Dərslik Azərbaycan Respublikası təhsil nazirinin



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə40/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   235
A.S.A-UROV-marketinq..

1.  Daxili  əlaqələndirmə.
  Bu  zaman  reklam  kompaniyasının  və  ya 
reklam  proqramının  ayrı-ayrı  elementlərinin  yerinə  yetirilmə  dövriliyinə 
və  vaxtına  görə  kommunikasiya  sisteminin  digər  elementləri  ilə  əla-
qələndirilməsi nəzərdə tutulur. 
2.  Xarici  əlaqələndirmə.
    Reklam  –  firmanın  satış  proqramının 
müvəffəqiyyətlə yerinə yetirilməsinə təsir edən əsas elementlərdən biridir. 
Firmanın  marketinq  fəaliyyətinin  müvəffəqiyyəti  məhsulun  bazarın  tə-
ləbinə uyğun gəlməsindən, düzgün seçilmiş bölgü kanallarından, qiymətin 
düzgün müəyyən edilməsindən asılı olduğu kimi, şəxsi satış və reklamdan 
da  çox  asılıdır.  Müxtəlif  marketinq  proqramlarında  reklam  müxtəlif  rol 
oynayır. Lakin onun oynadığı roldan və yerinə yetirdiyi funksiyadan asılı 
olmayaraq  bütün  hallarda  reklam  ümumi  marketinq  siyasətinə  uyğun 


 
 
 
 
 
35 
olmalı,  reklam  fəaliyyəti  marketinq  fəaliyyətinin  digər  istiqamətləri  ilə 
əlaqələndirilməlidir. 
Firmanın  ümumi  marketinq  fəaliyyətində,  o  cümlədən  kommuni-
kasiya  kompleksində  reklamın  yeri  və  rolu  məhsul  markasının  ümumi 
irəlilədilmə strategiyasına və bundan irəli gələn məqsədlərə uyğun olaraq 
formalaşır. Bu zaman kommunikasiya kompleksinin digər elementləri, o 
cümlədən  satışın  həvəsləndirilməsi,  şəxsi  satış,  birbaşa  marketinq,  icti-
maiyyətlə  əlaqə,  onlardan  istifadə  səviyyəsi  nəzərə  alınmaqla  reklamın 
rolu müəyyənləşdirilir.  
 

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə