Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ


Balansın hesablarda mühasibat yazılışları vasitəsilə əsaslandırıl-



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə41/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Balansın hesablarda mühasibat yazılışları vasitəsilə əsaslandırıl-
ması
: balansın düzgünlüyünün ən vacib şərtlərindən biri onun tərtib edilmə-
sindən əvvəl analitik və sintetik uçot hesabları üzrə yazılışların üzləş-
dirilməsi hesab olunur. Bunun üçün bütün analitik hesablar üzrə hesabat 
dövrünün axırına dövriyyələr və qalıqlar hesablanmalı, dövriyyə cədvəlləri 
tərtib olunmalı və onun məlumatları müvafiq sintetik hesabların məlumatları 
ilə müqayisə edilməlidir. Bu zaman aşkarlanan bərabərlik sintetik və ana-
litik hesablardakı yazılışların düzgünlüyünün qarantıdır; 


Sifariz Səbzəliyev
 
45 

Balansın mühasibat hesablamaları ilə əsaslandırılması
: mühasi-
bat hesablamaları dəqiq aparılan balans daha düzgün sayılır. Belə hesab-
lamalara aiddir: mal-material ehtiyatlarının faktiki maya dəyərinin uçot 
qiymətləri üzrə dəyərində kənarlaşması məbləğinin bölüşdürülməsi, ümum-
istehsalat və ümumtəsərrüfat (inzibati) xərclərinin silinməsi, məhsulların 
maya dəyərinin kalkulyasiyası və i.a. hesablamalar. Həmin hesablamaların 
düzgünlüyü mənfəətin kəmiyyətinə əhəmiyyətli təsir göstərir

Balansın inventarlaşma ilə əsaslandırılması
: inventarlaşmanın 
mahiyyəti təşkilatın əmlakının natural şəkildə yoxlanılması və nəticələrin 
debitor və kreditorlarla hesablaşmalar vasitəsilə üzləşdirilməsində təzahür 
edir. İnventarlaşma aparıldıqdan sonra hesablar üzrə uçot qalıqlarında 
düzəlişlər edilir ki, bu da balansın düzgünlüyünü daha da artırır; 

Balansın reallığı:
balansın reallığı dedikdə, onun maddələrinin qiy-
mətləndirilməsinin obyektiv həqiqətə uyğunluğu başa düşülür. Balans 
qiymətləndirilməsinin bir sıra nəzəriyyələri mövcuddur: məsələn, obyektiv 
qiymətləndirmə nəzəriyyəsi, subyektiv qiymətləndirmə nəzəriyyəsi, kitab 
vasitəsilə qiymətləndirmə. Obyektiv qiymətləndirmə nəzəriyyəsi bazar qiy-
məti prinsipinə istinad edir. Belə qiymətlər balansın tərtib olunduğu anda 
əmlak satıldığı zaman müəyyənləşdirilir. Subyektiv qiymətləndirmə nəzə-
riyyəsinə görə aktivlərin dəyəri təşkilatın qərarlaşdığı fərdi şəraitdən asılı 
olur. Kitab vasitəsilə qiymətləndirmə aktivlərin uçotda (kitabda) qeydə 
alındığı qiymətə əsaslanır. Sadalanan nəzəriyyələrin heç birisi qiymətlən-
dirmə məsələsi haqqında birmənalı qərar verə bilmir. Buna görə də nisbi 
reallıqla, başqa sözlə, balans maddələrinin hazırda qüvvədə olan standartlar 
vasitəsilə qiymətləndirilməsi ilə kifayətlənmək lazım gəlir. Balansın reallığı 
xeyli dərəcədə təşkilatın aktivlərinin likvidlik dərəcəsindən asılıdır; 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə