Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə48/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
52 
Hesabat tarixindən sonra 12 ay ərzində pul və pul ekvivalentlərinə 
çevrilməsi gözlənilən qiymətli kağızlar qısamüddətli aktivlər kimi təsnif-
ləşdirilir. Digər hallarda onlar uzunmüddətli aktivlər kimi qeydə alınır. 
Aşağıdakı hallarda öhdəliklər qısamüddətli öhdəliklər kimi təsnif-
ləşdirilir: 

müəssisənin normal əməliyyat dövründə onların ödənilməsi nəzərdə 
tutulduqda; 

hesabat tarixindən etibarən 12 ay ərzində ödənilməli olduqda. 
Bütün diğər hallarda öhdəliklər uzunmüddətli öhdəliklər kimi qeydə 
alınır. 
Yeni mühasibat balansının “Aktivlər” hissəsi iki bölməni əhatə edir: 

uzunmüddətli aktivlər; 

qısamüddətli aktivlər. 
Balansın “Passiv” hissəsi isə üç bölmədən ibarətdir: 

kapital; 

uzunmüddətli öhdəliklər; 

qısamüddətli öhdəliklər. 
Balansın 
“Uzunmüddətli aktivlər”
bölməsində aşağıdakı maddələr 
qeydə alınır: 
1.
Qeyri-maddi aktivlər; 
2.
Torpaq, tikili və avadanlıqlar; 
3.
Daşınmaz əmlaka investisiyalar; 
4.
Bioloji aktivlər; 
5.
Təbii sərvətlər; 
6.
İştirak payı metodu ilə uçota alınmış investisiyalar; 
7.
Təxirə salınmış vergi aktivləri; 
8.
Uzunmüddətli debitor borcları; 
9.
Sair uzunmüddətli maliyyə aktivləri
10.
Sair uzunmüddətli aktivlər. 
Balansın “
Qısamüdddətli aktivlər”
bölməsində aşağıdakı maddələr 
qeydə alınır: 
1.
Ehtiyatlar; 
2.
Qısamüddətli debitor borcları; 
3.
Pul vəsaitləri və onların ekvivalentləri; 


Sifariz Səbzəliyev
 
53 
4.
Sair qısamüddətli maliyyə aktivləri; 
5.
Sair qısamüddətli aktivlər. 
Balansın “
Kapital” 
bölməsində aşağıdakı maddələr qeydə alınır: 
1.
Ödənilmiş nominal (nizamnamə) kapitalı 
2.
Emissiya gəliri 
3.
Geri alınmış kapital (səhmlər) 
4.
Kapital ehtiyatları 
5.
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş) zərər 
Balansın “

Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə