Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə45/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
49 
Yenidən təşkil prosedurlarının növləri üzrə 
balanslar konkret 
təşkilatın həyat tsiklinə istinad edir. Bu tsikl özündə qovuşmanı, birləşməni, 
ayrılmanı, bölüşdürməni və yenidən qurulmanı birləşdirir. Qeyd olunan 
prinsipdən asılı olaraq, mühasibat balansının aşağıdakı növləri fərqləndirilir: 

giriş balansları; 

ayrılma balansları; 

birləşdirmə balansları; 

ləğvetmə balansları. 
Giriş balansı
özlüyündə təşkilatın fəaliyyətə başladığı tarixə malik 
olduğu aktivlərin, kapitalın və öhdəliklərin məcmusunu təcəssüm etdirir. 
Ayrılma balansları
əvvəllər fəaliyyət göstərən təşkilatın yenidən 
qurulması nəticəsində yaradıılan təşkilatın əmlakını xarakterizə edir. Bu 
prosedurun yekunu olaraq əvvəllər fəaliyyət göstərən təşkilatın bazasında 
bir neçə yeni müəssisə yaradılır. 
Birləşdirmə balansları
yenidənqurma yolu ilə qovuşan bir neçə 
təşkilatın əmlakını ümumiləşdirir. 
Ləğvetmə balansları
özünün öhdəliklərini ödəyə bilməyən müflis-
ləşən təşkilatın əmlakından ibarətdir. Belə balanslar müəssisə ləğv edildikdə 
tərtib edilir. 
Quruluş formasına görə 
balanslar belə fərqləndirilir: 

birtərəfli (şaquli) balanslar

ikitərəfli (xətti, üfüqi) balanslar. 
Birtərəfli mühasibat balansları
şaquli əlamət üzrə qurulur: əvvəlcə 
balansın aktiv maddələri və bölmələri, daha sonra balansın passiv maddələri 
və bölmələri göstərilir.
İkitərəfli mühasibat balansları üfüqi
əlamətlər üzrə səciyyələnir. 
Bir xətdə balansın aktivinin maddələri və bölmələri, eyni zamanda həmin 
xətdə, lakin qarşıdakı tərəfdə balansın passivinin bölmələri və maddələri 
qeydə alınır. 
Təmizlənmə dərəcəsinə görə 
balanslar belə fərqləndirilir: 

brutto-balans; 

netto-balans; 

reformasiya olunan balanslar; 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə