə yetirirlər. Bütün bunlar da tədrisin
səmərəliliyinin yüksədilməsinə müsbət təsir göstərir.
Ümumtəhsil orta məktəblərində bədən tərbiyəsi məşğələlərinin lazımi effekt verməsində
məşğələnin hissələri arasında və ya bütövlükdə düzgün bölüşdürülməsinin mühüm faydası vardır. Bu
sağlamlığın möhkəmləndirilməsi, ahəngdar inkişafı üçün vacibdir.
Məşğələnin səmərəliliyinin yüksədilməsində mühüm amillərdən biri
də həmin prosesin ideya-
siyasi səviyyəsinin, daha doğrusu məzmununda vətənpərvərliyin olması, elmi dünyagörüşün
formalaşması ön plana çəkilməsindədir. Ayrı-ayrı siniflərdə öyrədilən mövzular əsasında şagirdlərin
115
görkəmli şəxslərin həyat və fəaliyyətinin nümunəsində fiziki tərbiyənin rolu ilə əlaqədar bəzi məsələlərlə
tanış olmalıdırlar. Qeyd etməliyik ki, Azərbaycan xalqının görkəmli alim, şair və yazıçılarının əsərlərinin
fiziki tərbiyə ilə əlaqədar olan hissələrinin öyrədilməsi şagirdlərin vətənpərvərlik, beynəlmiləlçilik, əməyə
və fiziki tərbiyəyə məhəbbət ruhunda tərbiyələndirilməsinə zəmin yaradır.
Məşğələnin quruluşuna standart deyil, yaradıcı yanaşmaq təliminin optimallaşdırılmasında zəruri
şərtlərdən biri sayılır.
Əlbəttə, burada da məşğələnin ümumi ahəngliyi pozulmamalı, bütün müəllim-şagird fəaliyyəti
ümumi məqsədin, konkret vəzifələrin icrasına istiqamətləndirilməlidir. Bədən tərbiyəsi məşğələsində
şagirdlərə fərdi yanaşmağın əhəmiyyəti olduqca böyükdür. Planlaşqdırma fərdi yanaşmanın
müvəffəqiyyətlə həll edilməsində mühüm rol oynayır. Müasir məşğələ planlaşdırılarkən idman bazalarına
xüsusi diqqət verilməli, fiziki tərbiyə sahəsində xüsusi qabiliyyətə malik şagirdlər üçün və əksinə zəif
şagirdlər üçün hərəkətlər nəzərdə tutulmalıdır. Bütün bunlar bir tərəfdən orta məktəb şagirdlərinin ayrı-
ayrı fiziki hərəkətləri şüurlu surətdə, yaradıcılıqla, yüksək fəallıqla icrasına zəmin yaradırsa, digər
tərəfdən bədən tərbiyəsi tədrisinin səmərəliliyini artırır, həmin prosesdə optimal şərait yaradır.
2.2
Bədən tərbiyəsi dərslərinə verilən müasir tələblər
Məktəb işinin daha da təkmilləşdirilməsi ölkəmiz müstəqillik qazandıqdan sonra böyük ruh
yüksəkliyi ilə həyata keçirilir, məktəblərimizdə təlim-tərbiyənin keyfiyyəti durmadan yüksəldilir. Xalq
təhsil işçiləri və müəllimlərimiz təhsildə aparılan reformaları əldə rəhbər tutaraq şagirdlərin elmlərin
əsaslarına möhkəm yiyələnməsi (tədrisin
ideya-siyasi, nəzəri səviyyəsinin artırılması), onların təlim
müvəffəqiyyətlərinin yaxşılaşdırılması sahəsində lazımi səy göstərirlər.
Bədən tərbiyəsinin tədrisi də məktəb işinin tərkib hissəsinə daxil olmaqla məktəbyaşlı uşaqların
sağlamlığının möhkəmləndirilməsinə, çevik, sürətli, dözümlü olmalarına və digər fiziki-psixoloji
keyfiyyətlərin əmələ gəlməsinə, onun durmadan inkişafına böyük zəmin yaradır. Bədən tərbiyəsinin
müvafiq şəkildə tədrisi təkcə hərəkət keyfiyyətinin inkişafına, fiziki hazırlığına və s. kömək etmir, o, eyni
zamanda şagirdlərə Azərbaycan mintaretinə uyğun əxlaqi keyfiyyətlər aşılayır. Bədən tərbiyəsi və idman
şagirdləri vətənə bağlılıq, dostluq, insanlıq, kollektivçilik, vətənpərvərlik ruhunda tərbiyə edir, onlara
birgə səy göstərmək, Vətənə məhəbbət və sevgi, onun idman şərəfini hər şeydən üstün tutmaq və
qorumaq kimi hisslər aşılayır və möhkəmləndirir. Bədən tərbiyəsi və idman
bunlarla bərabər, şagirdləri
əməyə və Vətənin müdafiəsinə hazırlaşdırır. Elə buna görə də ümumtəhsil məktəblərində bədən tərbiyəsi
və idmanın inkişaf etdirilməsi, daha da təkmilləşdirilməsi təhsil qanununun qarşıya qoyduğu əsas
vəzifələrdəndir.
Məktəbdə bədən tərbiyəsi üzrə tədris prosesinin təkmilləşdirilməsi olduqca çətin, mürəkkəb bir
işdir. O, bir sıra məsələlərlə bağlıdır. Bu, ilk növbədə bədən tərbiyəsi sahəsində tədris proqramlarının
təkmilləşdirilməsi, onun məzmununun daha da dərinləşdirilməsi, elmi-nəzəri səviyyəsinin yüksədilməsi
və bunların günün tələbləri baxımından tətbiqi ilə sıx surətdə əlaqədardır. Həqiqətən, respublikamızda bu
sahədə bir sıra faydalı tədbirlər hazırlanmış və bu planlı surətdə həyata keçirilmişdir. Həmin tədbirlər
içərisində dərsin müasir tələblər səviyyəsində tədrisi xüsusi əhəmiyyətə malikdir.
Bədən tərbiyəsi dərslərinə verilən müasir tələblər hansılardır?
Dərsi təkmilləşdirməyin yolları pedaqoji ədəbiyyatda öz əksini tapmış və bu aşağıdakı
istiqamətdə müəyyən olunmuşdur: a)
hər bir dərsin ideya-siyasi, elmi səviyyəsinin yüksədilməsi; b) dərs
zamanı şagirdlərin idrak fəaliyyətinin inkişaf etdirilməsi; v) vaxtdan səmərəli istifadə edilməsi, tədris
işinin fərdiləşdirilməsi; q) təlimin müasir texniki vasitələrinin geniş tətbiqi; d) nəhayət, şagirdlər
tərəfindən biliklərin mənimsənilməsi, bacarıq və vərdişlərin aşılanması prosesinin dəqiq şəkildə idarə
olunması.
Hər bir dərsdə və bədən tərbiyəsi tədbirində «Bədən tərbiyəsi» fənninin spesifikası, uşaqların
psixoloji, anatomik-fizioloji, fiziki və cinsi inkişaf xüsusiyyətləri ciddi surətdə nəzərə alınmalıdır.
Dərsə verilən müasir tələblərdən biri bədən bərbiyəsi tədrisinin
məzmununda elmiliyin, milli
ideyalılığın və inteqrasiyanın təmin edilməsidir. Bu səbəbdən də bütün fənlər bir-biri ilə əlaqələndirilir.
Görkəmli dövlət xadimlərindən biri bədən tərbiyəsi və idmanı xarakterizə edərək deyirdi ki,
«İdman yaxşı işdir, insanın bədənini bərkidir, lakin, idman yardımçı bir işdir, onu əsas məqsədə, quru
rekordçuluğa çevirmək olmaz. Biz istəyirik ki, adamlar hərtərəfli inkişaf etsin, yaxşı yüyürsün, yaxşı