126
III. Ç.v. – dizlər
üstə oturub, topu əllərdə yuxarıda baş üzərində saxlamalı. 1-2 sayda gövdəni
döndərməklə, topu sağ ayağının dabanına toxundurmalı, nəfəsi buraxmalı. 3-4 sayda çıxış vəziyyətinə
qayıtmaqla nəfəs almalı. Hərəkəti digər tərəfdə də etmək olar.
IV. Ç.v. – arxası üstə uzanıb topu pəncələr arasında saxlamalı. 1 sayda dizləri bükərək döşə
yaxınlaşdırmalı. 2 sayda çıxış vəziyyətinə qayıtmalı. Tənəffüs müntəzəmdir.
V. Ç.v.- top əllərdə – qabaqda, qollar çiyin səviyyəsində. Topu döşəməyə buraxmalı. Döşəməyə
dəyib sıçrayan topu yarım çömələrək tutmalı. Topu şaquli döşəməyə buraxmalı. Tənəffüs müntəzəmdir.
VI. Ç.v. – ayaqlar aralı, top irəlidə – döşəmədə, 1 sayda irəli əyilərək topu götürməli, nəfəsi
buraxmalı, 2 sayda
gövdəni düz tutub əyilməli, 3 sayda qolları aşağı salıb topu döşəməyə qoymalı. 3 – 4
sayda düzəlməli, nəfəs almalı. 2 sayda gövdə üfüqi vəziyyətdə olur, başı düz saxlamalı, topa baxmaqla
qıçları bükməli.
VII. Ç.v. – bir ayaq üzərində dayanmaqla digər ayağın topun üstünə qoymalı. Hoppanaraq topu
bir ayaqdan digər ayağa tərəf diyirlətməli.
II. Əsas hissə – 30 dəq.
1.
Kiçik topu atmaq. Böyük toplarla hərəkətlərdən sonra müəllim sinfi
bir cərgəyə düzüb, kiçik topun atılma texnikasını göstərir. O. hərəkət texnikasına aid belə izahat verir:
hərəkəti sağ əllə icra etmək üçün sağ ayaq arxada –
pəncə üstə, top isə ovucun içərisində olur. Qol
dirsəkdən bükülməli, Bilək və top üz səviyyəsində saxlanmalıdır. Ağırlığı sağ ayaq üzərinə salmağa və
daha çox əyilməyə çalışmalı. Bu zaman qol dirsəkdən tam açılaraq arxaya aparılır, əl sürətlə irəli gedir və
top sürətlə atılır. Top atılarkən qollarla birlikdə çiyin də irəli gedir, ağırlıq əsasən sol ayaq üzərinə düşür.
Müəllim hərəkətin icra qaydasını şagirdlərə izah etdikdən və göstərdikdən sonra sinfi iki qrupa bölür.
Qruplar üz-üzə dayanır (10-15 m məsafəyədək) və topu bir-birinə atırlar.
2. «Kim çəkər» oyunu. Müəllim meydançanın ortasında diametri təxminən 3-4 m olan dairə
çəkir. Şagirdləri iki yarımqrupa bölür. Püşk nəticəsində yarımqrupun biri dairənin içərisində, digəri isə
kənarında, qarşı-qarşıya durur. Sonra
oyunçular əl-ələ tuturlar, hər kəs rəqibini özünə tərəf çəkməyə
başlayır. Dairəyə çəkilib salınmış, yaxud da dairədən çıxarılmış oyunçular hər oyun başlanılarkən sayılır.
Beləliklə, 4-5 dəfə keçirilən bu oyunda hər dəfə çox oyunçueu özünə çəkmiş komanda 1 xal qazanır.
Oyunda bir-birini itələmək olmaz, artıq hərəkətlər etməyə icazə verilmir.
III. Tamamlayıcı hissə – 5 dəq.
1. Bir sıraya düzülmə. «Kim çəkər» oyunundan sonra şagirdlər sıraya düzülüb və
meydançaətrafı tənəffüs hərəkətləri icra edirlər.
2. «Öz bayrağına doğru» oyunu. Oyun müəllimin «Dağılın!» komandası ilə başlanır. Müəllim
«Dağılın!» komandası verdikdə kapitanlardan başqa bütün şagirdlər meydançada
istədikləri hərəkəti icra
edirlər. «Dur!» komandasında isə gözlərini yummaqla gözəl və cəlbedici hərəkətlər – fiqurlar yerinə
yetirirlər. Nəhayət, «Öz bayrağına doğru!» komandasında oyunçular gözlrini açır və kapitanların yanına
qaçırlar. Əl-ələ tutub rəqs hərəkətləri edirlər. Hərəkətləri düzgün və tez yerinə yetirən komanda qalib
hesab olunur. Oyunu bir neçə dəfə keçirmək olar.
3. Dərsə yekun vurmaq. Müəllimin işarə və siqnalı üzrə bəzən oyunlar dayandırılır, şagirdlər
rəğbətləndirilir, qiymətləndirilir və ya tapşırıqlar icra olunur. Bundan sonra şagirdlər sıraya düzülür,
soyunub-geyinmə otağına, oradan da nizamla sinfə aparılır.
127
IV.3. Bədən tərbiyəsi dərsinin quruluşu,
hissələri və təşkili formaları
3.1.
Dərsin quruluşu.
Dərsin quruluşu dedikdə, qarşıya qoyulmuş vəzifələrin (gigiyenik, təlim-tərbiyəvi) dərsin ayrı-ayrı
hissələrində ardıcıl və sistemlə yerinə yetirilməsi nəzərdə tutulur. Başqa sözlə desək,
dərsin quruluşu
şagirdlərdə gigiyenik vərdişlərin və tərbiyənin aşılanmasının, idrak fəaliyyəti və fiziki iş qabiliyyətlərinin
artırılması üçün qruplaşdırılmış məqsədyönlü fiziki hərəkətlərin sistem və ardıcıllıqla icrası, mütəhərrik
oyunların öyrədilməsi kimi başa düşülür.
Ümumiyyətlə, dərsin quruluşu dərsin tipinə, onun məzmununa və əsas didaktik məqsədinə uyğun
müəyyənləşdirilir. Pedaqoji ədəbiyyatda «dərsin quruluşu» anlayışına «üç əlamət»
tərkib (dərs hansı
elementlərdən, yaxud mərhələlərdən təşkil olunub);
ardıcıllıq (bu elementlər hansı ardıcıllıqla
məşğələlərə daxil edilir);
əlaqə (dərsin hissələri öz aralarında bir-birləri ilə necə əlaqəlidir)
117
daxil edilir.
Dərsin didaktik vəzifəni həll edən mərhələsinin, təkrar və fəallaşdırıcı mərhələləri də vardır. Bədən
tərbiyəsi dərsinin də quruluşuna məxsus üç əlamət vardır:
Dərsin quruluşu:
1) dərs fiziki hərəkətlərin təsnifat sisteminə uyğunlaşdırılmalıdır (tərkib-dərs hansı fiziki
elementlərdən ibarətdir); 2) fizioloji yük əyriliyinin tədricən artmasına uyğunlaşdırılmalıdır (fiziki yük
mərhələlər üzrə dozalaşdırılmalı); 3) mərhələlər arasında sıx əlaqə olmalıdır (yəni
bir mərhələdə keçirilən
fiziki hərəkətlər digər mərhələyə xidmət etməlidir).
Bədən tərbiyəsi dərsləri ayrı-ayrı ölkələrdə, müəyyən dövrlərdə müxtəlif quruluşda təşkil
olunmuşdur. Dərsin sxemi alman (A.Şpisə görə) və sokol gimnastika sistemində 5, isveç sistemində isə 9-
dan 15 hissəyə kimi olmuşdur. Xristian gənclər ittifaqının dərs sxemi 3, İngiltərə məktəbliləri üçün
basketbol üzrə dərs sxemi (R.M.Smitə görə) 2, İngiltərə məktəblərinin dərs sxemi
M.D.Devisə görə) 7, fransız gimnastika sistemində dərs sxemi (Demeni və Everə görə) 7, ABŞ metodisti
V.Krempitona görə dərs sxemi 6 hissədən ibarət qurulmuşdur.
( Sovet hakimiyyətinin ilk illərində bədən tərbiyəsi dərsləri I dərəcəli məktəblərdə 6, II dərəcəli
məktəblərdə isə gimnastika dərsinin planı 8 mərhələdə (standart formada) aparılırdı. Ümumtəhsil
məktəblərində bədən tərbiyə dərsləri sonralar 4 (giriş, hazırlıq, əsas və tamamlayıcı) hissədə keçirilmişdir.
Həmin dərs sxemini K.X.Qrant, M.V.Deykina, N.İ.Paşkeyeviç və L.D.Ştakelberq vermişlər
118
.
Hazırda məktəblərimizdə bədən tərbiyəsi dərsləri 4 deyil, 3 hissədən (hazırlıq, əsas və
tamamlayıcı) təşkil edilir. Dərsin üç hissəli keçirilməsində ilk dəfə V.N.Koronovski, A.N.Şlemin,
V.V.Kovolyev, P.Q.Boqdanov, M.A.Aqronomski və b. öz əsərlərində şərh etmişlər. Dərsin üç hissəli
keçirilməsi 9 hərəkət elementlərinin funksiyası ilə əlaqədar olaraq dərs aşağıdakı ardıcıllıqla
aparılmalıdır: 1)
məşğələnin təşkili; 2) ümumi hazırlıq; 3) xüsusi hazırlıq; 4) texnika və dəqiqlik üçün
hərəkətlər; 5) sürət hərəkətləri; 6) cəldlik hərəkətləri; 7) qüvvə və çeviklik hərəkətləri; 8) dözümlülük
hərəkətləri; 9) dərsin yekunlaşdırılması və intensivliyinin aşağı s alınması. Birinci, ikinci və üçüncü
elementlər dərsin birinci hissəsini – hazırlıq hissəni, dördüncü, beşinci, altıncı,
yeddinci, səkkizinci
elementlər ikinci hissəni – əsas hissəni, doqquzuncu elementlər isə dərsin üçüncü hissəsini tamamlayıcı
hissəni təşkil edir.
Bədən tərbiyəsi dərsinin təxmini quruluşu
I
II
III
Hazırlıq
Ə S A S
Tamamlayıcı
1 2 3 4 5 6 7
8
9
117
В.А.Онишшук. Типы, структура и методика урока в школе. Киев, 1976, с.52.
118
Бах: Методика физического воспитанийа. М., 1940 ъы ил.