Iii fəSİL. VİDeomüŞAHİDƏ SİstemiNİn təKMİLLƏŞDİRİLMƏSİ yollari


Teplovizorlar, yanğınadavamlı, partlayışadavamlı videokameralar



Yüklə 199 Kb.
səhifə4/5
tarix23.09.2023
ölçüsü199 Kb.
#122854
1   2   3   4   5
VMS

3.2. Teplovizorlar, yanğınadavamlı, partlayışadavamlı videokameralar

Müasir teplovizorlar xüsusi matrisalı tempertur vericiləri əsasında hazırlanır. Bu vericilər miniatür naziklaylı termotezistorlar matrisasından ibarətdir. Teplovizorun obyektivi ilə matrisada toplanan və fokuslanan infraqırmızı şüalar matrisanın rlementlərini müşahidə olunan obyektlərdəki temperatur paylanmasına uyğun qızdırır (şəkil. 3.1).



Şəkil. 3.1. Teplovizorda alınmış təsvir
Məlumdur ki, telekameralar təqribən 0,38-1,1mkmdalğa uzunluğu diapazonunda müşahidə aparmağa imkan verir. Yəni, günəş işığı ilə, lüminessent lampalarla, proyektorlarla ümumiyyətlə işıq mənbəyi ilə işıqlandırma mövcud olduqda videomüşahidə mümkündür.
Bu telekameralardan fərqli olaraq teplovizorlar nəzarət zonasında heç bir işıqlandırma olmadan obyektlərin məxsusi istilik şüalarını, yəni spektrin infraqırmızı diapazonunu (təqribən 10 mkm) qeyd etməyə imkan verir. Deməli, teplovizorlar insanın görə bilmədiyi diapazonu gördüyündən imkanları genişdir.
Uzun infraqırmızı dalğalar atmosferin qalın qatlarına nüfuz edərək, görünən işıq diapazonu üçün keçilməz olan tüstü, duman, atmosfer yağıntılarından asanlıqla keçərək gecə və gündüz istənilən atmosfer şəraitində videomüşahidə aparmağa imkan verir.
Teplovizorlar istənilən maskalanmış hədəni yüzlərlə metr məsafədən aşkar etmək qabiliyyətinə malikdir. Böyük obyektlər isə məsələn, nəqliyyat vasitələri 10 km-lə məsafədən aşkar oluna bilir [21]. Teplovizorların aşağıdakı məqsədlər üçün istifadəsi məqsədəuyğundur:
- yaşıl örtüyü olan zonalara nəzarət;
- su səthi olan zonalara nəzarət;
- işıqlandırma olmayan və zəif işıqlandırılmış zonalara nəzarət;
- kameraya perpendikulyar düşən işıq şəraitində çəkiliş;
- yanğın aktlarını aşkar edir.
3.3. Analitik-intellektual videokameralar

Videoanalitika-yeni və perspektivli istiqamət olub mühafizə sistemlərinin effektivliyini artırmaq qabiliyyətinə malikdir və videomüşahidə sistemlərinin qurulma sxemlərində inqilaba bərabər çevriliş etmişdir. İMS Research analitik kompaniyasının məlumatına görə videoanaliz funksiyası IP-kameralarla daha asan uzlaşır. Baxmayaraq ki, analoq videomüşahidə sistemlərində rəqəmsal videoregistratorlardan istifadə olunur, videosiqnalı analoq interfeyslə ötürərkən keyfiyyət baxımından problem yaranır. Siqnalın aşağı keyfiyyəti və küylər dəqiq deteksiyanı aşağı salır. Lakin videoanaliz alqoritmini IP-kameralarda tətbiq edərkən sadalanan problemlər istisna olunur. Videoanalitik kameralar yorulmur, operator kimi ayıqlığını itirmir, ona yüksək intellekt xasdır [17].


IP-kameralarda videoanaliz-köklənmiş videodetektor olub, işin etibarlılığı müşahidə şərtlərinin və təsvir rakursunun düzgün seçilməsi ilə təyin olunur. IP-kameraların prosessorları o qədər güclü deyildir ki, izdihamdakı insanları saya bilsin, yaxud iri aeroport zalında yaddan çıxıb qalan əşyaları müəyyənləşdirə bilsin. Odur ki, rakursun düzgün seçilməsi vacibdir və müşahidə sahəsi çox da böyük olmamalıdır. Videoanalizdən yalnız düzgün istifadə edərkən videomüşahidə sisteminin effektivliyini artırmaq və spesifik məsələləri həll etmək olar [18, 19].

Yüklə 199 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə