Iii fəSİL. VİDeomüŞAHİDƏ SİstemiNİn təKMİLLƏŞDİRİLMƏSİ yollari



Yüklə 199 Kb.
səhifə1/5
tarix23.09.2023
ölçüsü199 Kb.
#122854
  1   2   3   4   5
VMS





III FƏSİL. VİDEOMÜŞAHİDƏ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI



3.1. H.Əliyev Beynəlxalq aeroportunda mövcud videomüşahidə sisteminin təhlili

Heydər Əliyev Beynəlxalq Aeroportunda videomüşahidə sisteminə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Daxili Təhlükəsizlik Xidmətinin Videomüşahidə Şöbəsi nəzarət edir. Videomüşahidə Şöbəsi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Aviasiya Təhlükəsizlik Baş İdarəsinin uyğun olaraq yaradılmış və fəaliyyət göstərir.


“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Aviasiya Təhlükəsizlik Baş İdarəsinin fəalityyətində Daxili Təhlükəsizlik Xidmətinin Videomüşahidə Şöbəsinin Azərbaycan Respublikasının Prezidentinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin fərman və sərəncamlarını, “Azərbaycan Hava Yolları” QSC-nin Prezidentinin və Aviasiya Təhlükəsizlik Baş İdarəsinin direktorunun əmr və sərəncamlarını rəhbər tutur.
ATBİ-nin DTX-nin Videomüşahidə Şöbəsinin təyinatı:
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Aviasiya Təhlükəsizlik Baş İdarəsinin fəalityyətində Daxili Təhlükəsizlik Xidmətinin Videomüşahidə Şöbəsinin əsas məqsədləri aşağıdakılardır:
- mülki aviasiya fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısını almaq;
- “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin aeroportlarda baxış üzrə videomüşahidəni təşkil etmək;
- aviasiya təhlükəsizliyi, mühafizə və buraxılış rejimi;
Videomüşahidə qrupunun aviasiya təhlükəsizliyinin təmin olunmasında rolu:
- qanunsuz müdaxilə aktları zamanı təhlükəli qurğuların və vasitələrin videomüşahidə vasitəsilə aşkar edilməsi zamanı aerovağzal köməkçisinin sərnişin və yük terminallarının, nəzarət edilən zonaların və mühafizə edilən məhdud girişli çıxışların təcrid olunan, həmçinin nəzarət buraxılış məntəqələrində giriş və çıxış qapıları nəzarətdə saxlanılır. Aviasiya Təhlükəsizliyin Baxışın Təşkili Xidməti struktur bölmələri tərəfindən həyata keçirilən aviasiya təhlükəsizliyi tədbirlərinə videonəzarəti təmin edir;
Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaıiyyət göstərən müəssisələrin və Aviasiya Təhlükəsizlik Baş İdarəsinin struktur bölmələrinin əməkdaşları tərəfindən tələb olunan standartlara və tövsiyələrə uyğun aviasiya təhlükəsizliyinin təminatına dair həyata keçirdiyi tədbirlərə fasiləsiz nəzarət edir, onların yerinə yetirdiyi prosedurlarda yol verdikləri nöqsanları müəyyən edir və bu barədə dərhal növbə rəisinə məruzə edir;
- müşahidə etdikləri sahədə şübhəli şəxsləri müəyyən edir, onların hərəkətini müşahidə edir və bu barədə vaxtlı-vaxtında növbə rəisinə məlumat verir;
- müşahidə etdikləri sahədə şübhəli və ya nəzarətsiz olan əşyaları müəyyən edir və bu barədə vaxtlı-vaxtında növbə rəisinə məlumat verir;
- hava gəmisinə və mühafizə olunan obyektlərə qanunsuz müdaxilə aktı hazırlanması müəyyən olunduqda və yaxud hədə-qorxu təhlükəsiz haqqında məlumat daxil olarsa, dərhal növbə rəisinə məlumat verir və müvafiq Təlimata uyğun olaraq tədbirlər görür;
- aeroportda qəza şəraiti və ya hava gəmisinin texniki (qəza) enməni baş verdiyi zaman müvafiq Təlimata uyğun olaraq tədbirlər görülür;
- aviasiya təhlükəsizliyinin təmini sahəsində olan tədbirlərinin bütün pozuntuları haqqında növbətçi növbə tərəfindən əldə edilmiş videomateriallarının təhlil edilməsi, qiymətləndirilməsi və bu faktlar barədə idarə rəhbərliyinə yazılı məlumatları təqdim edilməsi;
- Heydər Əliyev Beynəlxalq Aeroportunun təhlükəsizliyinin vəziyyəti haqqında xidməti istifadə üçün operativ videoinformasiya bankının yaradılması;
- aşkar edilmiş aviasiya təhlükəsizliyinin pozuntusu, hədə-qorxu və ya Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə qanunsuz müdaxilə aktlarının törədilməsinə yönələ biləcək faktlar barədə dərhal İdarə rəhbərliyinin xəbərdar edilməsi;
- “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Aviasiya Təhlükəsizlik Baş İdarəsinin strukur bölmələrinin fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alınması üçün xidmətin Əməliyyat Planında nəzərdə tutulmuş tədbirlərin görülməsi;
- Aviasiya Təhlükəsizlik Baş İdarəsinin strukur bölmələrinin personalı tərəfindən aviasiya təhlükəsizlik və buraxılış rejim sahələrində vəzifələrdən sui-istifadə edilməsi faktlarının qarşısının alınması məqsədilə bu cür hallar barəsində İdarə rəhbərliyinə dərhal məlumat verilməsi;
- videomüşahidə şöbəsinin xidməti təlimatları və digər normativ sənədləri ilə bağlı məsələlər üzrə Aviasiya Təhlükəsizlik Baş İdarəsi direktorunun əmr və sərəncamlarının layihələrinin hazırlanmasında bilavasitə iştirak edilməsi.

Yüklə 199 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə