Dərslik Azərbaycan Respublikası təhsil nazirinin


Rəqiblərə  əsaslanan  hesablama  metodu



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə32/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   235
A.S.A-UROV-marketinq..

Rəqiblərə  əsaslanan  hesablama  metodu
.  Bu  metoddan  istifadə 
edən  firmalar  rəqiblərin  irəlilədilmə  xərcləri  əsasında  öz  irəlilədilmə 
büdcələrini    müəyyənləşdirir.  Bu  zaman  rəqiblərin  irəlilədilmə  xərcləri, 
məhsul  satışının  həcmi,  xərclərin  satışa  nisbət  faizi,  bazar  payı  göstə-
riciləri  təhlil  edilir  və  onların  əsasında  müəssisə  öz  irəlilədilmə  xərcləri 
barədə  qərar  qəbul  edir.  Eyni  zamanda,  qeyd  etmək  lazımdır  ki,  bazar 
payı çox, irəlilədilmə xərcləri isə eyni olan müəssisə bazarda daha üstün 
və  səmərəli  vəziyyətdə  olan  müəssisə  hesab  olunur.  Bu  metodun  əsas 


 
 
 
 
 
29 
çatışmazlığı  ondan  ibarətdir  ki,  bazarda  rəqib  firmaların  məhsul  satışı, 
bazar  payı,  imkanları,  mövqeləri,  məqsədləri  bir  -  birindən  ciddi  surətdə 
fərqlənir və həmin metodun tətbiqi zamanı onların nəzərə alınması çətin olur. 
Nəzərə almaq lazımdır ki, qeyd olunan metodlar  əsasında əmtəənin 
irəlilədilməsinin  ümumi  büdcəsinin  hesablanması  nisbi  xarakter  daşıyır, 
olduqca  çətin  və  mürəkkəb  bir  məsələdir.  Firmaların  rəhbərləri  heç  bir 
zaman  dəqiq  müəyyənləşdirə  bilmirlər  ki,  əmtəənin  irəlilədilməsinin 
ümumi büdcəsinin optimal həcmi nə qədər olmalıdır.  Sahənin və məhsu-
lun  xarakterindən  asılı  olaraq  stimullaşdırma  xərclərinin  səviyyəsi  müx-
təlif  olur.  Əmtəənin  irəlilədilməsi  üzrə  ümumi  büdcə  hesablandıqdan 
sonra firma həmin vəsaitin ayrı-ayrı stimullaşdırma tədbirləri üzrə bölüş-
dürülməsini  həyata  keçirir.  Bunun  üçün  isə  əmtəənin  irəlilədilməsinin 
proqramını  işləyib  hazırlamaq  lazım  gəlinir.  Eyni  bir  sahədə  fəaliyyət 
göstərən  firmalar  əmtəənin  irəlilədilməsinin  kompleks  proqramını 
müxtəlif  cür  hazırlayır.  Bəzi  firmalar  vəsaitlərin  əksər  hissəsini  reklama 
xərclədikləri halda, digərləri şəxsi satışa və birbaşa marketinqə daha çox 
üstünlük verir.  
Əmtəənin  irəlilədilməsi  üzrə  stimullaşdırma  vasitələri  (reklam, 
satışın  stimullaşdırılması,  şəxsi  satış,  ictimaiyyətlə  əlaqə,  birbaşa  mar-
ketinq)  proqramda  çox  diqqətlə,  düşünülmüş  şəkildə,  ardıcıllıqla  əks 
olunur.  Bu  vasitələrin  hər  biri  üzrə  həyata  keçirilməsi  nəzərdə  tutulan 
tədbirlər də ardıcıllıqla proqramda qeyd olunur, onların həyata keçirilməsi 
vaxtı, müddəti və dövrü, icraçıları məyyənləşdirilir, xərcləri hesablanılır. 
Bu tədbirlər bəzən vaxt baxımından üst-üstə düşür, bəzən isə biri digərini 
tamamlayır. Ona görə də ümumi proqram tərtib olunarkən orada nəzərdə 
tutulan müxtəlif istiqamətli tədbirlər bir - biri ilə əlaqələndirilir. Firmalar 
daima əmtəənin irəlilədilməsi üzrə hazırladıqları proqramları təkmilləşdir-
məyə, stimullaşdırmanın effektliyini yüksəltməyə  çalışır, 
Bu və ya digər stimullaşdırma vasitələrinin seçilməsinə çoxlu sayda 
amillər  təsir  göstərdiyindən,  onlar  əmtəənin  irəlilədilməsinin  kompleks 
proqramının işlənib hazırlanmasında nəzərə alınırlar.  
F. Kotler bu cür amilləri dörd müxtəlif qrupa bölür:  
1. Bazarın və ya məhsulun tipi. 
2. Əmtəənin irəli itələnməsi strategiyası və yaxud alıcıların məhsula 
cəlb edilməsi strategiyası. 
3. Alıcıların hazırlıq dərəcəsi.  
4. Məhsulun həyat dövranının mərhələləri. 


 
 
 
 
 
30 

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə