116
üzsün, qıvraq …və salamat olsun,
bir sözlə, normal və sağlam, əməyə və müdafiəyə hazır bir adam olsun,
bədəncə inkişaf etməklə bərabər, zehni cəhətdən də düzgün inkişaf etsin. O deyirdi ki, … idmanla yalnız
idman xatiri üçün maraqlanmaq olmaz, idmanı tərbiyənin ümumi vəzifələrinə tabe etmək lazımdır. Biz
yalnız idmanla məşğul olan adamlar deyil, quruculuqda çalışmalı olan sağlam vətəndaşlar hazırlayırıq ki,
bunların yalnız möhkəm qolu, yeməyi yaxşı həzm edən mədəsi deyil, habelə və birinci
növbədə geniş
siyasi görüş dairəsi və təşkilatçılıq qabiliyyəti də olsun».
Qeyd etmək lazımdır ki, bədən tərbiyəsi tədris materialının məzmununda elmilik, ideyalılıq,
fiziki inkişafı və fiziki hazırlığı artıran, hərəki keyfiyyətləri inkişaf etdirən hərəkətlərlə təmin edilmişdir.
Əsas məsələ isə bunları həyata keçirmək, yəni bədən tərbiyəsi fənni üzrə tədrisin elmiliyini, ideya-siyasi
səviyyəsini yüksəltmək, müasir tələblər səviyyəsinə çatdırmaqdan ibarətdir. Tədris etdiyi dərsi aktiv və
interaktiv təlim metodları ilə təmin edən müəllimlərimiz həmin işin öhdəsindən bacarıqla gələ bilərlər.
Bədən tərbiyəsi və idman üzrə tədris işlərini yüksək səviyyədə qurmaq və həyata keçirmək üçün müasir
dərsə verilən bir sıra əsas metodik tələbləri nəzərə almaq lazımdır.
Bədən tərbiyəsi dərslərində qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirmək üçün
şagirdlərin fəaliyyətini bu prosesə düzgün və mütəşəkkil olaraq təşkil etmək vacib şərtlərdəndir. Bunları
nəzərə almaq istəyən müəllim dərsə qabaqcadan əsaslı surətdə hazırlaşmalı, keçəcəyi dərsin məzmununa
uyğun səmərəli vasitələr seçməli və onları yerli-yerində tətbiq etməlidir. Bütün
mövzular üçün eyni təlim
üsulu və priyomlardan istifadə etmək tədrisin səmərəliliyini azaldır. Uşaqların dərsə olan marağını və
həvəsini minimum səviyyəyə endirir. Onlar dərs zamanı diqqətlərini cəmləşdirə bilmirlər. Bu səbəbdən də
hər bir müəllim keçəcəyi materialın məzmununa müvafiq təlim üsullarından və priyomlarından istifadə
etməlidir. Bədən tərbiyəsi tədrisinin yaxşılaşdırılmasına bu üsul və vasitələrdən qarşılıqlı surətdə
istifadəyə ciddi fikir verilməlidir. Müəllim, qaçış, tullanmalar və cisim atmalar üzrə tədris materialını şərh
edirsə, o, bu zaman mütləq izahetmə, göstərmə və s. istifadə etməlidir. Hərəkətlərin yerinə yetirilməsi
texnikası elmi şəkildə şagirdlərə çatdırılmalıdır. Bədən tərbiyəsi hərəkətlərinin şagirdlər tərəfindən yaxşı
öyrənilməsi üçün əvvəlcə müəllim hərəkəti özü göstərməli, hətta hərəkəti göstərə-göstərə onun şagirdlər
tərəfindən qüsursuz, səlis edilməsinə nail olmaqdan ötrü arabir izahat verməli, onların diqqətini
mənimsənilən materialın xüsusi qayda-qanunlarına cəlb etməlidir. Yaxşı olar ki,
öyrədilmiş hərəkətləri
fəal şagirdlərdən bir neçəsinə, sonra isə bütün şagirdlərə icra etdirsin. Bu, təlimin daha maraqlı və şüurlu
surətdə mənimsənilməsinə səbəb olur.
Fiziki tərbiyənin tədrisi səviyyəsinin yüksədilməsində dərsin intensivləşdirilməsi də vacibdir.
Burada bədən tərbiyəsi dərslərinin sıxlığının artırılması – bütün şagirdlərin ayrı-ayrı fiziki hərəkətlərin
yerinə yetirilməsində maksimum dərəcədə iştirakı, dərs prosesində boşdayanma hallarının aradan
qaldırılaraq hamının məşğul olması xüsusən böyük əhəmiyyətə malikdir. Bunun üçün də müəllim
hərəkətlərin öyrədilməsinə ayrılmış vaxtdan səmərəli istifadə etməli, az müddət ərzində daha çox
hərəkətlər icra etdirməyə çalışmalıdır. Bu zaman hərəkətlərin düzgün yerinə yetirilməsinə çalışmalı, oyun
prosesində qayda və qanunların pozulmasına, intizamsızlıq hallarının yaranmasına imkan verilməməlidir.
Təlim prosesində həmin cəhətlər nəzərə alınmazsa onun intensivləşdirilməsi barədə düşünməyə dəyməz.
Unutmamalı ki, hərəkətləri kəmiyyət etibarı ilə deyil, onları keyfiyyətlə yerinə yetirmək lazımdır.
Son müşahidələrdən aydın olur ki, bir qrup müəllimlər fiziki tərbiyə üzrə nəzəri məlumatların
verilməsi, dərsin izah edilməsi və göstərilməsi hesabına, digər qrup müəllimlər isə hərəkət və oyunların
icrası üçün ayrılmış vaxtı azaltmaqla dərsin effektliliyini artırmağa səy göstərirlər. Əlbəttə, dərsin
effektliliyini bu yolla artırmaq mümkün deyildir. Dərsin effektliyini artırmaq
üçün hər şeydən əvvəl,
dərsin ümumi sıxlığını artırmağa, eyni vaxtda daha çox şagirdin hərəkəti yerinə yetirmələrinə nail
olünmalıdır. Bunun üçün də bütün şagirdlər hərəkətlərlə məşğul olmalı, boş dayanmamalı, məqsədəuyğun
olmayan yeriş, sıra və s. hərəkətlər həddindər artıq təkrar edilməməlidir. Deyilənlərin nəzərə alınması
dərsin intensivləşdirilməsinə yalnız kömək edə bilər.
Fiziki tərbiyə tədrisinin müasir tələblər səviyyəsinə çatdırılmasında şagirdlərin fəaliyyətini dərsə
cəlb edən metodlardan da səmərəli istifadə etmək mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, bədən tərbiyəsi
dərslərinin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində frontal, potok, dairəvi, növbə və qruplar
üzrə və i.a. dərsin təşkili metodları olduqca faydalıdır.
Uşaqların fiziki hazırlığına görə qruplara bölünməsi və qrupların fərdi imkanlarını nəzərə alaraq
fiziki hərəkətlərin öyrədilməsi də təlim-tərbiyə prosesinin səmərəliliyini yüksəldir. Bu üç cəhətdən
117
əhəmiyyətlidir. Əvvəla, bu yolla şagirdlərin dərsə marağını artırmaq, diqqəti daha yaxşı cəlb etmək olur,
ikinci isə dərs
prosesində qayda-qanun, yüksək intizam yaratmaq imkanı genişlənir. Nəhayət, məşğul
olanlar fiziki hərəkətlərlə daha yaxşı məşğul olmaq imkanı əldə edir, lazımi bilik, bacarıq və vərdişlərə
yiyələnirlər. Şagirdlər həmin yolla da öz sağlamlığını möhkəmlədə və fiziki cəhətdən normal inkişaf edə
bilərlər.
İdman alət və avadanlıqlarının idman zalı və meydançalarında düzgün yerləşdirilməsi, çətin
hərəkətlərin icrasında şagirdlərin mühafizə olunması da təlim-tərbiyə işlərinin səmərəli təşkili və
keçirilməsinə müsbət təsir göstərir.
Dərs aşağıdakı tələblərə cavab verməlidir:
1. Bütün şagirdlərin, eləcə də ayrı-ayrı dərslərin məzmunu fiziki tərbiyənin ümumi vəzifələrinin
yerinə yetirilməsinə xidmət etməlidir;
2. Bədən tərbiyəsi dərsləri metodiki baxımdan düzgün qurulmalıdır;
3. Bədən tərbiyəsi dərsləri təhsil-tərbiyəvi və inkişafetdirici məqsədi daşımalıdır;
4. Bədən tərbiyəsi dərsi əvvəlki dərslərin ardı olmalı müvafiq məqsəd və vəzifələri həyata
keçirməlidir. Eyni zamanda növbəti dərslərin məzmunu və vəzifələri nəzərə alınmalıdır;
5. Dərs zamanı şagirdlərin tərkibi, yaşı, cinsi, fiziki inkişafı və fiziki hazırlığı nəzərə alınmalıdır;
6. Dərs üçün elə hərəkətlər seçilməlidir ki, onlar şagirdlərin hərtərəfli inkişafına, sağlamlığının
möhkəmləndirilməsinə və qamətin formalaşmasına
xidmət etmətlidir;
7. Dərslər elə təşkil olunub keçirilməlidir ki, o, şagirdlərin marağına və fəallığını səbəb
olmalıdır;
8. Bədən tərbiyəsi dərsləri digər fənlərə uyğun bir şəkildə dərs cədvəlinə yerləşdirilməlidir.
2.3
Proqram tədris materialları üzrə işin təşkili
Məktəbdə bədən tərbiyəsinin əsas təşkili forması dərsdir. Bədən tərbiyəsi dərsləri cədvəl üzrə
həftədə iki dəfə aparılır. Dərslərdə şagirdlərə hərəkət keyfiyyətləri (sürət, qüvvə, çeviklik, dözümlülük) və
hərəkət fəaliyyətinə dair (əmək, vətəni müdafiə, idman və s.) lazımi bilik, bacarıq və vərdişlər aşılanır.
Bədən tərbiyəsi dərsləri hazırlayıcı, əsas və tamamlayıcı hissədən ibarətdir. Bunların da hər
birinin özünəməxsus məqsəd və vəzifələri vardır. Müəllim həmin məqsəd və vəzifələrə uyğun fiziki
hərəkətlər və oyunlar seçir, yeri gəldikdə onları dərsin ayrı-ayrı mərhələlərində şagirdlərə öyrədir.
Müəllim qarşıdakı məqsədə nail olmaq üçün dərsi pedaqogi-psixoloji cəhətdən düzgün qurmalıdır. Dərsin
keyfiyyətini yüksəltmək üçün müəllim tədris materiallarını dərindən
öyrənməli, materialları ardıcıllıqla
təlim etməli və təlim üsullarını düzgün müəyyənləşdirməlidir. Bununla yanaşı, dərs maraqlı qurulmalı,
şagirdlərin fəallığı şəraitində keçməlidir, tədris günü rejimində digər fənlərlə müvafiq qaydada
növbələşdirilməlidir.
Dərsin səmərəli keçməsində dərsin sıxlığını düzgün təşkil etmək böyük əhəmiyyətə malikdir.
Müəllim dərsdə hərəkəti qısa və aydın şəkildə, az vaxt sərf etməklə uşaqlara göstərməli, hər bir
yarımqrupa müvafiq tapşırıq verməlidir. Müəyyən müddətdən sonra qrupların yerlərini dəyişməklə, icra
etdikləri hərəkətləri də dəyişdirməlidir. Müəllim bu prosesdə şagirdlərin hərəkətlərinə ciddi nəzarət
etməli, onların diqqətini yayınmağa qoymamalı, dərsin məqsədinə yönəltməlidir.
Bədən tərbiyəsi dərsinin keyfiyyətinin yüksədilməsində əsas amillərdən biri şagirdlərin ümumi
hazırlığına, fiziki inkişafına uyğun hərəkətlər seçilməsi, onların düzgün tətbiq edilməsi və bu zaman
anatomik-fizioloji, həmçinin psixoloji xüsusiyyətlərin təlim dövründə nəzərə alınmasıdır.
Ölkə prezidenti İ.Əliyev məktəblilərin fiziki cəhətdən sağlam böyüməsinə böyük qayğı göstərir.
Buna görə də indii uşaqlar yalnız əqli cəhətdən deyil, eyni zamanda fiziki
cəhətdən də sürətlə inkişaf
edirlər. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, məktəbyaşlı uşaqların boyu 15-20 il əvvəlki
yaşıdlarına nisbətən I sinifdən X sinfədək orta hesabla 4,6-11,6 sm, çəkisi 3,6-10,8 kq artır, döş qəfəsi
2,5-8,1 sm genişlənir. Məktəbə daxil olan uşaqların əksəriyyəti yüksək və orta fiziki inkişaf səviyyəsinə
yiyələnmiş olur, onlar bu səviyyəni müəyyən müddət ərzində saxlaya bilirlər.
Belə ki, uşaq orqanizmi üçün bu cür normal vəziyətin yaranmasında şəxsi gigiyena, yuxu və
dərsin gün rejiminin, şagirdlərin təlim-tərbiyəsinə verilən tələblərin düzgün
müəyyənləşdirilməsi ilə
yanaşı, proqramların həyata keçirilməsində daha səmərəli vasitə və metodlardan istifadə edilməsi başlıca
şərtdir.