DĠLĠN ƏMƏLƏ GƏLMƏSĠ HAQQINDA
NƏZƏRĠYYƏLƏR
Dilin mənĢəyi haqqında düĢüncələr dilçiliyi
yaradan əsas fəlsəfi məsələlərdəndir. Bu məsələ
ətrafında çox qədim zamanlardan baĢlamıĢ son vaxtlara
qədər tez-tez söhbət açılır. Bəzən dilin mənĢəyinin uzaq
keçmiĢə aid olduğuna istinad edərək bu barədə heç
danıĢmamağı məsləhət görürlər. XIX əsrdə Fransa
vo
ümumdünya dilçiliyinin inkiĢafına çox kömək etmiĢ
olan beynəlxalq linqvistlər cəmiyyəti müxtəlif
ölkələrdəki dilçi alimlərə məktub göndərərək deyirdi ki,
dilçiliyin bütun sahələrinə aid məqalə yazıb göndərin,
çap edərik. Bircə dilin mənĢəyi haqqında yazmayın.
Çünki bu çox çətin və mübahisəli məsələdir.
Məsələ böyük olduğu üçün də mübahisəlidir.
Ġndiyədək dilçilikdə dilin mənĢəyi izah edilərkən bütün
dini ədəbiyyat mütləq tənqid edilməli, oradakı səmərəli,
inandırıcı fikirlər altüst edilməli idi. Bu mövqe bütün
ictimai elm sahələrinin bizdə geri qalmasına səbəb
olmuĢdu.
Ġndi isə bütün tarixi kateqoriyalara, o cümlədən
elmi problemlərə müstəqil, azad mövqedən və açıq gözlə
yanaĢmaq mümkündür. Bu səbəbdən biz dini
ədəbiyyatın da qənaətlərini Ģərh etməyi vacib bilirik.
Ġndiyədək dilin mənĢəyi haqqındakı fikirlər iki
yerə ayrılır, iki cür də adlandırılırdı, birincilərə idealist
fərziyyələr, ikinciyə isə materialist təlim, nəzəriyyə adı
verilirdi. Biz də hələlik
köhnə çərçivəni saxlamağı lazım bilir və idealist
adı altında konara atdığımız mülahizələri – nəzəriyyələri
Ģərh etməyi lazım bilirik. Ġdealist baxıĢlar, hər Ģeydən
əvvəl dini kitablarda
öz
əksini tapmıĢdır. Tövrat, Zəbur,
Ġncil. Quran kimi mötəbər dini kitabların dördünün də
insan, onun dili, mənĢəyi haqqında da mövqeyi eynidir.
Həmin kitablarda dilin əmələ gəlməsini insanın əmələ
gəlməsi ilə əlaqəli Ģəkildə götürürlər. Qurani- Kərimin
ikinci surəsi olan «Baqara»nın 29 – 30-cu ayələrində
deyilir: «Allah-Taala yeri iki günə yaratdım, onu böyük
dağlarla möhkəmlətdi. Yer sakinlərinin bütün
ehtiyaclarını isə dörd günə hazırladı. Sonra qazabənzər
maddə ilə yeri iĢıqlandırıb, göyü yaratmağa baĢladı və
hər ikisini öz iradəsi dairəsinə daxıl etdi. Daha sonra dua
oxuyan, ibadət edən mələkləri yaratdı. Sonra iradəsinin,
hikmətinin tələbi ilə Adəmi və onun nəslim yaratmaq
istədi. O, mələklərə xəbər verdi ki, elə bır məxluq
yaradacaq ki, yerdəki xəlifəsi olsun, orada məskən
salsın, nəsli hər yana yayılsın, toıpaqda bitənlərdən yesin
və onun dərinliklərindən nemətləri, bərəkətləri üzə
çıxarsın. Mələklər insanın təbiətindəki hikməti vo
tanrının ona öz yerinə xəlifə təyin etməsini bilmirdilər.
Bir yandan da Allah-Taala mələklərə belə vəhy vermiĢdi
ki, bu növ fərdlərin çoxu dindarlıq və ibadətdə, itaət və
dua etməkdə onların səviyyəsinə çatmır. Ona görə də
mələklər ilahi dərgahında söylədilər: «Yer üzündə fitnə
törədən, qanlar tökən bir kəsini Özünə caniĢin edirsən?
Axı biz dua qılırıq, ibadət edirik!»
Bu anda Allah-Taalanın cavabı onları heyrət və
Ģübhədən qurtardı. Cavabın xülasəsi belə idi: «Siz bu
yaradılmıĢını sirrindən xəbərsizsiniz və mən bildiyimi
siz bilmirsiniz». Tanrı bunu deyib mələklərə buyurdu:
«Ġnsana səcdə etməyə hazır olun. Ġndicə insanın bədənini
düzəldib, ona can üfürəcəyəm».
Tanrı insanın bədənini gildən düzəldib, ona can
üfürdü. Onun bədəninə həyat nəfəsi dəydi və ağlı,
iradəsi, hissləri iĢə düĢdü. Sonra Allah-Taala ona mərifət
və nemət bəxĢ etdi. Öz nurundan ona bir iĢıq verdi,
aydınlıq saçdı və yaradılmıĢların adlarını (kursiv
bizimdir – A.B.) sirrlərini öyrətdi. Sonra o. məxluqun
uzaqdan görünən Ģəklini təsvir etdi və mələklərin
zəifliyini, biliklərinin nöqsanlı olduğunu bildirmək,
insanın
üstünlüyünü anlatmaq üçün onlara buyurdu: «Əgər
düz deyil sinizsə, onların adlarını vo sirrlərini mənə
söyləyin». Mələkin bu imtahan qarĢısında ĢaĢqın qalıb
cavab vrə bilmədilər. Çarəsi mələklər acizliklərinə, elm
və mərifətcə gücsüz olduqların etiraf edib dedilər: «Biz
səndən öyrəndiyimizdən baĢqa heçzad bilmirik. Əsl alim
və bilici sənsən». Ancaq Adəmin mənəvi nemət
mənbəyindən feyziyab olmaqda, ilahi elminin nurundat
bəhrələnməkdə istedadı olduğundan yaranmıĢların
adların (dili – A.B.) öyrənmiĢ, sirrlərini dərk etmiĢdi.
Ona görə də Allahın əmri ilə yaradılmıĢlar haqqında
bildiklərini mələklərə söylədi vo bu yolla ilahinin
yaradıcı mövqeyinin hikmətini açıb, dedi».
Quranın Ərrəhman surəsində deyilir: «Allah insanı
yaratdı, ona danıĢmağı (fikrini boyan etməyi) öyrətdi».
Demək olar ki, dini kitabların hamısının insanın və
onun dilinin yaradılması haqqında mövqeyi eynidir.
Məs. Ġncilə göro dünyam Allah-Taala altı günə yaradıb,
yeddinci gün yaranmıĢlara həyat vermiĢdir. Voskrosenie
– dirilmə sözü da buradandır. Buna görə də rus-xristian
həftəsi voskresenie ilə baĢa çatır. Xristian dininə görə hər
Ģeyə qadir olan allah öz bəndəsi Qriqoriyə tapĢırmıĢdır
ki, əĢyaları yaratsın vo onlara ad versin.
Dilin mənĢəyi haqqındakı nəzəriyyələri iki qrupa
bölmək olar: birinci idealist, ikinci materialist
nəzəriyyələr. Ġdealist nəzəriyyələr do öz növbəsində iki
qrupa
bölünür:
fərdi-ilahi
vo
ictimai-idealist
nəzəriyyələr. Fərdi idealizmə göro dili bir nəfər
yaratmıĢdır. Bu fikir əvvəllər dini kitablarda deyildiyi
kimi, allahın adı ilə bağlıdır. Yəni xəila-qül-aləm kainatı
və insanı yaratdığı kimi, onun dilini də yaratmıĢdır.
Allahın iradəsindən (ideyasından) kənarda heç bir
varlığın olmadığını göstərən, dini mövqedən çıxıĢ
edənlər, dilin allah tərəfindən yaradılıb hazır Ģəkildə
adamlara bəxĢ edildiyini təsdiq edirdilər.
Dostları ilə paylaş: |