Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə39/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

A.P.Rudanovskinin
, Azərbaycanda isə 
prof. Ə.S.Fərəcovun 
çox 
böyük xidmətləri olmuşdur. 
Həm əvvəllər, həm də indi təsdiq edilir ki, necə bir hesabat forması 
kimi balans obyektiv xarakter daşıyır.
Balansda təsərrüfat vəsaitləri (aktivlər) növləri, tərkibi və istehsal 
prosesindəki funksional roluna ğörə, eyni zamanda öhdəliklər və kapital
formalaşması və məqsədli təyinatı üzrə təcəssüm etdirilir. Qeyd etmək 
lazımdır ki, balansda qruplaşma və ümumiləşdirilmə həm ötən ilin, həm də 
hesabat ilinin əvvəlinə və axırına verilir. Belə bir qruplaşdırılma və ümumi-
ləşdirilmə balansın mahiyyətinin dərk olunması sərhədlərini genişləndirir 


Sifariz Səbzəliyev
 
43 
və eyni zamanda iqtisadi subyektin mallar, iş və xidmətlər bazarında 
maliyyə sabitliyinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. 
Mühasibat balansının mahiyyəti onun təyinatında təzahür edir: 

balans mühasibat uçotu metodunun tərkib hissəsi olunub, onun bir 
elementidir; 

mühasibat balansı dövri və illik maliyyə hesabatının formalarından 
biridir. 
Balans necə bir hesabat forması kimi ayrıca cədvəldən ibarətdir. 
Müəssisənin mülkiyyətində olan eyni vəsait məbləğləri öz əksini həm 
aktivdə, həm də passivdə tapır. 
Aktiv və passivin müasir məzmunu informasiyaları onun istifadəçi-
lərinə, hər şeydən əvvəl, kənar istifadəçilərə ötürülməsinə istinad edir. Məhz 
bu amilə görə, balans maddələri özünün çox yüksək analitikliyi ilə seçilir. 
Daha konkret desək, müasir balans debitor və kreditor borclarının vəziy-
yətini, xüsusi kapitalın, cari xərclər, yaxud təşkilatın mənfəəti hesabına 
yaradılan ehtiyatların müxtəlif növlərinin mahiyyətini açıqlayır. 
Əslində mühasibat balansı informasiyalar mənbəyidir. Bu informa-
siyalar əsasında iqtisadi subyektin maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv 
qiymət vermək heç bir çətinlik yaratmır. Buna görə də mühasibat hesabatı 
formaları içərisində balans birinci yeri tutur. Onun göstəricilərini mühasibat 
hesabatının digər formalarının göstəriciləri ilə əlaqələndirmək mümkündür. 
Balansda verilən informasiyaları dərk etmək üçün təkcə onun strukturu 
haqqında deyil, eyni zamanda müxtəlif göstəricilərin məntiqi və spesifik 
qarşılıqlı əlaqələrini bilmək çox vacibdir. 

Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə