Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə11/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   175
“Soyqırım 
cinayətinin qarşısının alınmasına və cəzalandırılmasına dair Konvensiya”
nı, 
21 dekabr 1965-ci ildə qəbul olunmuş 
“İrqi ayrıseçkiliyin bütün formalarının 
ləğv edilməsi haqqında Konvensiya”
nı, 16 dekabr 1966-cı ildə qəbul olunmuş 
“Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt”
ı, 18 dekabr 1992-ci ildə 
qəbul olunmuş 
“Milli və yaxud etnik, dini və dil azlıqlarına mənsub şəxslərin 
hüquqları haqqında Bəyannamə”
ni, Avropa Şurası tərəfindən 1 fevral 
1995-ci ildə qəbul olunmuş 
“Milli azlıqların müdafiəsi haqqında Çərçivə 
Konvensiyası”
nı, ATƏT tərəfindən 29 iyun 1990-cı ildə qəbul olunmuş 

Kopenhagen Sənədi”
ni, UNESKO tərəfindən 2 noyabr 2001-ci ildə qəbul 
olunmuş 
“Mədəni müxtəlifliyə dair universal Bəyannamə”
ni və s. sənədləri 
buna misal göstərmək olar. Avropa Şurasının 
“Milli azlıqların müdafiəsi 
haqqında Çərçivə Konvensiyası
”nın 1-ci maddəsində qeyd olunur: 
“Milli 
azlıqların və bu azlıqlara mənsub şəxslərin hüquq və azadlıqlarının müdafiəsi 
insan hüquqlarının beynəlxalq müdafiəsinin ayrılmaz tərkib hissəsidir və 
buna görə də, beynəlxalq əməkdaşlı
ğın bir sa
həsi hesab olunur”. 
Və yaxud 
UNESKO-nun 
“Mədəni müxtəlifliyə dair universal Bəyannamə”
sinin 4-cü 
maddəsində deyilir: 
“Mədəni müxtəlifliyin qorunması insan ləyaqətinə 
hörmətlə sıx bağlı olan etik imperativdir. O, insan hüquqlarını və fundamental 
azadlıqları, xüsusilə milli azlıqlara mənsub olan şəxslərin və yerli xalqların 
hüquqlarının müdafiə olunmasını nəzərdə tutur.”
“Multikulturalizmə giriş” dərsliyi filosofların, dinşünasların, ilahiyyatçıların, 
politoloqların, tarixçilərin, ədəbiyyaşünasların və hüquqşünasların birgə səyi 


11
ÖN SÖZ
nəticəsində ərsəyə gəlmişdir və dörd bölmədən ibarətdir.
Dərsliyin birinci bölməsi məzmununa görə onun giriş hissəsini təşkil edir. 
Bu hissədə, ilk növbədə, “Multikulturalizmə giriş” fənninin obyekti, predmeti 
və məqsədi, metodları, onun digər ictimai elmlərlə münasibəti və əhəmiyyəti 
müəyyən edilir. Bu hissədə multikulturalizmin mahiyyəti, multikulturalizm sosial 
hadisə, siyasət modeli və həyat tərzi kimi, multikulturalizmin formalaşmasının 
əsas səbəbləri, multikulturalizmin assimilyasiya və izolyasiya siyasət modelləri ilə 
müqayisəli təhlili, multikulturalizmin zəif və güclü formaları, multikulturalizmə 
liberalizm və kommunitarizm yanaşmaları kimi bir sıra mühüm nəzəri məsələlər 
də təqdim olunur.
“Dini müxtəliflik”
adlanan ikinci bölmə dinlər tarixinə həsr olunmuşdur. 
Burada dinin mahiyyətinə və onun meydana gəlməsinə dair elm dünyasında irəli 
sürülən nəzəriyyələr barədə məlumat verilir, ibtidai inanc formaları nəzərdən 
keçirilir, Buddizm, Xristianlıq və İslam kimi dünya dinlərindən, Yaxın Şərqdə 
meydana gəlmiş Zərdüştilik və İudaizm, Uzaq Şərqdə yaranmış Konfutsiçilik, 
Daosizm, Şintoizm, Cənubi Asiyada yayılmış Hinduizm, Caynizm, Siqhizm 
kimi milli dinlərdən, eləcə də qədim türk inanclarından ətraflı bəhs olunur. 
Məlumdur ki, Sovet hakimiyyəti illərində Sovet İttifaqının bütün ali 
məktəblərində elmi ateizm fənni tədris olunur, hətta bəzi ali məktəblərdə eyniadlı 
kafedralar da fəaliyyət göstərirdi. Elmi ateizm fənni çərçivəsində müxtəlif 
dinlər haqqında müəyyən məlumat verilsə də, din kommunist ideologiyası 
mövqeyindən neqativ bir fenomen kimi təqdim edilirdi. Karl Marksın məşhur 
“Din – xalq üçün tiryəkdir” 
kəlamının doğruluğu “elmi” əsaslarla sübuta 
yetirilməyə çalışılırdı. 
Sovet İttifaqı dağıldıqdan sonra ali məktəblərin elmi ateizm kafedraları 
bağlanmış və tələbələrə müxtəlif dinlər haqqında obyektiv bilik çatdırmaq imkanı 
yaranmışdır. Lakin bu sahədə Azərbaycan dilində dərs vəsaitinin olmaması 
səbəbindən ictimai fənlər çərçivəsində dinlər haqqında məlumat vermək istəyən 
müəllimlər əsasən rus, türk və digər xarici dillərdə olan dərs vəsaitlərinə müraciət 
etmək məcburiyyətində qalırlar. Ümid etmək olar ki, 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə