Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə31/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Öhdəliklər; 

Kapital; 

Aktivlərdə təcəssüm olunmuş gələcək iqtisadi səmərə; 


Maliyyə hesabatı
34 

Gəlirlər; 

Xərclər. 
Aktiv
dedikdə, keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən 
idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi 
gözlənilən ehtiyatlar (resurslar) başa düşülür. 
Öhdəlik
–müəssisənin keçmiş hadisələrdən yaranmış və iqtisadi sə-
mərəni əmələ gətirən ehtiyatların (resursların) müəssisədən kənara axını ilə 
nəticələnən mövcud borcu deməkdir. 
Kapital
–bütün öhdəliklər çıxıldıqdan sonra müəssisənin xalis 
aktivlərinin dəyəridir. 
Aktivdə təcəssüm olunmuş gələcək
iqtisadi səmərə
aktivdən istifadə 
olunması və ya onun xarıc olması nəticəsində yaranır. 
Gəlir
–mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin 
kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin artması, 
daxil olması və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin 
artımıdır. 
Xərc 
–mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli 
olmayan, lakin kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində 
aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş 
verən iqtisadi səmərənin azalmasıdır. 
2.4. Maliyyə hesabatının təqdim olunduğu ünvanlar və müddətləri
“Mühasibat uçotu haqqında”
 
Azərbaycan Respublikasının 29 iyun 
2004-cü ildə qəbul edilmiş Qanunun 8-ci maddəsinə uyğun olaraq, bütün 
ictimai əhəmiyyətli qurumlar özlərinin maliyyə hesabatını yalnız MHBS 
əsasında tərtib etməlidirlər. 
Kiçik sahibkarlıq subyektləri sadələşdirilmiş uçot qaydalarına uyğun 
olaraq maliyyə hesabatları tərtib edə bilərlər. 
İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna 
olmaqla kommersiya təşkilatları maliyyə hesabatını tərtib edən zaman 
MMUS-i əsas götürməlidirlər (Qanunun 10-cu maddəsi). Kommersiya 
təşkilatları öz seçimlərindən asılı olaraq, maliyyə hesabatını MHBS əsasında 
tərtib etmək hüququna da malikdirlər (Qanun 10.1.2.-ci maddəsi). 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə