83
Bütün bunlarla yanaşı, təlim prosesində göstərmə metodundan həddindən artıq
geniş istifadə,
tədrisdə ona tam üstünlük vermək məqsədəuyğun deyildir. Bu işə iki cəhətdən mənfi təsir edir. Əvvəla,
şagirdlər əyaniləşdirmə prosesində dərinvə hərtərəfli biliyə yiyələnə bilmirlər. Dərs zamanı göstərməyə
tam üstünlük vermək, həm də şagirdlərin bir şəxsiyyət kimi yetişməsinə bu və ya digər dərəcədə mənfi
təsir göstərir. Çünki hərəkətin birbaşa tam şəkildə nümayiş etdirilməsi onun şagirdlər tərəfindən
mexaniki, zahirən qavranılmasına səbəb olur. Bu isə onların zehni fəallığını ləngidir, təşəbbüskarlığını
nisbətən zəiflədir, hərəkət keyfiyyətinin inkişafına yüksək səviyyədə müvafiq şərait yaratmır. Əgər
müəllim qaçaraq hündürlüyə tullanmanın texnikasını tədris edərkən hərəkəti göstərməklə kifayətlənirsə,
şagirdlər onu ancaq zahirən müşahidə edirlər. Onlar qaçaraq hündürlüyə tullanmanın daxili mexanizminin
yerinə yetirilməsi texnikasının dərinliyinə (qaçış məsafəsinin dərk edilməsi, təkan vermə, havada olma
annı, yerə düşmə vəziyyəti) nüfuz edə bilmirlər.
Hərəkətlərin intensiv yerinə yetirilməsi üçün onun hər bir elementinin necə icra olunmasını şərh
etmək olduqca vacibdir. Şagirdlər bilməlidirlər ki, qaçaraq uzununa tullanmada yaxşı nəticə göstərmək
üçün sürətlə qaçmaq qaçışda addımların bərabər olması, təkanın pəncələr üstə edilməsi,
yerə düşdükdə
bədənin və qolların irəli aparılması və s. əsas şərtdir. Hər bir hərəkət əvvəlcə əyani göstərilmirsə, onun
yerinə yetirilmə texnikası göstərilməli və dəqiq izah olunmalıdır. Bunsuz hərəkətlər nə qədər göstərilsə
də, şagirdlər səhvlərə yol verəcəklər. Odur ki, hərəkətlər göstərmə metodu ilə icra olunsa da, yerinə
yetirilmə texnikası şərh metodu ilə təsvir edilməli və şagirdlərə başa salınmalıdır. Yeri gəldikcə
şagirdlərin idrak fəaliyyətini, yaradıcılıq və təşəbbüskarlığını artırmaq, fənlərarası əlaqə yaratmaq
məqsədilə suallar əsasında
yarışların təşkili də mümkündür.
Kim hərəkəti daha dəqiq yerinə yetirə bilər? Hərəkətin icra olunma texnikasını kim təsvir edə
bilər? Kim hərəkəti düzgün və sürətlə yerinə yetirə bilər? Hərəkətin icrasında yoldaşınız nə kimi səhvlərə
yol verdi? Buraxılan səhvləri düzəldə bilərsənmi? və s. Bütün bunlar hərəkətlərin yerinə yetirilməsinə
şairdlərin marağını artırır və onları əqli əməyə sövq edir.
Əyani metod. İbtilai siniflərdə tətbiq olunan ən səmərəli metodlardandır. Bu zaman müəllim
hərəkətləri yalnız nəql və izahetmə metodu
ilə deyil, həm də hərəkətlərin yerinə yetirilməsini əyani
metodla başa çalır. Bu məqsədlə o, müəyyən hərəkətlərin icrasına aid diafilmlərdən və mümkün olduqda
idman kinofilmlərindən, habelə hərəkətlərin yerinə yetirilməsi texnikasının təsviri verilmiş şəkillərdən
istifadə edir.
Müəllim yeni hərəkətləri izah etdikdən sonra bu hərəkətləri özü göstərir. Bəzən belə olur ki,
hərəkət nümayiş etdirilərkən və bəzən də sonra izah olunur. Məsələn, müəllim «qaçaraq uzununa,
yaxud hündürlüyə tullanma»nın texnikasını şagirdlərə öyrədirsə, hərəkəti icra etməzdən əvvəl, yaxud icra
edə-edə qaçış, təkan, uçuş və yerə düşməyə dair izahat verir. Bundan sonra hərəkəti əyani olaraq özü
göstərir. Hərəkətlər göstərilərkən müəllim elə yer seçməlidir ki, bütün uşaqlar onu görməklə yanaşı, həm
də onun icra etdiyi hərəkətləri izləyə bilsinlər. Göstərmənin effektli olması üçün
alçaqboylu şagirdlər
qabaqda dayanmalıdırlar.
Əyani vəsait. Şagirdlərin hərəkətləri daha yaxşı dərk etməsində tablo, fotoşəkillər və müxtəlif
texniki fəndlər üzrə nümayiş etdirilən kinofilmlərin böyük əhəmiyyəti vardır. Bu ayrı-ayrı hərəkətlərin
texnikasının yaxşı qavranılmasına səbəb olur. Məsələn, qaçış məsafəsini, havada olma və yerə düşmə
anlarını yavaş nümayiş etdirən kinofilmlər vasitəsilə göstərilməsi dərsin təlim keyfiyyətini yüksəldir.
6.2. Fiziki tərbiyənin spesifik təlim metodları
Təcrübi metod. Bu metodla proqram materialını təkrar etdirməklə şagirdlərə lazımi bilik,
bacarıq və vərdişlərin aşılanması nəzərdə tutulur. Buna görə də, müəllim keçilən hərəkətlər üzərində
dayanmalı olur, onu dönə-dönə təkrar etdirir, bununla da şagirdləri hərəkəti düzgün yerinə yetirməyə
alışdırır. Belə çalışmalar hərəkətin tam və tərkib hissələrə bölünüb öyrənilməsi ilə aparılır. Yəni
hərəkətlər
hissə-hissə, sonra isə tam şəkildə mənimsədilir. Bu vaxt şagirdlərin bilik, bacarıq və vərdişlərə
düzgün yiyələnməsinə xüsusi səy göstərilir, onların buraxdığı nöqsanlar yerindəcə düzəldilir. Uşaqların
hərəkəti öyrənməsini səmərələşdirmək məqsədilə yarış və oyun metodlarından istifadə etmək faydalıdır.
Oyun metodu. Məlum olduğu kimi, oyun fiziki tərbiyənin başlıca vasitələrindən biri kimi,
ondan şagirdlərin təlim və tərbiyəsində, hərtərəfli inkişaf etdirilməsində geniş istifadə olunur. Oyun təlim-
84
tərbiyə və inkişafetdirmə mahiyyəti ilə bərabər, həm ondan öyrətmə prosesində istifadə olunur. Bu şərtlə
ki, oyunun məzmununa idman və ya mütəhərrik oyunlar daxil edilməsin.
Oyun metodunun mahiyyəti müxtəlif növ hərəkətlər (maneələrin qət edilməsi, qaçış, yeriş
hoppanmalar ,
atmalar- dəqiqliyə yönəltmə, uzağa dəqiq atmalar və s.) tətbiq etməklə yüksək gərginlik və
qarşıdurma yaratmaq (münasibətləri nizamlayan qaydalar qoyulmaqla və bu qaydalara əməl etmək şərti
ilə və s.) düzlük, doğruçuluq, vətənpərvərlik, möhkəm iradə tərbiyə etməkdən, həmçinin uşaqların fiziki-
hərbi hazırlığı və fiziki inkişafını artırmaqdan və s. ibarətdir. Bunun üçün də tez-tez məzmun, mahiyyət
dəyişikliyi etməli, sürət, çeviklik, güc və möhkəm iradə, müsbət emosional hissləri aşılayan
və tələb edən
və s. hərəkətlərdən istifadə olunmalıdır.
Oyun metodu üçün insanın hərtərəfli hazırlığına, sağlamlığına, humanistliyinə təsir edən hərəkət
kompleksləri seçməli, fiziki yükə daim diqqət yetirməli, onu tənzimləməlidir.
Yarış metodu. Yarış metodundan istifadə dərs zamanı bu xarakterli aparılan tədbirlərə o qədər
də bənzəmir. Dərs zamanı keçirilən yarışlarda məsələyə istənilən səviyyədə dəqiq yanaşmaq ehtimalı bir
qədər az olur. Yarış metodu tədbiq olunanda isə əksinə hərəkətlərin, ayrı-ayrı oyun fəndlərinin,
priyomların düzgün və dəqiq icrası daha diqqət mərkəzində olmaqla, həm də bu zaman yüksək texniki
ustalıq, nəticə göstərmək və gərgin mübarizə aparıb qalib gəlmək tələb olunur. Bu da oyun metodu
prosesində olduğu kimi deyil,
yəni fiziki yük, şagirdlərin imkanları nəzərə alınmır – məhdud olmur.
Yarış metodunda fiziki yük, yarışın keçirilmə müddəti məhdudiyyət kəsb etmir, yarışda qalib gəlmək
məqsədilə bütün fiziki yükdən, enerjidən, psixoloji imkanlardan tam şəkildə istifadə edilir, heç nəyə
məhdudiyyət qoyulmadan yarışda qalib gəlmə anına kimi davam edir. Məhdudiyyət yalnız əsasnaməyə
əməl etmək və oyun qaydalarına ciddi riayət etmək üçün qoyulur.
Yarış metodunun əhəmiyyəti yarış iştirakçılarının hərtərəfli fiziki keyfiyyətlərini, psixoloji və
texniki hazırlığını
yoxlamaq və məktəbin yığma komandasının tərkibini müəyyənləşdirməkdən ibarətdir.
6.3. Təlim metodlarının qarşılıqlı tətbiqi
Müəllimin şərhi nəqletmə və izahetmə növlərinə malikdir. Bədən tərbiyəsi materiallarının
tədrisində müəllimin nəql və izahından ayrılıqda, həm də qarşılıqlı istifadə etməyə geniş imkanlar vardır.
Təcrübədən aydın olur ki, bədən tərbiyəsinin tədrisində bunlardan qarşılıqlı, əlaqəli şəkildə istifadə etmək
iki cəhətdən zəruridir. Əvvəla, tədris materialları müntəzəm və ardıcıl olmaqla nəql edilir,
ikincisi
izahetmə nəticəsində şəgirdlərin fikri fəallığı xeyli yüksəlir. Hər hansı xal mütəhərrik oyununun
məzmunu müəllimin nəqlinin köməyi ilə əvvəldən axıra kimi müəyyən bir ardıcıllıqla, sistemlə şagirdlərə
çatdırılırsa, izahetmə zamanı isə oyun qaydaları, oyuna verilən tələblər, xalların hesablanması, qaliblərin
müəyyənləşdirilməsi və oyunun yekunlaşdırılması başa salınır. Məsələn, əgər müəllim qolların, ayaqların,
gövdənin və başın əsas vəziyyətlərini şagirdələrə öyrətmək istəyirsə o, əvvəlcə həmin əsas duruş
vəziyyətlərini aydın və səlis bir dildə onlara aşağıdakı kimi nəql etməlidir:
- Uşaqlar, əsas duruş vəziyyətində bədən düz tutulur, həddindən artıq gərginləşdirilmir. Bu
zaman dabanlar bir yerdə, pəncələr aralı olur, diz bükülmür. Əsas duruş vəziyyətlərini düzgün yerinə
yetirmək üçün baş düz, çiyinlər bir qədər sərbəst saxlanılır, qollar gövdəyə sıxılır. Əl barmaqları isə yarım
bükülür.
Şərh nə qədər aydın, konkret, inandırıcı və düzgün
olarsa da, bəzən bədən tərbiyəsinin
tədrisində, xüsusən ayrı-ayrı hərəkətlərin yerinə yetirilməsində, mütəhərrik və idman oyunlarının
keçirilməsində lazımi effekt vermir. Buna görə də bədən tərbiyəsi hərəkətlərinin tədrisində cürbəcür
oyunların təşkili və keçirilməsində şərhin əyanilikdən təcrid olunmuş halda tətbiqi mümkün deyildir. Şərh
daim əyaniliklə vəhdətdə aparılmalıdır. Bununla əlaqədar bədən tərbiyəsinin tədrisində aşağıdakıları
nəzərə almaq lazım gəlir:
1.
Mövzu şərh olunur, sonra isə əyaniliyin köməyi ilə daha da aydınlaşdırılır. Başqa
sözlə, hər hansı bir hərəkətin yerinə yetirilmə texnikası təsvir edilib qurtardıqdan sonra şagirdlərin onu
daha yaxşı başa düşmələri üçün müəllim həmin hərəkətləri mütləq göstərir. Bunun üçün şagirdlər cərgə
və ya sıraya düzülməli, bütün əsas vəziyyətlər əyaniləşdirilməlidir. Dərsdə belə bir metoddan istifadənin
özünün də müəyyən qüsuru vardır. Bu zaman görmə, eşitmə, duyğu üzvləri eyni vaxtda fəaliyyət