Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə25/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

yazılışların nömrəsi:
burada uçot bölməsinin kodu və sıra nömrəsi 
göstərilir. Məsələn, TTA 111- “Torpaq, tikili və avadanlıqlar”; 
-
yazılışların məzmunu:
bu rekvizit yazılışların qısa mahiyyətini əks 
etdirir; 


Maliyyə hesabatı
28 
-
əsas:
burada beynəlxalq standartların maddələrinə istinad olunur. 
Bunun əsasında müvafiq nizamlama aparılır və qısa məzmun təsvir 
edilir; 
-
raznoska
: raznoskada nizamlayıcı yazılışların aparılacağı hesabların 
debeti və krediti göstərilir; 
-
məbləğ:
elektron cədvəllər tətbiq edildikdə, yazılışların məbləği cədvəl-
lərarası istinadların köməyilə müvafiq işçi cədvəllərinin yekunundan 
avtomatik surətdə köçürülür
-
dəyişiklik:
bu rekvizitdən əsas tərkib hissələri üzrə yazılışların məb-
ləğini açıqlamaq üçün istifadə edilir. 
Xüsusi transformasiya cədvəlləri icmal transformasiya cədvəllərinin 
formalarını təkrarlayır. Onlar özlüyündə müəyyən işçi cədvəllərinə və 
transformasiya yazılışları jurnallarına aid edilən icmal cədvəllərin bir his-
səsini təcəssüm etdirir. 
Xüsusi transformasiya cədvəlləri hesabatın transformasiyası üzrə işləri 
bir neçə icraçı arasında bölüşdürməyə imkan verir. Daha konkret desək, hər 
bir icraçıya uçotun bir, yaxud bir neçə bölməsi təhkim olunur. Hər bir bölmə 
üzrə transformasiyanın aşağıdakı zəruri prosedurları həyata keçirilir:
-
ilkin uçot məlumatlarının xüsusi transformasiya cədvəlinə daxil edil-
məsi;
-
işçi cədvəllərin tərtib olunması;
-
transformasiya yazılışları jurnallarının doldurulması;
-
işçi cədvəllərin və jurnalların məlumatları əsasında xüsusi transforma-
siya cədvəllərinin formalaşmasının başa çatdırılması. 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə