Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə50/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

AKTİVLƏR = ÖHDƏLİKLƏR + KAPİTAL
(1) 
Amerikan balansında aktivlər balans maddələrinin likvidliyi qayda-
sında yerləşdirilir: kassadakı pul vəsaitlərindən başlayaraq qeyri-maddi 
aktivlərədək. Balansın sağ tərəfi ya 
“Kapital”
,
 
ya da
“Passiv və səhmdar 
kapitalı”
adlanır. 
Böyük Britaniyada
uçot praktikasında balansın quruluşunun hər iki 
formasından istifadə nəzərdə tutulur. Lakin balans maddələri yerləşdiril-
dikdə, mühasiblər 
L.Paçoli 
tərəfindən təsvir edilən tənliyi əsas götürürlər: 
AKTİVLƏR – ÖHDƏLİKLƏR = MÜLKİYYƏTİN KAPİTALI 
(2) 
Azərbaycanın uçot praktikasında ikitərəfli tənliyin 
J.B.Dümarş
tərəfindən qanuniləşdirilmiş formasından istifadə edilir: 
AKTİVLƏR = KAPİTAL + ÖHDƏLİKLƏR
(3) 
Mühasibat müşahidəsi obyektlərini əks etdirən, istehsalat-təsərrüfat 
fəaliyyətini təmin edən bütün balans maddələri şaquli qaydada (biri-
digərinin ardınca), yaxud ənənəvi - üfüqi qaydada yerləşdirilə bilər. İkinci 
variantda göstəricilər iki əks tərəfdə qeydə alınır: solda - aktivlər, sağda – 
passivlər (kapital və öhdəliklər). 
Balansda maddələr qrup halında, qruplar isə bölmələr şəklində birləş-
dirilir. Belə bir şəkildə birləşmənin əsasını balansın iqtisadi mahiyyəti diktə 
edir. 


Sifariz Səbzəliyev
 
55 
Bazar iqtisadiyyatı şəraitində iqtisadi proseslərin iştirakcılarının 
təşkilatların maliyyə vəziyyəti haqqında obyektiv və etibarlı informasiyalara 
maraqları əhəmiyyətli dərəcədə artmışdır. Bazar münasibətlərinin bütün 
subyektləri (mülkiyyətçilər, investorlar, banklar, birjalar, malsatanlar, 
alıcılar, sifarişçilər və s.) özlərinin partnyorlarının rəqabət qabiliyyətinin və 
etibarlılığının birmənalı şəkildə qiymətləndirilməsində maraqlıdırlar. 
Müəssisənin maliyyə vəziyyəti aktivlərin və öhdəliklərin təminatlı 
istifadəsi və xarakteri ilə müəyyənləşdirilir. 
Maliyyə vəziyyətinin dinamikasına ümumi qiymət vermək üçün 
balans maddələrini likvidlik və öhdəliklərin təcililiyi əlamətləri üzrə 
qruplaşdırmaq lazımdır. Bu qaydada qurulmuş balansa 

Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə