Iii fəSİL. VİDeomüŞAHİDƏ SİstemiNİn təKMİLLƏŞDİRİLMƏSİ yollari


Mövcud videoanaliz detektorlarının tipləri



Yüklə 199 Kb.
səhifə5/5
tarix23.09.2023
ölçüsü199 Kb.
#122854
1   2   3   4   5
VMS

Mövcud videoanaliz detektorlarının tipləri. Hal-hazırda kifayət qədər sayda videoanaliz detektorları mövcuddur. Onlardan ən çox istifadə olunanları aşağıdakılardır:
Obyektə yerləşdirilmiş və obyektdən aparılmış əşyalar detektoru. Detektor əvvəlki kadrda olmayan və ya qəfildən peyda olan halları fiksə edir. Başqa sözlə, əşyaların gözlənilmədən peyda olmasına, yaxud yoxa çıxmasına nəzarət edir. Halbuki əvvəlki kadrlarda bu əşyalar haqqında heç bir məlumat yox idi.
Virtual xəttin keçilməsinə nəzarət. Detektor təsvirə əlavə edilmiş xəttin keçilməsinə nəzarət edir. Detektor hərəkət istiqamətini ayırd edə bilir. O, konkret sahələrdə (koridorlarda, ərazilərdə) icra olunan arzuolunmaz hərəkətlərə nəzarət edir.

Şəkil. 3.2. Virtual xəttin keçilməsinə nəzarət


Zonaya daxil olmağa və oranı tərk etməyə nəzarət detektoru. Detektor obyektə daxil olan adamın və nəqliyyat vasitəsinin hərəkətinə nəzarət etməyə imkan verir. Antisabotaj detektoru. Detektor müşahidə kamerasının yerinin dəyişdiyinə, yaxud obyektivin bağlı olduğuna nəzarət etməyə imkan verir.
Obyektlərin sayını təyin edən detektor. Detektor avtomatik olaraq, məsələn, şlaqbaumdan, nəzarət buraxılış məntəqəsindən keçən obyektləri saymaq funksiyasına malikdir.
Zonada lazım olduğundan artıq qalmağı analiz etmək funksiyasına malik olan detektor. Bəzi xüsusi hallara nəzarət etmək üçün, məsələn bankomatda kimnsə kodunu öyrənmək və s. üçün ləngiyən şəxsi aşkar edir.
2 dəq-dən artıq temperatur yüksək olsa xəbərdarlıq siqnalizasiyası işə düşür.
Hərəkət sürətinin dəyişilməsinə nəzarət funksiyası – obyektlərin yerdəyişməsinə sürətinə nəzarət edir.

Şəkil. 3.3. Hərəkət sürətinin dəyişilməsinə nəzarət funksiyası

Misal olaraq maşın axınına sürəti göstərmək olar. Təsvirdə obyektlər ölçüsünə və davranış xarakteristikalarına görə müxtəlif rənglərlə əks etdirilir. Obyektə insanın, yaxud nəqliyyat vasitəsinin daxil olduğunu təyin etmək qabiliyyətinə malikdir. Analitik kameralara misal olaraq 2Mps IP-kamera Peleo Sarix göstərmək olar [20].


Şəkil. 3.4. 2Mps IP-kamera Peleo Sarix


Bu künbəzvarı “gecə -gündüz” çəbəkə kameraları bazsında videoanaliz alqoritmi tətbiq olunmuş Extended Platform prosessorundan istifadə edirlər. 2,8-8mm varioobyektivə malikdir. Məhdud girişli zonalara daxil olan insanlara, insanların düz və əks istiqamətinə, digər obyektlərin hərəkətinə nəzarət edir. Kameraların funksional imkanları konkret zonalara daxil olan və oranı tərk edən insanları saymağa, sahibsiz bağlamaları, əşyaları izləməyə, videokameraya qarşı vandal hərəkətlərə cəhd və obyektlərdə bilərəkdən şəxslərin ləngimə hallarını qeyd etməyə və hər bir halda həyəcan siqnalını aktivləşdirməyə asan şərait yaradır. Videokamera hərəkət detektoruna malik olub həyəcan siqnalı giriş-çıxışına, yaddaş kartında həyəcanlı videoları saxlamaq üçün slota malikdir.
NƏTİCƏ

Tədqiqatdan aydın olduğu kimi mülki aviasiyada təhlükəsizlik sistemi komplek yanaşma əsasında təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq mülki aviasiyanın təhlükəsizliyinin təmini üzrə elmi əsaslı, özündə preventiv tədbirlər kompleksini birləşdirən, çoxpilləli və müxtəlif planlı sistem işlənib hazırlanmalıdır. Bu zaman, daha yeni biliklər əldə edilməsi üçün elmi araşdırılmalar və müxtəlif təhqiqatlar aparılmalı və teror və ya digər qanunsuz müdaxilənin qarşısının alınmasında istifadə olunan bütün texnoloji vasitələr daha da təkminləşdirilməlidir. Bu məqsədlə hava limanlarının həyattəminatlı obyektlərinin mühafizəsində istifadə oluna biləcək müasir videomüşahidə sistemləri araşdırılmış və onların müqayisəli təhlili aparılmışdır. Qeyd olunanları nəzərə alaraq H.Əliyev Beynəlxalq aeroportunda aşağıdakılar məqsədəuyğun hesab edilmişdir.


1. Aeroportun təhlükəsizliyinin təmini aeroportun perimetrindən başlayır. Yol boyu düzülən kameralar 2Mps-dən (meqapiksel) böyük ayırdetmə qabiliyyətinə malik dönən növ olmalı, mürəkkəb işıqlılıq şəraitində yüksəkhəssaslıqlı olmalı, minimum 30 dəfəli zuma malik olmalı, mexaniki, yaxud elektron təsvir stabilizatoruna malik olmalıdır. Odur ki, H.Əliyev Beynəlxalq aeroportunda perimetr boyunca bu xarakteristikaya malik kameraların quraşdırılması məqsədəuyğundur.
2. Aeroporta istiqamətlənən avtomobil ilk növbədə parklanma sistemi ilə qarşılaşır, hansılar ki, avtomobillərin dövlət qeydiyyat nişanlarını oxuya bilir. Müasir inkişaf etmiş aeroportlarda adətən konstruksiyasında videoanalitik modula malik kameralardan istifadə olunur ki, bunlar da avtomobillərin dayanmasını, düzgün yerdə parklanmadığını, təhlükəsizlik xəttini keçdiyini, əks istiqamətdə hərəkət etdiyini, avtomobillərin say hesabını aparan, ərazidə qoyulan əşyaları izləyir.
3. Uzaq məsafələrin gecə qaranlığında müşahidəsi üçün teplovizorlardan istifadə olunması məqsədəuyğundur.
4. Aetovağzal binasına daxil olan hər bir kəs ilkin baxışdan keçir. Sistem vasitəsilə ilkin baxışda axtarışda olan cinayətkarları, kredit borcu olanları, yaxud alimentdən qaçan insanları aşkar etmək mümkündür. Odur ki, H.Əliyev Beynəlxalq aeroportunda aerovağzalın girişində videoanalitikaya malik teploqrafik teplovizorlar quraşdırılması məqsədəuyğundur, hansılar ki, temperaturu normadan artıq, yaxud aşağı olan xəstə insanları aşkar etməyə imkan verir. Bu cür kameralar həmçinin xarici əlamətlərə görə xüsusi videoanalitik alqoritmlərin köməyi ilə qeyri-stabil psixi-emosional vəziyyətə malik insanları aşkar etməyə imkan verir. Nəhayət girişdə quraşdırılmış kameralar girişdən keçən insanları saya bilər, nəzarət-buraxılış məntəqələrində yaranmış növbələri aşkar edə bilər, yəni əlavə nəzarət buraxılış məntəqəsinin açılmasının vacibliyi haqqında siqnal verə bilər.
5. Yanacaq və sürtgü materialları obyektində partlayışa və yanğınadavamlı videokameraların tətbiqi məqsədəuyğundur.
6. Terminal 2-dəki analoq videokameraların Terminal 1-dəki rəqəmsal videokameralarla eyni qrupda olan videokameralarla əvəz olunması məqsədəuyğundur.
7. Bu tələblərin yerinə yetirilməsi eyni zamanda ICAO-nun aviasiya təhlükəsizliyinin təmini sferasında Qlobal Strateji Planın istiqamətlərinin yerinə yetirilməsi tələblərinə uyğundur:
- Risklərin vaxtında müəyyənləşdirilməsi və onların azaldılması istiqamətində tədbirlərin görülməsi;
- Aviasiya təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi;
- Texniki resusların və innovasiya texnologiyalarının geniş tətbiqi;
- Nəzarətin və keyfiyyətə nəzarətin təkmilləşdirilməsi;
- Dövlətlərarası əməkdaşlığın və himayədarlığın inkişafı.



Yüklə 199 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə