Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə40/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

3.2.
 
Balansın daxili qarşılıqlı əlaqəsi 
 
Balansın daxili qarşılıqlı əlaqəsi aşağıdakılardan ibarətdir: 

balansın aktivinin bütün bölmələrinin məbləği passivin bütün böl-
mələrinin məbləğinə hökmən bərabər olmalıdır. Belə bir bərəbərlik balansın 
özünün mahiyyətindən irəli gəlir; 

xüsusi kapitalın ölçüsü dövriyyədənkənar aktivlərin kəmiyyətini 
üstələyir; 


Maliyyə hesabatı
44 

təşkilatın normal fəaliyyəti şəraitində dövriyyədənkənar aktivlərin 
kəmiyyəti borc vəsaitlərinin məbləğindən çox olmalıdır; 

balansın quruluşu onun çox yüksək dərəcədə analitikliyini nümayiş 
etdirir. Belə bir analitiklik aktiv və passiv üzrə müxtəlif maddələr arasında 
qarşılıqlı əlaqəni müəyyənləşdirməyə şərait yaradır. 
Göründüyü kimi, mühasibat balansının məzmununun ümumi xülasəsi 
onun istifadəçilərinə informasiyalar, hər şeydən əvvəl, mülkiyyətinin 
maliyyə sabitliyi barədə informasiyaları təqdim edir.
Mühasibat balansı aşağıdakı tələblərə cavab verməlidir: 

Balansın düzgünlüyü (etibarlılığı):
hesabat dövrü ərzində təşkilatın 
təsərrüfat fəaliyyətinin bütün faktlarını əks etdirən bütün sənədlər üzrə 
aparılan yazılışlar əsasında tərtib olunan balans düzgün sayılır. Balans məlu-
matlarının əsaslandırılması, mühasibat hesablarında yazılışların, mühasibat 
hesablamalarının və inventarlaşmanın dəqiqliyi balansın düzgünlüyünün 
başlıca şərtləridir; 

Balans göstəricilərinin sənədlərlə əsaslandırılması
: balansın 
düzgünlüyü sənədlərin tamlığı və keyfiyyəti ilə müəyyənləşdirilir. Əgər 
hesabat dövrünün təsərrüfat fəaliyyətinin faktları vaxtında sənədlərlə 
rəsmiləşdirilməmişdirsə, onda balans təşkilatın işinin həqiqi yekunlarını əks 
etdirə bilməz. Məsələn, materialların istehsala buraxılışının sənədlərlə gec, 
yaxud tam olmadan rəsmiləşdirilməsi məhsulların maya dəyəri və mənfəət 
məbləği haqqında məlumatların təhrif olunmasına gətirib çıxarır. Buna görə 
də təşkilatların rəhbərləri işçilərindən tələb etməlidirlər ki, onlar təsərrüfat 
fəaliyyətinin bütün faktları haqqında məlumatları öz vaxtında rəsmiyyətə 
salsınlar və mühasibata təqdim etsinlər


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə