Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə52/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
57 
IV FƏSİL. MƏNFƏƏT VƏ ZƏRƏRLƏR
HAQQINDA HESABAT 
 
4.1. Bazar iqtisadiyyatında mənfəət və zərərlər haqqında hesa-
batın əhəmiyyəti və məqsədli istiqaməti 
4.2. Mənfəət və zərərlər haqqında hesabatın qurulması prinsipləri
4.3. Azərbaycanda və beynəlxalq praktikada mənfəət və zərərlər 
haqqında hesabatın qurulması sxemləri 
4.4. Azərbaycanda və beynəlxalq praktikada mənfəət və zərərlər 
haqqında hesabatın qurulması göstəriciləri
4.5. Mənfəət və zərərlər haqqında hesabatın təşkilatların vergi 
orqanlarına təqdim etdiyi sənədlərlə qarşılıqlı əlaqəsi 
4.6. MHBS əsasında mənfəət və zərərlər haqqında hesabatın tərtib 
olunması xüsusiyyətləri
 
4.1. Bazar iqtisadiyyatında mənfəət və zərərlər haqqında hesabatın 
əhəmiyyəti və məqsədli istiqaməti 
Hər bir təsərrüfat ilinin sonunda təşkilat balansla yanaşı illik müha-
sibat hesabatının tərkib hissəsi olan mənfəət və zərərlər haqqında hesabat 
tərtib etməlidir. İllik mühasibat hesabatının tam qiymətli bir hissəsi kimi 
mənfəət və zərərlər haqqında hesabatın əhəmiyyəti bir sıra dünya alimləri 
(məsələn, Şmalenbax, Simon) tərəfindən uzun illər ərzində ciddi araşdır-
malara məruz qalmışdır. Simon belə hesab edir ki, hesabatın başlıca məq-
sədi təsərrüfat subyektinin xalis əmlakını müəyyənləşdirməkdən ibarətdir. 
O, maliyyə nəticələrinin hesablanmasına ikinci dərəcəli rol ayırır. Şma-
lenbax isə əksinə, maliyyə nəticələrinin hesablanmasını özünün tədqi-
qatlarının mərkəzində saxlayır. 
Ümumiyyətlə, balans, mənfəət və zərərlər haqqında hesabat həm 
Azərbaycanda, həm də beynəlxalq praktikada başlıca hesabat formaları
sayılır. Mənfəət və zərərlər haqqında hesabatın maliyyə hesabatının 
tərkibindəki məqsədli istiqamətini və əhəmiyyətini müəyyənləşdirmək üçün 
adları çəkilən hesabat formalarının bir sıra mövqelər üzrə müqayisə edilməsi 
məqsədəuyğundur. 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə