Maliyyə hesabatı
38
komissiyanın sədri -
təşkilatın rəhbəri,
yaxud onun müavini;
komissi-
yanın üzvləri -
baş mühasib,
struktur bölmələrinin rəisləri, ictimaiyyətin
nümayəndəsi.
Bununla yanaşı, bilavasitə əmlakın inventarlaşmasını
aparmaq üçün
aşağıdakı tərkibdə
işçi komissiyası
yaradılır:
komissiyanın sədri
- inventarlaşmanı təyin edən təşkilatın rəhbərinin
nümayəndəsi;
komissiyanın üzvləri
- mütəxəssislər (iqtisadçılar,
mühasibat şöbəsinin
işçiləri, menecerlər, əmtəəşünaslar və s.).
İnventarlaşma komissiyanın tərkibinə təşkilatın
daxili audit xidmətinin
nümayəndəsini, habelə müstəqil auditor təşkilatının mütəxəssisini də daxil
etmək olar.
Daimi fəaliyyətdə olan və işçi inventarlaşma komissiyasının
fərdi
tərkibi təşkilat rəhbərinin əmri, yaxud sərəncamı ilə təsdiq edilir.
Daimi fəaliyyətdə olan inventarlaşma komissiyasının vəzifələrinə
aiddir:
işçi komissiyalarının təlimatlandırılması;
nəzarət qaydasında yoxlamaların aparması;
əksikgəlmələrə yol verən maddi-məsul şəxslərin izahatlarının araş-
dırılması.
İşçi komissiyalar mal-material ehtiyatlarının
və pul vəsaitlərinin
inventarlaşmasını bilavasitə yerlərdə aparmalıdır. Təşkilatda təftiş komis-
siyası olduqda və inventarlaşmanın
həcmi böyük deyildirsə, onda bu işi
həmin komissiyaya həvalə etmək olar. İnventarlaşma
müddətində komis-
siyanın üzvlərindən biri iştirak etmədikdə, onun nəticələrini
etibarsız
hesab
etməyə əsas verir.
Əmlakın faktiki mövcudluğunun yoxlanılması
maddi-məsul şəxsin
bilavasitə iştirakı ilə
həyata keçirilməlidir.
İnventarlaşma bir neçə mərhələdə aparılır:
1.
Dostları ilə paylaş: