Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə26/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
29 
II FƏSİL. MALİYYƏ HESABATININ BEYNƏLXALQ
VƏ MİLLİ STANDARTLARI, ONLARIN
QARŞILIQLI ƏLAQƏLƏRİ
2.1. Maliyyə hesabatının mahiyyəti 
2.2. İllik maliyyə hesabatının konseptual əsasları 
2.3. Maliyyə hesabatının keyfiyyət xüsusiyyətləri 
2.4. Maliyyə hesabatının təqdim olunduğu ünvanlar və müddətlər 
2.5. Maliyyə hesabatı formalarında düzəlişlərin aparılması qaydası 
2.6. İnventarlaşma maliyyə hesabatının etibarlılığını təmin edən 
üsullardan biridir 
 
2.1. Maliyyə hesabatının mahiyyəti 
 
Maliyyə hesabatı təşkilatın təsərrüfat proseslərinin dərk olunmasının 
başlıca informasiya mənbəyidir. Mühasibat uçotu təşkilatın təsərrüfat-
maliyyə proseslərinin maliyyə hesabatının tələblərinə uyğun işlənməsində 
özünəməxsus üsullardan istifadə edir və bu üsullar uçotun digər növlərində 
tətbiq olunmur. Mühasibat uçotunda təsərrüfat faktlarının qeydə alınmasının 
və ümumiləşdirilməsinin məntiqi davamı öz əksini maliyyə hesabatında 
tapır. Uçot informasiyalarının işlənilməsinin və maliyyə hesabatının gös-
təricilərinin formalaşması məntiqinin dərk olunması, bütövlükdə maliyyə və 
idarəetmə qərarlarının qəbulu üçün çox mühüm şərtdir. 
Müxtəlif ölkələrdə maliyyə hesabatları bütövlükdə eyni mahiyyət kəsb 
etsə də onların tərtib olunma qaydası müxtəlifdir. Bəzi ölkələrdə hesabatın 
tərtib olunma qaydası və prinsipləri, burada uçot informasiyalarının açıqlan-
ması qanunvericilik səviyyəsində tənzimlənir. Digər ölkələrdə isə bu məsələ 
ilə bilavasitə hesabatı tərtib edənlər məşğul olurlar. Buna görə də iqtisadi 
fəaliyyət subyektləri tərəfindən tərtib olunan hesabatlar həm özünün xarici 
görüşünə, həm də daxili məzmununa görə fərqli ola bilər. Mühasibat uçotu 
və hesabatın milli sistemlərinin harmonizasiyası üçün bir sıra ölkələrdə 
onların Beynəlxalq Standartlara uyğunlaşdırılması istiqamətində çox böyük 
işlər görülmüşdür. Şübhə yoxdur ki, hesabatın tərtibinə xaotik yanaşma ilə 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə