74
Üzeyir Hacib
əylinin 1908 il yanvarın 12 - də (yeni üsulla 25-
d
ə) Bakıda o, Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun”
operası ilə təkcə Azэərbaycanda deyil, butun
müsəlman Şərqində
opera s
ənətinin əsası qoyulmuşdur. Operanın librettosunu Üzeyir
Hacib
əyli, Füzulinin eyni adlı poeması əsasında yazmışdır. Operanın
musiqisi,
əsasən, muğam və təsniflər üzərində qurulmuşdur. Operada
muğamlardan məharətlə, müəyyən səhnənin, obrazını xüsusiyyətinə
uyğun istifadə ediləcək, onlar əsərdə ariya, ariozo, reçitativ və
ansamblları əvəz etməklə dramaturji əhəmiyyət kəsb etmişdir.
Hacibəyli 1909-15 illərdə bir birinin ardınca “Şeyx Sənan” (1909),
“Rüstəm və Zöhrab” (1910), “Şah Abbas və Xurşud banu” (1912),
“Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915), muğam
operalarını bəstələmişdir. Bu operaların librettosunu Hacibəyli xalq
dastanları və rəvayətləri, Firdovsinin “Şahnamə” əsərinin motivləri
əsasında yazmişdır. Ü.Hacibəyli “Leyli və Məcnun” dakı üslub
xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da
davam etdirmişdir. O, “Şeyx Sənan” da muğamlara az yer vermiş,
musiqinin
böyük qismini
özü bəstələmişdir. Xalqlar dostluğu
ideyasını tərənnüm edən, xalq dastanı əsasında bəstələdiyi “Əsli və
Kərəm” operasında Hacibəyli muğamatla bərabər aşiq musiqisindən
də istifadə etmişdir. Üzeyir Hacibəylinin dramaturgiya sahəsindəki
fəaliyyəti Azərbaycan ədəbiyyatında mühüm əhəmiyyət kəsb edir. O,
Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. (komediya-
ların mətnini də özü yazmışdır). Onun “Ər və arvad” (1909, ilk
tamaşası 1910), “O olmasın bu olsun” (1910; ilk tamaşası – 1911),
“Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan
əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır.
Ü.Hacibəyli 1911 ildə musiqi təhsilini artırmaq üçün Moskvaya
getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında,
1913 ildə isə Peterburq konservatoriyasında oxumuşdur. Peterburq
dövrü
Hacibəylinin yaradiciliğiında mühüm rol oynamış o, “Arşın
mal
alan” musiqili komediyasını məhz burada yaratmışdır.
76
M.Maqamayevlə birgə ilk “Azərbaycan turk el nəğmələri”
m
əcmuəsini nəşr etdirmişdir. Hacibəyli 1931 ildə Azərbaycan Radio
Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestrini təşkil
etmişdir. Orkestrin repertuarına M.Qlinka, V.Motsart, F.Şubert,
J.Bize və başqalarının əsərləri ilə yanaşı, Hacıbəylinin bu orkestri
üçün 1931-
32 illərdə bəstələdiyi 1-ci (“Çahargah”) və 2-ci (“Şur”)
fantaziyaları da daxil idi. İlk vaxtlar orkestrə Hacibəyli özü dirijorluq
etmişdir. Hacibəylinin kamera instrumental əsərləri içərisində
skripka violo
ncel və orkestr üçün bəstələdiyi “Aşıqsayağı” (1931)
triosu Azərbaycan musiqisində ilk ansambl pyeslərindəndir.
Hacıbəyli yaradıcılığına kütləvi mahnı janrı ilə başlamışdır (“Suvari”
“Pilotlar”). O, 30-
cu illərdə bir neçə kantata (Firdovsinin 1000
illiyinə (1934), M.F.Axundova həsr olunmuş “ Ölməz sənətkar”
(1938) və s.) yazmışdır. 1937-ci il aprelin 30
da Azərbaycan Opera
və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası
(librettosu H
.İsmayılov və M.S.Ordubadınındır) Hacıbəyli yaradı-
cılığının zirvəsinini təşkil edir. Azərbaycan, eləcə də sovet opera
sənətinin incilərindən sayılan bu operada Hacıbəyli ilk dəfə olaraq
klassik opera formasına riayət edərək, bitkin ariyalar, kütləvi xor
səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yarat-
mışdır. Operanın musiqi dramaturgiyasının əsasını monumental xor
səhnələri təşkil edirdi. Koroğlu xalq qəhramanı olmaqla yanaşı,
həmdə aşıqdır. Məhz buna görə də opera əsas etibarilə aşıq musiqisi
üslubunda bəstələnmişdir. Hacıbəyli “Koroglu” operasında simfonik
orkestrin tərkibininə Azərbaycan xalq musiqi alətlərini daxil edərək
orkestrin rəngarəng səslənməsinə nail olmuşdur.
Hacıbəyov Böyük Vətən müharibəsi illərində “Çağırış” “Yaxşı
yol” “An
anın oğluna nəsihəti”, “Şəvqət bacısı” “Döyüşçülər marşı”
və s vətənpərvər ruhlu mahnılar, eləcə də xalq calğı alətləri orkestri
üçün “Cəngi” (1941) pyesini, “Vətən və cəbhə” (1942) kantatasını
bəstələmişdir. Onun bu illərdə yaratdığı vokal musiqi əsərləri içəri-
sin
də Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr etdiyi
“Sənsiz” (1941) və “Sevgili canan” (1943) romans qəzəlləri xüsusi