Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə23/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
26 

Uçot bazasını beynəlxalq standartlara uyğunlaşdırmaq üçün milli hesa-
batların təşkil olunduğu hesablar üzrə qalıqlara (dövriyyələrə) düzəlişlər 
aparmaq; 

Beynəlxalq standartların maddələri üzrə qalıqları qruplaşdırmaq və 
onların əsasında hesabat formalarını doldurmaq

Transformasiya haqqında informasiyaları sistemə salmaq. 
Yuxarıda qeyd olunan bütün əməliyyatlar icmal transformasiya cəd-
vəllərinin köməyilə həyata keçirilir. İcmal transformasiya cədvəlləri-
nin strukturunu aşağıdakı bloklar şəklində birləşdirmək olar: 

Mühasibat uçotu hesabları üzrə tərtib edilən dövriyyə-saldo balansı; 

Beynəlxalq standartların uçot bazaları əsasında hesablar üzrə tətbiq 
edilən qalıqları (dövriyyələri) tənzimləmək

Beynəlxalq hesabat maddələri üzrə qalıqlar. Bu blok transformasiyanın 
yekun nəticələrindən ibarətdir və iki sütunu birləşdirir; beynəlxalq 
hesabatın maddələri üzrə məbləğlərin yekunu və beynəlxalq hesabatın 
maddələrinin kodu və adı. 
İcmal transformasiya cədvəli həm balansın, həm də mənfəət və zərərlər 
haqqında hesabatın maddələrini özündə birləşdirir. 
İcmal transformasiya cədvəllərindəki məlumatların bütövlüyünə nəzarət 
vasitəsi kimi aşağıdakı sütunlar üzrə ümumi yekunların yoxlanılması 
başlıca şərtdir: “Əvvəlinə cəmi”, “Axırına cəmi” və “Məbləğ”. Nəzarətin 
sadəliyi məlumatların təqdim olunan formatının üstünlüyünü sübut edir. 
Hesabat maddələrinin təsnifatının dəqiqləşdirilməsi aşağıdakı qaydaları 
nəzərə almaqla yerinə yetirilməlidir: 

Hər bir hesabın ona uyğun gələn maddəsi olmalıdır; 

Maddələrin sinfi hesabın sinifinə uyğun gəlməlidir. Əgər hesab aktivin 
uçotu üçün nəzərdə tutulmuşdursa, onda maddə də özlüyündə aktivin 
növünü təcəssüm etdirməlidir və i.a. 

Bir məsələni nəzərdən qaçırmaq olmaz ki, cədvəldəki sətirlərin marki-
rovkası üçün nəzərdə tutulan maddələrin şifrəsi və adı, həmin maddələr üzrə 
yekun çıxarılan zaman düzgün qruplaşdırma üçün hesabat formalarında 
göstərilən cədvəllərin sətirlərı ilə üst-üstə düşməlidir. 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə