Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə36/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Hazırlıq mərhələsi
. Bu mərhələdə maddi-məsul şəxs inventarlaşmanın 
keçiriləcəyi tarixə mədaxil və məxaric sənədlərinin aralıq reyestrlərini (son 
hesabatları) tərtib edir və onları inventarlaşma komissiyasına təqdim edir. 
Bu sənədlər inventarlaşmanın keçirildiyi tarixə mühasibat uçotunun 
hesabları üzrə müvafiq qalıqları müəyyənləşdirmək üçün əsas sayılır. 


Sifariz Səbzəliyev
 
39 
İnventarlaşma komissiyasının sədri reyestrə (son hesabata) əlavə edilən 
bütün mədaxil və məxaric sənədlərinə viza qoyur və 
“inventarlaşmayadək 
olan tarixi
” göstərir. Maddi-məsul şəxsin verdiyi iltizamda qeyd olunur ki, 
inventarlaşma başlananadək əmlaka dair bütün mədaxil və məxaric sənədləri 
mühasibata, yaxud inventarlaşma komissiyasına təhvil verilmişdir. Daxil 
olan bütün əmlak və silinən əmlak sənədlərlə işlənmişdir. 
2.
Natural və sənədli yoxlama
. Bu zaman əmlakın və öhdəliklərin faktiki 
mövcudluğu yoxlanılır. Natural inventarlaşmanın nəticələrinin uçotu 
üçün ilk sənədin əsas forması 
inventarlaşma siyahısı və inventarlaşma 
aktı
hesab olunur. İnventarlaşma siyahıları, yaxud aktları 
iki nüsxədə
tərtib edilir. Zəruri hallarda nüsxələrin sayını artırmaq mümkündür. 
Adları cəkilən sənədlər ya mürəkkəblə, ya da diyircəkli qələmlə aydın 
yazılmalı, hər hansı bir pozuntuya və silinməyə yol verilməməlidir. 
Siyahının (aktın) hər bir səhifəsində maddi sərvətlərin sıra nömrələrinin 
sayı və natural göstəricilərin ümumi yekunu yazılı şəkildə göstərilir. 
Səhvlərin düzəldilməsi siyahının bütün nüsxələrində həyata keçirilir. Bu 
zaman səhv yazılışın üstündən xətt çəkilir və onun üstündə düzgün 
rəqəm qeyd edilir. Düzəliş inventarlaşma komissiyasının bütün üzvləri 
və maddi-məsul şəxs tərəfindən imzalanmalıdır. Siyahılarda doldu-
rulmamış sətirlər qalmamalıdır, son səhifədə isə belə sətirlərin üzərindən 
xətt çəkilməlidir. 
3.

Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə