Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə24/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
27 
Təsnifatın yenidən dəqiqləşdirilməsinin aparılması dövriyyə-saldo 
balansının mövqeyinin gələcəkdə detallaşdırılmasının zəruriliyi ilə bağlıdır. 
Nizamlayıcı yazılışların məbləğini hesablamaq üçün transformasiya cəd-
vəllərinin dövriyyə-saldo balansında olan icmal məlumatlar adətən kifayət
etmir. Burada ayrı-ayrı obyektlər əsasında məlumatlara diqqət yetirmək 
zəruridir. Belə informasiyaların yığılması və işlənilməsi üçün işçi cədvəllər 
nəzərdə tutulmuşdur. Həmin cədvəllərin köməyilə aşağıdakı funksiyalar 
reallaşdırılır: 
-
uçot qeydlərinin qruplaşdılması; 
-
uçot məlumatlarının paralel surətdə interpretasiyası; 
-
nizamlayıcı yazılışların məbləğlərinin hesablanması; 
-
milli uçot sistemində tanınmayan aktivlərin və öhdəliklərin qiymət-
ləndirilməsi. 
İşçi cədvəllərin sayının çoxluğu uçot obyektlərinin xüsusiyyətləri ilə
ilkin məlumatların tərkibindəki fərqlərlə və uçotun müxtəlif sahələri üçün 
nizamlayıcı hesablama üsullarındakı fərqlərlə izah olunur. 
İşçi cədvələrin sayı təşkilatların spesifikliyindən, mühasibat uçotunun 
vəziyyətindən və transformasiya prosesinin təşkilindən asılıdır. 
Transformasiya yazılışları jurnalları və xüsusi transformasiya cədvəlləri 
işçi cədvəllərlə əlaqələndirilməklə, transformasiya prosesinin təşkilində, iş 
sahələrinin icraçılar arasında bölüşdürülməsində, habelə nəticələrin möh-
kəmləndirilməsində və transformasiya metodlarının tətbiqinin ardıcıllığının 
təmin edilməsində çox böyük rol oynayır. 
Transformasiya yazılışları jurnalı işçi cədvəllərin yekunları əsasında 
nizamlayıcı yazılışların formalaşması üçün nəzərdə tutulmuşdur. Jurnalda 
debet və kredit üzrə hansı hesablarda transformasiya cədvəllərində nizam-
layıcı məbləğlərin əksini tapması göstərilməlidir. 
Transformasiya yazılışları jurnalında qeydlərin aşağıdakı strukturu 
mövcuddur: 
-

Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə