Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə33/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
36 
İlkin uçot sənədlərinin, mühasibat uçotu registrlərinin və digər uçot və 
hesabat sənədlərinin məzmunu kommersiya sirridir. Bununla yanaşı, dövlət 
orqanlarının qanunla müəyyən edilmiş hallarda və qaydada mühasibat uçotu 
və hesabat sənədləri ilə tanış olmaq hüququ vardır. 
İctimai əhəmiyyətli qurumların siyahısı icra hakimiyyəti orqanı 
tərəfindən müəyyənləşdirilir və zərurət yarandıqda bu siyahıya əlavələr və 
dəyişikliklər edilir. 
Müəssisə illik maliyyə və konsolidə edilmiş maliyyə hesabatlarını 
hesabat dövrünün sonunda müvafiq olaraq 4 ay və 6 ay müddətində təqdim 
etməlidir. 
Maliyyə hesabatının hazırlanması, təqdim edilməsi və dərc edilməsinə 
müəssisənin direktorlar şurası və ya digər idarəetmə orqanı, belə bir qurum 
olmadığı halda isə müəssisənin rəhbəri cavabdehdir. 
 
2.5. Maliyyə hesabatı formalarında düzəlişlərin aparılması qaydası
Maliyyə hesabatı doldurulan zaman hər hansı bir səhvə yol vermək 
olmaz. Konkret olaraq, yol verilən bir səhvi düzəltmək olmaz. “Mühasibat 
uçotu” haqqında Qanunda dəqiqləşdirilmiş maliyyə hesabatının təqdim 
olunması imkanları nəzərdə tutulmur (vergi hesabatlarından başqa). 
Cari dövrün təsərrüfat əməliyyatlarının düzgün əks etdirilməsi aşkar-
landığı hallarda hesabat dövrünün sonunadək mühasibat uçotunun müvafiq 
hesablarında əlavə müxabirləşmələr tərtib etməklə düzəlişlər aparıla bilər. 
Hesabat ili başa çatdıqdan sonra əgər illik maliyyə hesabatı hələ təsdiq 
olunmamışdırsa, düzəlişlər dekabr ayının mühasibat müxabirləşmələrində 
həyata keçirilir. Bu düzəlişlər müvafiq ünvanlara təqdim olunur.
Əgər, ötən ilin təsərrüfat əməliyyatlarında yol verilən səhvlər cari ildə 
müəyyənləşdirilmişdirsə, onda hər hansı bir düzəlişin aparılmasına yol 
verilmir. 
Beləliklə, bütün hallarda yol verilən səhvlər həmin dövrdə düzəldil-
məlidir, ötən tarixlə düzəliş aparmaq olmaz. 
Mühasibat uçotunda səhvlərin müstəqil sürətdə aşkarlanması və 
düzəldilməsinə görə təşkilatın baş mühasibinə cərimə qoyulmur. 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə