Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə42/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Balansın vahidliyi
: vahidlik dedikdə, balansın vahid prinsiplər və 
qiymətlər əsasında quurulması başa düşülür. Bu o deməkdir ki, təşkilatın 
bütün struktur bölmələrində mühasibat uçotunun vahid hesablar planı və 
onların müxabirləşməsi tətbiq edilməlidir. Qeyd olunan prinsiplərə əməl 
olunmadıqda, biz balansı tərtib edərkən, həmcins olmayan kəmiyyətləri 
cəmləmək məcburiyyətində qalırıq ki, bu da balansın dəqiqliyini azalda 
bilər.


Maliyyə hesabatı
46 
Balansın varisliyi:
bu prinsipə görə hər bir sonrakı balans özündən 
əvvəlki balansdan irəli gəlməlidir. Məsələn, keçən ilin son balansı hesabat 
ilinin ilk balansı olmalıdır. Əslində bunlar eyni balanslardır, lakin onlar 
müxtəlif dövrləri əhatə edir. Daha konkret desək, hesabat dövrünün sonuna 
olan məlumatlar növbəti hesabat dövrünün ilk məlumatları deməkdir. 
Balansın aşkarlığı:
balansın aşkarlığı dedikdə, onu tərtib edənlər və 
oxuyan bütün şəxslər üçün anlaşıqlı olması başa düşülür. 
Mühasibat balansı illik maliyyə hesabatının tərkibinə daxil olan he-
sabat formasıdır. Balansın başlıca fərqləndirici xüsusiyyətinə görə onun 
formaları və təqdim edilmə qaydaları “Maliyyə hesabatlarının təqdimatı 
üzrə” kommersiya təşkilatları üçün 1№-li MMUS vasitəsilə tənzimlənir. Bu 
Standart Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-cı il 18 aprel 
tarixli əmri ilə təsdiq edilmişdir. 
3.3.
 
Mühasibat balansının növləri və formaları 
 
Mühasibat uçotunun mövcud nəzəriyyəsində və praktikasında müha-
sibat balanslarının çoxsaylı növlərinə təsadüf olunur. Onlar məqsədlərinə və 
tərkibinə görə biri digərindən fərqlənir. Bu zaman 
mühasibat balanslarının 
təsnifatını
aşağıdakı əlamətlər təşkil edir: 

tərtib olunma mənbələrinə görə

mülkiyyət formalarına görə; 

ümumiləşdirilmə dərəcəsinə görə; 

tərtib edilmə vaxtına görə; 

təqdim etmənin dövriliyinə görə;

yenidən təşkil prosedurlarının növlərinə görə

quruluş formasına görə; 

təmizlənmə dərəcəsinə görə; 

iqtisadi fəaliyyətin növlərinə görə; 

xalq təsərrüfatı sahələrinə görə; 

tərtib edilmə üsuluna görə; 

balans nəzəriyyəsinə görə. 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə