124
ləvazimat və avadanlıqların yerləşdirilməsi və əvvəlki yerinə qaytarılması üzrə təşkilatçılıq
qabiliyyətinə,
onların yerləşdirilməsinə, qorunub saxlanılması üzrə bilik və bacarıqlara yiyələnirlər; 3) ləvazimat və
avadanlıqlara qayğı göstərərək, onun dövlət əmlakı kimi ictimai mahiyyətini dərk edirlər; 4) şagirdlərdə
yüksək intizamlılıq, tapşırılmış işi kollektiv surətdə yerinə yetirmə keyfiyyətləri inkişaf edir, dostluq və
yoldaşlıq hissləri aşılanır.
Ləvazimat və avadanlıqların tapşırıq üzrə yerləşdirilməsində, yığışdırılıb əvvəlki yerinə
qoyulmasında təkcə kollektiv
üsulu ilə deyil, habelə təkbaşına şagirdlərdən də istifadə edilməlidir.
Məsələn, top, ip, halqa və kisəciklərin meydançaya gətirilməsi, əvvəlki yerinə daşınması və s. işin fərdi
yolla təşkili şagirdlərin məsuliyyətini və şüurluluğunu artırır.
Bir qrup şagirdlər var ki, onların fərdi və kollektiv tapşırıq yolu ilə fəallaşdırılmasına böyük
ehtiyac duyulur. Bəzi şagirdlər hər dəfə müəllimdən tapşırıq almağa səy göstərir və onu yerinə
yetirməkdən zövq alır, fərəhlənirlər. Tapşırıqlar şagirdlərin tərbiyəsində və tədrisin təşkilində xüsusi rol
oynadığı üçün, müəllim onu bütün şagirdlərə verməli və nəticəni yoxlayıb yekunlaşdırmalıdır.
2.6.
Dərsin planlaşdırılması
Bədən tərbiyəsi dərslərinin səmərəli təşkili, keçirilməsi, onun düdzgün planlaşdırılmasında
dərsəqədər təşkilati və hazırlıq işlərindən asılıdır. Buna görə də həmin məsələlərin bəzi cəhətlərini
metodiki baxımdan qısa və konkret faktlarla izləməyi məsləhət bilirik.
Bakı şəhər məktəblərində tədrisin səmərəli təşkil olunması yollarını öyrənmək
məqsədilə
müşahidələr apardıq, tədris sənədləri ilə tanış olduq və müəllimlərlə sorğu keçirdik. Müəllimlərdən əsas
hissənin, hazırlıq və tamamlayıcı hissəsinin səmərəli təşkilində hansı şərtləri əsas götürürsünüz
soruşulurdu.
Müəllim proqram materiallarını planlaşdırarkən dərs deyəcəyi sinfin bədən tərbiyəsi proqramını
dərindən öyrənməlidir. Bütün bunlarla yanaşı, tədris rübünün ilin hansı fəslinə düşməsini, rübün
müddətini və xüsusiyyətlərini, dərs materiallarının həmin rübün iqlim şəraitində keçirilməsinin mümkün
olub-olmamasını, idman ləvazimat və avadanlıqlarını və i.a. nəzərə alıb, planlaşdırma işlərini aparmalıdır.
Həmin planlaşdırmada əgər ehtiyac vardırsa, bəzi dəyişikliklər də aparmaq olar. Bu şərtlə ki, bu barədə
tədris işləri üzrə direktor müavininə məlumat verilsin. Planlaşdırma elə aparılmalıdır ki, mövzular
arasında uzun fasilə olmasın. Ona görə ki, ibtidai sinif şagirdləri hərəkətləri
tez öyrəndikləri kimi, onu tez
də unudurlar.
2.7. Tənəffüs vaxtı şagirdlərin dərsə hazırlaşdırılması
İbtidai siniflərdə bədən tərbiyəsi dərslərinin düzgün təşkili və ona lazımi hazırlıq işi kiçik
məktəbyaşlı uşaqların təlim-tərbiyəsində və hərtərəfli inkişafında mühüm yer tutur. Bədən tərbiyəsi
dərsinin spesifik xəsusiyyətlərindən biri də təşkilati işin nəinki həmin prosesdə (45 dəqiqə ərzində), həm
də dərsə qədər və dərsdən sonra, tənəffüslərdə aparılmasıdır. Müşahidələrdən aydın olur ki, dərsə qədər
və dərsdən sonra tənəffüs dövründə şagirdlərin növbəti (bədən tərbiyəsi dərsinə və ondan sonrakı dərsə)
dərsin düzgün təşkil edilməməsi, hər iki dərs zamanı təlim-tərbiyə işlərinin normal keçməsinə mane olur.
Bədən tərbiyəsi dərsinə hazırlıq yalnız dərsin hazırlayıcı hissəsində görülən işlərlə
məhdudlaşdırılmamalıdır. Hazırlıq işləri dərsdən əvvəlki tənəffüsdə başlanmalıdır. Tənəffüs dövründə
kiçik məktəbyaşlı uşaqların hazırlıq işlərinə başlıca olaraq nizam-intizamla soyunub-geyinmə otağına,
oradan da idman zalına (meydançasına) aparılması daxildir.
Bir sıra sinif müəllimləri tənəfüs zamanı şagirdlərin dərsə hazırlaşdırılması və təşkil
edilməsinə
kifayət qədər əhəmiyyət vermirlər. Buna görə də, həmin müəllimlər əksər hallarda tənəffüs vaxtı şagirdlər
arasında baş vermiş bəzi xoşagəlməz (savaşma, intizamı pozmaq, gigiyenik qaydalara riayət etməmək və
s.) hadisələrlə tez-tez qarşılaşır, şagirdlərin dərsə təşkili və hazırlaşmasında daha gərgin əmək sərf edirlər.
Bu belə olur: zəng olan kimi şagirdlər başlı-başına buraxılır. Onlar əllərində idman geyimləri soyunub-
geyinmə otağına doğru bir-bir, iki-iki, üç-üç, dörd-dörd dağınıq vəziyyətdə qaçırlar. Bu zaman dəhlizdə
səs-küy və toz qalxır, şagirdlər arasında bir-birini ötüb – keçmək, itələmək, yersiz söz-söhbət,
ucadan
danışmaq halları yaranır. Nəticədə:
1. Şagirdlər həyəcanlanır, onlarda mənfi psixoloji vəziyyət yaranır. Bu isə tədris tapşırıqlarının
lazımi səviyyədə yerinə yetirilməsinə mane olur;
125
2. Şagirdlərin diqqətini cəmləşdirmək və əsas məqsədə yönəltmək xeyli çətinləşir;
3. Məktəb qayda-qanunları və əsas hərəkətlərdən azad müşahidəçi şagirdlərin səmərəli istirahəti
pozulur.
Qeyd etmək lazımdır ki, bədən tərbiyəsi dərslərinə gedən şagirdlərin hay-küy salması,
intizamsızlıq etməsi, məktəb tənəffüs qaydalarını pozması nəinki tədris olunan fənnin, hətta digər zehni
dərsdə iştirak edən şagirdlərin təlim-tərbiyəsinə də öz mənfi təsirini göstərir. Çünki həmin şagirdlər elə
bir yaş dövrü keçirirlər ki, mənfi hərəkət və xüsusiyyətlər onları özünə daha tez cəlb edir.
Göründüyü kimi, tənəffüs dövrüdən başlayaraq şagirdlərin dərsə hazırlaşdırılmasına böyük
ehtiyac vardır. Bu işə nədən başlamalı? Binəqədi rayonundakı 99 saylı orta məktəbin sinif müəllimi
Gülçöhrə Sarıyevanın
iş təcrübəsi göstərir ki, şagirdləri müəllim əvvəlcə özü boy üzrə sıraya düzməli, ən
intizamlı, nüfuzlu və fəal şagirdləri sıranın ön və arxa cərgəsinə keçirməli, işarə və yaxud göstəriş
verməklə onları sıra ilə soyunub-geyinmə otağına aparmalıdır. Şagirdlər geyindikdən və bir qədər
istirahət etdikdən sonra onları yenə sıraya düzməli və idman zalına dəvət etməlidir. Uşaqlarda sıraya
düzülmək bacarığı və nizam-intizamla geyim otağına, oradan da idman zalına getmək vərdişləri
aşılandıqdan sonra həmin iş bədən tərbiyəsi təşkilatçıları tərəfindən də yerinə yetirilə bilər. Lakin kiçik
məktəbyaşlı şagirdlərdə müstəqillik kifayət qədər inkişaf etmədiyi üçün onlara həddən artıq sərbəstlik
verilməməli, daima müəllimin rəhbərliyi altında fəaliyyət göstərməlidirlər.
II sinifdə dərs nümunəsi
III rüb. Dərs № ____
Dərsin vəzifələri:
1.
Kiçik topu atmağı öyrətmək;
2.
«Kim çəkər» oyunu.
Dərsin keçirildiyi yer: idman meydançası.
Təchizat: şagirdlərin sayının yarısı qədər kiçik və böyük toplar.
1. Hazırlıq hissə – 10 dəq.
1.
Bir cərgəyə düzülmək. Növbətçi, şagirdləri sinifdə iki sıraya düzüb, məktəbyanı
meydançaya gətirir və onları meydançada
bir cərgəyə düzür;
2.
Raport. Müəllim bədən tərbiyəsi təşkilatçısından raportu qəbul edir,
şagirdlərlə salamlaşır və bu prosesdə yaranmış nöqsanları şagirdlərin nəzərinə çatdırır.
Müəllim şagirdlərlə salamlaşdıqdan və dərsin təşkili mərhələsi üzrə öz fikrini bildirdikdən sonra
dərsin vəzifələri və gedişi barədə məlumat verir;
3. Dönmələr. Müəllimin komandası ilə şagirdlər sağa, sola, geriyə dönmələri yerinə yetirirlər;
4. Yeriş və asta qaçışlar. Müəllimin komandası ilə şagirdlər əvvəlcə meydança ətrafı yeriyir və
onu asta qaçışla növbələşdirir. Yeriş və qaçışlar bir-biri ilə iki dəfə növbələşdirilir;
5. 3-4 sıraya düzülmə. Müəllim şagirdlərin ümuminkişafetdirici hərəkət kompleksini yerinə
yetirmələri üçün üç-dörd sıraya düzləndirməlidir. Bunun üçün «Meydançaətrafı marş!» komandasını
verir, şagirdlər meydançaətrafı addımlayırlar. Onlar meydançanın üst və yan xəttinin mərkəzinə
(meydançanın uzunu və eninin yarı olan hissəsinə) çatdıqda müəllim «Sola (sağa), meydançanın
mərkəzinə doğru üç-üç (dörd-dörd) marş!» komandası verir. Şagirdlər meydançanın
mərkəzində üç və ya
dörd sıraya düzülür, qollar yana olmaqla, qollararası seyrəlirlər (sola, sağa və irəliyə).
6. Böyük toplarla hərəkətlər. 1. Ç.v.- top əldə irəlidə, aşağıda. Yerində addımlama. Top döş
qarşısında yeriş; top yxarıda baş üzərində yeriş; top döş qarşısında və aşağıda yeriş. Hər hərəkəti 2 sayda,
iki addım atmaqla yerinə yetirməli. Əlləri yuxarı apararkən nəfəsi almalı, aşağı gətirərkən buraxmalı.
II. Ç.v. – ayaqlar çiyin bərabərində aralı; top əllərdə aşağıda. 1-3 sayda əyilərək topu sol ayaq
ətrafında daxildən xaricə fırlatmalı (dairə cızmalı) və nəfəsi verməli. 4 sayda çıxış vəziyyətinə qayıtmalı,
nəfəs almalı. Topu sağ ayaq ətrafında da fırlatmaq olar.